Elə maddələrə deyilir ki, onlar toz halında su ilə qarışaraq xəmirəbənzər plastik kütlə əmələ gətirir və vaxt keçdikcə bərkiyərək daşvari bərk hala keçir. Tətbiq sahələrinə görə yapışdırıcılar 3 qrupa bölünür. a) havada bərkiyən b) havada və suda bərkiyən c) turşuyadavamlı yapışdırıcı maddələr
Havada bərkiyənlərə- əhəng, gips və maqnezial yapıdırıcı maddələri misal göstərmək olar. Bu materiallar tikinti və suvaqçı məhsullarının, arxitektur-dekorativ hissələrinin hazırlanmasında tətbiq olunur.
Havada bərkiyən yapışdırıcılarla müqayisədə hidravlik yapışdırıcılar daha böyük əhəmiyyətə malikdirlər. Hidravlik yapışdırıcılara misal olaraq hidravlik əhəng, portland sement,şlak və gil-torpaqlı sementləri və s. göstərmək olar. Ümumi istehsal olunan sementin 50%-ni portland sementi təşkil edir. Hidravlik əhəng- mergel tərkibli əhəngdaşının natamam bişirilməsindən alınan yapışdırıcı maddədir. ( Mergel- tərkibində 50-80% CaCO3 , MgCO3 və 20-50% gil-qum materialı saxlayan çöküntü dağ süxurudur.)
Hidravlik yapışdırıcılardan ən çox istifadə olunan portlandsementdir. Müəyyən tərkibli xammaldan bişirilməklə alınan klinkerin üyüdülməsi nəticəsində əmələ gələn tozvari yapışdırıcı maddə portlandsement adlanır. Müəyyən nisbətdə götürülmüş karbonat suxuru ilə gilin süni qarışığının və ya onların təbii qarışıqları olan mergellərin laxtalaşana qədər yandırılmasından(1400-1500°C temperaturda) alınan kütlə klinker adlınır. Klinker yarımfabrikat olub üyüdüldükdə portlandsement tozuna çevilir. Portlandsementin tərkibi müxtəlif minerallar qarışığına- üç kalsiumlu silikat( 3CaOSiO2), dörd kalsiumlu alümoferrit (4CaO Al2O3Fe2O3), iki kalsiumlu silikat (2CaOSiO2), üç kalsiumlu alüminat (3CaOAl2O3) və MgO uyğun gəlir.
Portlandsementin istehsalı- iki müstəqil prosesin məcmusundan ibarətdir.
a) Yaılmfabrikatın- klinkerin istehsalı, bu mərhələ xammalın hazırlanmasından və onun yandırılmasından ibarətdir.
b) Klinkerə xüsusi əlavələr qatıldıqdan sonra onun üyüdülməsi, alınan sementin qablaşdırılması və anbarlara yığılması.
Yaş üsulda xammal materiallarının üyüdülməsi, qarışdırılması və qarışığın korrektivləşdirilməsi külli miqdarda suyun iştirakı ilə aparılır və əmələ gələn xamaya bənzər şlam 32-45% su saxlayır. Quru üsulda isə xammal materialları qurudulur, üyüdülür, qarışdırılır və xammal unu alınır. Hər iki üsulla alınmış xammal qarışığı fırlanan sobalarda yandırılır.
Hər üsulun müsbət və mənfi cəhətləri var. Yaş üsulda xammal qarışığı asan üyüdülür, lakin yanacaq quru üsula nisbətən 1,5 – 2 dəfə çox sərf olunur. Adətən yaş üsulla işləyən müəssisələrdə portlandsement klinkerini almaq üçün yumşaq gil və bərk əhəng komponentlərindən istifadə edilir.
Yaş üsulla portlandsement istehsalı
Əhəngdaşı qırıcılarda (2) xırdalanır və dəyirmana (3) ötürülür.Burada gil qarışdırıcısından (1) verilən gil məhlulu ilə birləşərək tam xırdalanır və bircinsli horra alınır. Dəyirmandan (3) çıxan xammal əvvlcə şaquli(4), daha sonra isə üfüqi (5) şlam hovuzuna daxil olur. Burada tələb olunan tərkibli şlam almaq üçün korrektivə edilir.
Xammal (şlam) üfüqi hovuzdan (5) sobaya daxil olaraq yanacaq qazlarının əksinə hərəkət edir. Xammalın sobada hərəkəti onun fırlanması hesabına baş verir (soba müəyyən mailı bucaq altında yerləşdirilir). Bu zaman ardıcıl olaraq suyun buxarlanması, materialların dehidratasiyası, əhəngdaşının parçalanması və CaO ilə gil komponentləri (SiO2, Al2O3, Fe2O3) arasında kimyəvi reaksiyalar gedir. Bişirmə zonasının temperaturu 1450°C olur. Burada əsas proses, klinkerin əmələ gəlməsi baş verir. Alınan klinker soyuq hava ilə soyuducularda (7) soyudulur. Klinker anbarlara (8) 50- 60°C-də daxil olur və orada müəyyən vaxt saxlanır. Burada məqsəd sərbəst əhəngin hidratlaşmasına imkan verməkdir.
Anbarda 10-15 gün saxlanan klinkerǝ hidravlik və inert əlavələrlə yanaşı sementin bərkimə prosesini tənzim edən gips əlavə edildikdən sonra sement dəyirmanda (9) üyüdülərək toz halına salınır. Sement tozu siloslara(10) ötürülür və daha sonra qablaşdırma bölməsinə verilir.
Turşuya davamlı yapışdırıcı maddələrə- turşuyadavamlı sementi, betonu və yaxmanı misal göstərmək olar. Turşuyadavamlı sement həll olan şüşə əsasında alınır. Bu məqsədlə suda həll olunan qələvi metal silikatları (K2O·Na2O·nSiO2) xırdalanmış turşuya davamlı doldurucularla (andezit, diabaz, kvars) və natrium silisium flüoridlə (Na2SiF6) qarışdırılır.
Turşuyadavamlı sement kimyəvi aparatların daxili divarlarını örtmək (futerləmə), inşaat mhəlulu, neft və qaz quyularının hazırlaması zamanı işlədilir.