[email protected] +994 99 303 07 01

SCADA ( Supervisory Control And Data Acquistion ) sistemlərinin xüsusiyyətləri və təsviri

SCADA ( Supervisory Control And Data Acquistion ) sistemlərinin xüsusiyyətləri və təsviri

SCADA nədir?
SCADA termini ingilis dilində “Supervisory Control And Data Acquistion” sözlərinin ilk hərflərinin oxunması ilə əməllə gələn abbreviaturadır.Scada sistemləri sənaye proseslərində,istehsalatda istifadə olunur. Scada ilə bir obyektin və ya müəssisənin bütün avadanlqılarını idarə etmək, bütün bölmələrin nəticələrinə nəzarət etmək, izləmək və hesabat vermək mümkündür."SCADA" termini 1970-ci illərin əvvəllərinə təsadüf edir və həmin onillikdə mikroprosessorların və PLC-lərin artması müəssisələrin avtomatlaşdırılmış proseslərə nəzarət etmək və onları idarə etmək imkanlarını daha da artırdı.Dispetçer nəzarəti və verilənlərin toplanması (SCADA) sənaye müəssisələrinə aşağıdakıları yerinə yetirməyə imkan verən aparat və proqram vasitələridir: 
•İstehsalat proseslərini yerlərdə və ya uzaq məkanlarda idarə etmək ;
•Real vaxt rejimində verilənləri müşahidə etmək, toplamaq və emal etmək ;
•İnsan-maşın interfeysi (HMI) proqramı vasitəsilə datçiklər, klapanlar, nasoslar, mühərriklər və sair kimi cihazlarla birbaşa qarşılıqlı əlaqə qurmaq ;
•Hadisələri qeydiyyat jurnalına daxil etmək.
Əsas SCADA sisteminin diagramı


Əsas SCADA arxitekturası proqramlaşdırılabilən məntiqi kontroller (PLC) və ya məsafədən idarə edilən terminal qurğuları (RTU) ilə başlayır. PLC-lər və RTU-lar zavod maşınları, insan-maşın interfeysləri, datçiklər və çıxış qurğuları kimi bir sıra obyektlərlə əlaqə qurub sonra həmin obyektlərdən məlumatları SCADA proqramı ilə kompüterlərə yönəldən mikrokompüterlərdir. SCADA proqram təminatı verilənləri emal edib, paylayıb və əks etdirərək, operatorlara və digər işçilərə verilənləri təhlil etməyə və vacib qərarlar qəbul etməyə kömək edir. Məsələn, SCADA sistemi operatora tez xəbər verir ki, məhsulun bir hissəsi səhvlərin çox olduğunu göstərir. Operator əməliyyatı dayandırır və problemin səbəbini müəyyən etmək üçün insan-maşın interfeysinin vasitəsi ilə SCADA sisteminin verilənlərinə baxır. Operator məlumatları nəzərdən keçirir və 4-cü maşının nasaz olduğunun aşkar edir. SCADA sisteminin problem barədə operatora məlumat vermək qabiliyyəti, onu həll etməyə və məhsulun əlavə itkisinin qarşısını almağa kömək edir.
SCADA-nın üstün və mənfi cəhətləri
SCADA-nın üstün cəhətləri:
•Məlumatlar istifadəçinin ehtiyaclarından asılı olaraq müxtəlif formatlarda göstərilə bilər;
•Real məlumat simulyasiyaları operatorların köməyi ilə əldə edilə bilər;
•Sistem böyük həcmdə verilənləri saxlamağa qadirdir;
•Əsas bölmə ilə əlaqəli RTU-larda bir çox növ məlumat toplana bilər;
•Qabaqcıl protokol və tətbiq proqramları sayəsində məlumatlara təkcə yerli saytdan deyil,hər yerdən nəzarət etmək olar;
•Cavab almaq sürətli olur.
SCADA-nın mənfi cəhətləri:
•Quraşdırma xərcləri daha yüksəkdir;
•Sistem mürəkkəb olduğundan,SCADA sistemini saxlamaq üçün təcrübəli operatorlar,analitiklər və proqramşılar tələb olunur.
SCADA sistemlərinin istifadə sahələri
•Enerji boru kəmərləri və kommunal xidmətlər;
•Neft və qaz kəmərlərinin monitorinqi və nəzarəti;
•Qida və içki emalı;
•Su və tullantı sularının idarə ediməsi;
•HVAC və kommersiya binasının idarə edilməsi;
•Nəqliyyat;
•İstehsalat.
SCADA sisteminin “İgnition” arxitekturasıInductive Automation ( şirkətinin “İgnition” proqram təminatı bir çox müəssisələrin və təşkilatların HMI / SCADA ehtiyacları üçün keçdikləri sənaye avtomatlaşdırılması üçün proqram platformasıdır. “İgnition” 2010-cu ildən bu günədək 100-dən çox ölkədə minlərlə yerlərdə quraşdırılmışdır. Güclü və möhkəm olması SCADA sisteminin inteqratorlarına digər SCADA proqram həllərindən daha ucuz başa gəlməklə yanaşı müştərilərinin tələblərinə cavab verməyə imkan verir. Daha çox müəssisələrin “İgnition” proqram təminatını seçməsinin bir neçə səbəbi aşağıdakılardır:
•“İgnition” müasir İT təcrübələrini istifadə edir, bu da onu mövcud SCADA sisteminin komponentlərinə uyğunlaşdırır.
•Onun özünəməxsus lisenziyalaşdırma modeli istifadəçilərə serverlərin sayına görə abunə haqqını ödəməyə imkan verir. Digər SCADA satıcıları adətən hər müştəriyə və ya hər qeydiyyat nömrəsinə görə ödəniş alırlar, lakin “İgnition” məhdudiyyətsiz müştərilər və qeydiyyat nömrələri təklif edir.
•“İgnition” internetdə yerləşdirilə bilər: o, bir neçə dəqiqə ərzində endirilə və quraşdırıla bilər, müştərilər isə dərhal işə salına və ya yenilənə bilər.