[email protected] +994 99 303 07 01

Termiki proseslərin təsnifatı

Termiki proseslər nədir? 

Reaksiya zonasında yüksək temperaturlarda (900°C-ə qədər) aparılan proseslərdir. Termiki proseslərə daxildir: termiki krekinq və visbrekinq, piroliz, kokslaşma, bitum istehsalı, texniki karbon və pek istehsalı.

Termiki krekinq

  Termiki krekinq yüksək təzyiq (2-4 MPa) altında gedən prosesdir. Qalıq məhsullardan (məsələn mazut), ikinci və yaxud ağır distillat fraksiyaları və eləcə də onların qarışığından avtomobil benzinləri komponenti istehsal etməkdir.

Visbrekinq

  Visbrekinq çox da yüksək olmayan təzyiq (2MPa-qədər) və temperaturlarda gedən (500°C-ə qədər) gedən yüngül termiki krekinq prosesidir. Prosesin təyinatı ağır neft qalıqlarından (məsələn, qudrondan) qazan yanacağı və ya distillat məhsulu - xüsusi karbonlu materillar istehsalı üçün xammal (məsələn pek) almaqdır. Visbrekinq bu gün inkişafda olan proseslər kateqoriyasına daxildir, bir sıra marketinq və mövsümi-istehsal problemlərini həll etməyə imkan yaradır.

Kokslaşma

  Kokslaşma prosesinin təyinatı neft qalıqları və onların ağır qazoyllarla qarışığının çox da yüksək olmayan 0,2- 0,3 MPa təzyiqdə termiki emalından neft koksu ilə yanaşı distillatlar (mühərrik yanacaqları komponenti almaq üçün xammal) və eyni zamanda yağlı qazlar almaqdır.

Piroliz

   Piroliz karbohidrogen xammalından (qazdan mayeyə qədər) yüksək temperaturlarda (700-900°C) və yüksək olmayan təzyiqdə olefin tərkibli qaz (polimerləşmə, alkilləşmə və neftkimya məhsulları istehsalı prosesləri üçün xammaldır) istehsal etmək məqsədilə aparılan termiki emal prosesinin sərt formasıdır.

Texniki karbon və pek istehsalı

  Texniki karbon və pek istehsalı maye və qaz karbohidrogen xammalının (piroliz, krekinq, kokslaşma, ekstraksiya və başqa proseslərin məhsulları) 2000°C-ə qədər temperaturlarda termiki emalıdır. Mövcud olan soba, diffuziya və ya termiki üsulla texniki karbon (duda) istehsalı prosesinə xammalın parçalanaraq texniki karbonun əmələ gəlməsi, duda qaz qarışığının soyudulması və ondan dudanın tutulması, təmizlənməsi və sonuncunun qranullaşdırılması mərhələləri daxildir.