[email protected] +994 99 303 07 01

Mineralogiya haqqında anlayış

Mineralogiya haqqında anlayış

Mineralogiya minerallar haqqında elmdir.Bu elm mineralların kimyəvi tərkibini,fiziki xüsusiyyətlərini,onların yaranma və pozulma yollarını öyrənir.Mineralogiya elmi kristalloqrafiya,kimya,kristallokimya,geokimya,fizika elmləri ilə sıx əlaqədardır.Bəzi müstəsna hallardan başqa bütün minerallar bərk halda olurlar,daha doğrusu,kristallik maddələrdir.Bununla yanaşı fəza quruluşunda defektlər olan minerallara da rast gəlinir.Belə halların yaranması onların yüksək təyziq və temperatur dəyişmələrinə məruz qalmaları səbəbindən baş verir.Mineralların əksəriyyətinin quruluşunda ion və kovalent tipli,az bir qismində isə molekulyar və metalik rabitələr iştirak edirlər.Bu gün elmə məlum olan mineralların sayı dörd mindən çoxdur.Hər il kəşf olunan yeni mineralların sayı isə otuza yaxın olur.Mineralın təsvirində onu başqa oxşar minerallardan fərqləndirən cəhətlərin təyinində diaqnostik əlamətlərin göstərilməsi onun təyinində böyük əhəmiyyət daşıyır. Kristalların və aqreqatların xarici görünüşləri morfologiyası da onların mühüm diaqnostik əlamətlərindən sayılır. Buna görə də mineralogiyada həm kristalların, həm də aqreqatların morfologiyasının təsvirinə xüsusi diqqət yetirilir.