Tal sisteminin təyinatı quyuların qazılması və təmiri prosesində böyük ağırlıqlı yüklərin qaldırılmasıdır.Başqa sözlə bucurqad barabanına sarılmış kanatın hərəkətli hissəsinin dartı qüvvəsinin azalmasıdır.Tal sistemi kron-blok,tal blok,tal kanatı və istiqamətləndiri qasnaqdan ibarətdir.Bundan başqa fırlanğıc,qarmaq, hərəkətsiz ucu (dead line) və hərəkətli ucu(fast line) və bucurqad daxildir və.s
Kron-blok
Tal sisteminin hərəkətsiz hissəsi olan kron-blok qüllənin və dorun yuxarı hissəsindəki metallik ramada quraşdırılır ox boyu bir val üzərində sərbəst yerləşmiş qasnaqdan ibarətdir.Tal sisteminin hərəkətli hissəsi, tal blok, qaldırıcı qarmaq,istiqamətləndirici dartıcı qasnaq və tal kanatıdır
Kron-blok və tal blok qasnaqlarından sarılmış tal kanatının bir ucu istiqamətləndirici dartıcı qasnaqdan keçməklə qaldırıcı bucurqadın barabanında bərkidilir,hərəkətsiz olan o bir ucu isə(hərəkətsiz uc) qüllə ayağının aşağı hissəsində olan rama borusuna bərkidilir.Tal blokunun alt hissəsində olan sırğadan qarmaq asılıdır
QARMAQ
Qaldırıcı qarmaqlar qaldırma endirmə əməliyyatlarında elevator fırlanğıc və.s avadanlığın asılması üçün təyin olunmuşdur və yükqaldırma qabiiyyəti müxtəlif olmaqla istehsal edilir.KN tipli müxtəlif yükqaldırmaq qabiliyyətli qaldırıcı qarmaqlar konstruksiyasına görə eyni olmaqla amortizəedici yaylarla dayaq yastıqları və işin təhlükəsizliyi üçün qarmaq ağzında qarmaqdan çıxmaya qarşı bağlayıcı ilə təchiz edilir
qarmaq-blok tal-blok qarmağın yığılmış sistemidir.Qarmaq blokları qazma buruq avadanığının komplektinə daxildir
TAL KANATI
Tal kanatı tal sisteminin ən məsul elementi olmaqla,tal blokla kron-bloku birləşdirir.Təyinatından,iş şəraitindən qoyulmuş tələblərdən asılı olaraq sənayedə müxtəlif konstruksiyalı və diametrli polad kanatlar istehsal edilir.Tal kanatlarına olan əsas tələblər-optimal minimum diametr,minimal kütlə və sərtlikdə konstruksiyası üzrə hesablama qırılma qüvvəsinin təmin edilməsidir. Tal kanatının diametri 0.7-2.2 mm olan polad məftildən hazırlanır konstruksiya əlamətinə görə kanatlar birqat,ikiqat,və üçqat hörülmüş olmaqla üç qrupa bölünür.
İki qat hörülmüş kanatlar bir neçə hörgünün hörülməsindən ibarətdir.Üçqat hörülmüş kanatlar bir neçə ikiqat hörülmüş kanatların hörülməsindən ibarətdir.Hörülmə istiqamətinə görə sağ və sol olur.Sağ istiqamətli hörülmədə kanatdakı hörgülər yuxarıya soldan sağa,sol istiqamətli hörülmədə isə kanatdakı hörgülər yuxarıya sağdan sola istiqamətlənir
Bucurqad
Bucurqadın vəzifəsi qaldırma endirmə,rotora fırlanma hərəkətinin ötürülməsi,qazma prosesində baltanın quyudibinə verilişinin və sement stəkanının qazılmasının tənzimlənməsi,boruların yiv birləşmələrinin açılıb-bağlanması və.s aiddir
Qaldırıcı mexanizmlər quyunun dərinliyi,görüləcək işlərin xarakter və mürəkkəbliyindən asılı olaraq seçilir.Əsaslı və cari təmirdə quyunun qüllə ilə təchiz edildiyi halda T-130 traktor şassisi üzərində quraşdırılmış LPT-8 qaldırıcı bucurqadı geniş tədbiq edilir bucurqad bir barabanllı blokdan ibarətdir və onun intiqalı hərəkət verici traktor mürərriki olmaq 6 sürətli ötürmə qutusu vasitəsi ilə yerinə yetirilir
Qaldırıcı avadanlığın düzgün quraşdırılması və tal blokunun quyu ağzı ilə mərkəzləşmiş olmasını,yüksüz tal blok qüllənin tam hündürlüyü boyuna tam qaldırıb endirmə yolu ilə yoxlanılır,yəni tal kanatının bucurqadın barabanına düzgün sarılması yoxlanılır.Qarmağın lap aşağı vəziyyətində barabanda 3-8 sarılması minimum 3 sarılma olmalıdır.tal kanatının barabanda düzgün yığılması,yəni kanat sarğıları arası boşluğun ara məsafənin olmaması halında,quröunun düz quraşdırıldığı hesab edilir.