Metalların təsnifatı
Hər bir metal
başqa metaldan öz quruluş və xassələrinə görə fərqlənir. Bir sıra əlamətlərinə
görə metallar əsasən iki böyük qrupa - qara ve əlvan metallara ayrılır.
Qara metallar
bozumtul qara rəngdə olub, yüksək sıxlığa (torpaq qələvi metallardan başqa)
yüksək ərime temperaturuna, nisbətən yüksək bərkliyə və əksər hallarda
allotropik çevrilmə qabiliyyətinə malikdirlər. Bu qrupun ən tipik nümayəndəsi dəmirdir.
Qara metallar
aşağıdakı yarım qruplara bölünür:
1. Dəmir metalları
qrupu - buraya dəmir, kobalt, nikel (ferromaqnit metallar) ve onlara xassəcə
yaxın olan manqan aiddir. Əksər hallarda kobalt, nikel ve manqan dəmir ərintilərinə
əlavə verilmək üçün istifadə edilir.
2. Yüksək ərimə
temperaturlu metallar qrupu- buraya ərimə temperaturu dəmirin ərimə
temperaturundan, yəni 1539°C-dən yuxarı olan metallar volfram, molibden ve s.
aiddir. Bu metallar legirli poladların və xüsusi məqsəd üçün istifadə edilən ərintilərin
tərkibinə qatılır.
3. Uran qrupu
metalları – aktinoidlər, atom energetikasında istifade edilen ərintilərdə tətbiq
edilir.
4. Az tapılan
metallar qrupu - bura lantanoidlər (lantan, serium, neodim, prazeodim) ve xassələri
bunlara yaxın olan ittrium ve skandium aiddir. Bu metalları ərintilərə əlavə edərək
onların xassələrini yüksəltmək olur.
5. Torpaq qələvi
metallar - xüsusi hallardan başqa sərbəst metallik halında tətbiq olunmurlar.
Əlvan metallar adətən
qırmızı, sarı ve ağ rəngdə olub, yüksək plastikliyə, kiçik bərkliyə, dəmirə
nisbətən aşağı ərimə temperaturuna malikdirlər. Bu qrupun tipik nümayendesi
misdir. Əlvan metallara aiddirler:
1.Yüngül metallar-
Buraya aşağı sıxlıqlı berilyum, maqnezium, alüminium daxildir.
2. Nəcib metallar-
Bu qrupa gümüş, qızıl, platin, palladium iridium, rodium, osmium, rutenium və
misi də aid etmək olar. Onlar korroziyaya qarşı yüksək müqavimətə malikdirlər.
3. Tezəriyən
metallar- Bunlara sink, kadmium, civə,
qalay, qurğuşun, bismut, tallium, sürmə və zəif metallik xassələrə malik
germanimu aid etmek olar.