Kompressor
istismar üsulunda istismar quyularındakı maye quyuağzına (yer səthinə) sıxılmış
yüksək təzyiqli təbii qazın və ya havanın köməkliyi ilə qaldırılır. Təbii qazın
və ya havanın yüksək təzyiqə qədər sıxılması prosesi kompressor
aqreqatları vasitəsilə yerinə yetirilir,
ona görə də mayenin quyudan bu üsulla qaldırılmasına kompressor istismar üsulu
deyilir.
Qaldırıcı nasos-kompressor borularına,
hansılarla ki istismar quyusundakı mayenin yer səthinə qaldırılması sıxılmış
yüksək təzyiqli havanın və ya təbii qazın köməkliyi ilə baş verir, onları
müvafiq olaraq erlift və qazlift adlandırırlar.
Kompressor istismar üsulunun əsas
üstünlükləri:
1)
onların
konstruksiyasının sadəliyi;
2) bu
üsulda istifadə edilən avadanlıqların yer səthində yerləşməsi və onlara qulluq
edilməsinin asan olması;
3)
istismar
quyuları vasitəsilə böyük miqdarda mayenin yuxarı qaldırılmasının mümkünlüyü;
4)
quyuların
debitlərinin tənzimlənməsinin sadəliyi;
5)
quyuların
istismar prosesində qum tıxaclarının yaranması xəbərdarlığının mümkünlüyü;
6) istismar quyularında maye sıxılmış qaz ilə yuxarı qaldırılarkən, genişlənən və ayrılan qaz da mayenin yer səthinə qaldırılmasına kömək edir.
Kompressor istismar üsulunun
çatışmazlıqları :
1)
bütün
istismar quyusu – kompressor sistemində qaldırıcının faydalı iş əmsalının çox
aşağı olması, bəzən hətta istismar quyularında dinamik səviyyə aşağı olduqda bu
göstərici 5%-dən çox olmur;
2)
istismar
quyularında istifadə edilən qaldırıcı
nasos-kompressor borularının sərfinin çox olması, xüsusən də tez-tez qum təzahürü
(qum tıxacı) yaranan istismar quyularında;
3) başlanğıcda kompressor stansiyalarının və qaz (hava) paylanma şəbəkəsinin yaradılması üçün tikintiyə tələb olunan böyük maliyyə mənbəyinin zəruriyyəti.
Azərbaycanda mədənlərdə tətbiq edilən kompressor
istismar üsulunun tətbiqi təcrübəsindən öyrənilmişdir ki, bu üsulda bir quyuya
düşən avadanlıq və tikinti xərcləri, nasos istismar üsulunda quyulara çəkilən xərclərdən
(3¸4) dəfə çox
olur. İstismar quyularının gündəlik hasilatının azaldığı dövrlərdə isə quyudan
1 ton mayenin qaldırılmasına sərf edilən enerji isə kəskin artır. Buna görə də az hasilatlı quyuların kompressor istismar
üsulu ilə işlədilməsi məqsədəuyğun sayılmır.
Kompressor istismar üsulunda,
nasos-kompressor boruları ilə qaldırılan mayenin həcmi, quyuya verilən sıxılmış
işçi agentin həcmindən də asılı olur. Bu
qaldırıcı boruların quyu daxilində mayeyə dalma (batma) dərinliyindən,
qaldırıcının diametrindən və
quyuağzındakı əks təzyiqdən də asılı olur. Bundan başqa digər faktorlarda təsir
edir, belə ki neftli layların məhsuldarlığı, yuxarı qaldırılan mayenin sıxlığı
və özlülüyü, quyuda mayedən ayrılan qazın həcmi və sairə faktorlarda təsir
edir. Yuxarıda qeyd edilən kimi, bu faktorların çox formalı olması, nəzəri əsaslarla
işçi agentin tələb olunan həcminin müəyyən edilməsini kifayət qədər mürəkkəbləşdirir.
Çoxsaylı mütəxəssislərin və alimlərin
bütün cəhdlərinə baxmayaraq, kompressor qaldırıcısının dəqiq hesabatının
aparılması və nəzəri olaraq işlənib hazırlanması müvəffəqiyyətlə nəticələnməmişdir. Bu sahədə görülmüş işlərdən
B.S.Məlikovun işlərini qeyd etmək olar, hansı ki eksperimental tədqiqatlara əsaslanır və A.P.Krılovun
empirik hesablamalarına əsaslanmaq
lazımdır. Lakin nəzərə almaq lazımdır ki, aparılmış eksperimental tədqiqatlar nəticəsində
kompressor qaldırıcısı üçün dəqiq bir formula (düstur) müəyyən edilməmişdir,
bununla bərabər bir sıra qaydalar qəbul edilmişdir, hansıları ki kompressor
qaldırıcılarının səmərəli işini layihələndirərkən nəzərə alırlar. Bu qaydalar
aşağıdakılardır:
1) Mayenin yuxarı qaldırılması üçün ən əlverişli işçi agent sərfini, təcrübə yolu ilə hər quyunun debiti ilə işçi agentin sərfi arasında asılılıq əyriləri quraraq müəyyən edirlər.
2)
Quyunun
gözlənilən debitindən asılı olaraq, qaldırıcı boruların diametrinin müəyyən
edilməsi;
3)
Qaldırıcı
kompressor borularının mayeyə dalma dərinliyini mümkün olduqca artırmaq
lazımdır, çünki bu qaldırıcının faydalı iş əmsalının artırılmasına gətirib
çıxarır.