[email protected] +994 99 303 07 01

Zəlzələ dalğaları

Zəlzələ dalğaları üç qrupa bölünür:

Uzununa dalğalar- bu dalğaların hərəkət istiqaməti zəlzələnin hərəkət istiqamətinə təxminən paraleldir.

Özünü süxurların sıxılması və genişlənməsi şəklində büruzə verən uzununa dalğaların litosferdə sürəti 5-13,87 km/san arasında dəyişir. Uzununa dalğalar maddənin həcmcə dəyişməsinə səbəb olur.

2.Eninə dalğalar- bu dalğaların yayılma istiqaməti uzununa dalğaların yayılma istiqamətinə perpendikulyar olub, süxurların en istiqamətdə ehtizaza gəlməsinə səbəb olur. Eninə dalğalar ancaq bərk cisimlərdə yayılırlar. Eninə dalğaların yayılma sürəti (4 km/san) uzununa dalğalara nisbətən təxminən iki dəfə (1,7 dəfə) zəif olduğundan, müşahidə nöqtəsinə uzununa dalğalara nisbətən iki dəfə gec çatır. Eninə dalğalar maddənin formaca dəyişməsinə səbəb olur.

3.Səthi dalğalar- uzununa dalğaların yer səthinə çıxması nəticəsində yaranan bu dalğaların uzunluğu bir neçə yüz km-ə çatır. Səthi dalğaların yayılma sürəti eninə dalğaların yayılma sürətindən iki dəfə az olsada, yer üzərində böyük dağıntılar törədir. Bu dalğaların hərəkət sürəti VL=0,9 ▪ Vs  düsturu ilə hesablanır. Amplitudası bir neçə sm-ə çatan səthi dalğaların bərk süxurlarda sürəti 3,3-4,0 km/san- yə çatır.

Seysmik dalğalar iki yerə ayrılır: həcmi və səthi.

Həcmi dalğalar bizim planetimizin bütün həcmini əhatə edir, səthi dalğalar isə yalnız onun səthi boyunca cəmləşir. Yerin daxili quruluşunun öyrənilməsində həcmi dalğalar daha böyük maraq doğurur. Həcmi dalğalar öz növbəsində uzununa və eninə dalğalara bölünür. Həcmi dalğaların yayılma sürəti ilə maddənin sıxlığı arasında tərs mütənasib asılılıq mövcuddur. Lakin, təcrübədən məlumdur ki, dəyişmə getdikcə həcmi dalğaların yayılma sürətinin artması müşahidə olunur. Bu isə sıxlığın artmasının elastiklik modulunun daha kəskin artması ilə müşayət olunması ilə izah olunur.

Səthi dalğalann hərəkət sürəti 3,5 km/san- yə çatmaqla, Yer səthində dalğavarı deformasiya əmələ gətirir. Bu dalğalar çox tez sönsə də, böyük dağmtıya səbəb olur.

Uzununa və eninə dalğalar hiposentrdən konsentrik dairələr şəklində ətrafa yayılır və hətta bərk zəlzələlərdə onu bütünlüklə bürüyür.

Seysmik dalğalar dalğa uzunluğu, rəqs periodu və amplitudası ilə səciyyələnir. Dalğanın uzunluğu müxtəlıf zəlzələlərdə 100 m- dən 100 km- ə kimi dəyişir, adətən, bir mühitdən digər mühitə keçərkən sınır.