Mərkəzdənqaçma nasoslarında Kavitasiya.
Kavitasiya nədir?
Kavitasiya- prosesdə maye daxilində, təzyiqlərin dəyişməsi nəticəsində, qısa müddət ərzində qabarcıqların yaranaraq partlaması prosesidir.
Kavitasiya necə baş verir?
Mərkəzdənqaçma nasoslarında işçi çarx şpon şəkili birləşmə ilə nasosun valı üzərinə yerləşdirilir. Nasosun valı muftanın köməyiə elektrik mühərrikinə birləşdirilir. Elektrik mühərrikinin köməyilə nasosun pərləri fırlanır. Maye işçi çarxın pərlərinə daxil olur. Fırlanma nəticəsində mərkəzdənqaçma qüvvəsi yaranır və bu korpusda təzyiqin düşməsinə, vakkumun yaranmasına səbəb olur. Nəticədə, maye sorucu boru vasitəsilə sorucu qola, oradan nasosa daxil olur. Burada mayenin sürəti artır və təzyiqlər fərqinin hesabına maye işçi çarxdan spiral kameraya, oradan vurucu qola birləşən təzyiq borusunun köməyi ilə təzyiq hovuzuna nəql olunur. Dediyimiz kimi, Korpusda təzyiq düşür əgər düşən təzyiq mayenin doymuş buxar təzyiqindən az olarsa bu zaman, mayedə qaynama baş verir. Yaranan qabarcıqlar yüksək sürətlə pərlərin ucuna qədər gedir və burada təzyiqin artması nəticəsində partlayır. Və bu partlayışdan yaranan kinetik enerji pərlərə və kürəklərə ziyan vurur. Bu nasoslarda yüksək səs və taqqıltı ilə müşaiyyət olunur və nasosun fəaliyyəti azalır.
Kavitasiyanın qarşısını necə almaq olar?
Bunun qarşısını almaq üçün NPSH ( Net positive sunction head)- nasosa daxil olan və nasosun içində olan minimum təzyiqlər fərqi, nəzərə alınmalıdır.
NPSHR (Net positive sunction head required) nasos ixrac edən şirkətlər tərəfindən xüsusi olaraq qeyd edilir və müxtəlif təcrübələr əsasında tapılır.
NPSHA ( Net positive sunction head availiable) isə nasosu işlədənlər tərəfindən tapılmalı və nasos ona uyğun qurulmalıdır.
NPSHA həmişə NPSHR dan böyük olmalıdır.