Torpaqların
erroziyası
Eroziya
haqqında ümumi anlayış
Eroziya
(erosio) latın sözü olub, mənası “ dağılma”, “aşınma”, “yeyilmə” deməkdir. Təbiətdə
eroziya prosesini törədən səbəblərə görə onları su, külək ( deflyasiya),
antropogen, irriqasiya və s. eroziyaları adlandırırlar. Bununla belə
torpaqların eroziyası dedikdə, əsasən su və küləyin təsirindən torpağın üst
qatının dağılması,onun müxtəlif ölçülü hissəciklərinin yuyulması,deflyasiya və
yeni yerlərdə çökməsi prosesi başa düşülür.
Su
eroziyası yağış və qar ərintilərindən əmələ gələn yerüstü axarların təsirindən
torpağın üst qatının müxtəlif dərəcədə yuyulması prosesidir.
Su
Eroziyası
Səthi
(müstəvi)- Səth eroziyası – torpaqların üst horizontunun yamacboyu axan yağış və
ya ərintu suları vasitəsilə yuyulmasıdır. Səth eroziyası nəticəsində əkin
horizontu yuyulub kənarlaşır, onun yerini münbitliyi aşağı, əkinaltı
horizontlar tutur, bütövlükdə torpaq profilinin qalınlığı azalır və bununla da
yuyulmuş torpaqlar formalaşır. Səth sularının növündən asılı olaraq eroziyanın ərinti,
yağış və irriqasiya suları ilə törədilməsi qeyd edilir.
Xətti(yarğan)-
Xətti eroziya – yamacdan axan daha güclü su axını vasitəsilə torpağın dərininə yuyulmasıdır.
Xətti eroziyanın birinci mərhələsi dərin dalğavari oyuğun (20-35 sm) və çuxurun
(0,3-0,5 –dən 1-1,5 m kimi) yaranmasıdır. Onların sonrakı inkişafı yarğanın
yaranmasına gətirib çıxarır. Xətti eroziya torpağın tam məhv olması deməkdir.
Eroziyanın
inkişafının əsas səbəbi – insan tərəfindən ərazidən, xüsusən də təbii şəraitin eroziyanın üzə çıxması üçün əlverişli olduğu
torpaqlardan düzgün istifadə edilməməsidir. Ona görə də eroziyanın inkişafının
sosial-iqtisadi və təbii şəraitləri fərqləndirilir. Torpaqdan təsərrüfatda
düzgün istifadə etməyən zaman eroziyanın inkişafına təsir edən təbii şəraitlərə
aşağıdakılar aid edilir.
1.İqlim
2.Relyef
3.Ərazinin
geoloji qurluşu
4.Torpaq
şəraiti
5. Bitki
örtüyü
İqlim
amili dedikdə əsasən aşağıdakılar nəzərdə tutulur:
-Havanın temperaturu
-İllik
yağıntıların miqdarı
-İllik
yağıntıların aylar üzrə paylanması,şiddəti və davam etmə müddəti.
Mənbə
1.
K.Ə. Ələkbərov Azərbaycanda torpaq eroziyası və onunla mübarizə. Az.SSR
EA nəşriyyatı, Bakı, 1961, 220s
2.
K.Ə. Ələkbərov Torpağm eroziyadan mühafizəsi “Azərnəşr”. Bakı, 1967, 72
s
3.
Y.V.Qəhramanlı, S.A.Səfərli, A.Ə. Xəlilova “Meliorasiya, rekultivasiya və
torpaqların Mühafizəsi” Dərslik Bakı, 2014
4.
Q.Ş.Məmmədov, S.Z. Məmmədova, C.Ə. Şabanov “Torpağın eroziyası və
mühafizəsi. Bakı, Elm, 2009, 340 s.
5.
Б.Г.Алиев, Р.Р.Алиев «Проблема эрозии в Азербайджане и пути ее решения»,
Монография, Баку. 2000, 120 стр.