Buzlaq tipləri
Relyefdən və iqlim şəraitindən asılı olaraq hazırda fəaliyyət göstərən
buzlaqların müxtəlif növlərinə rast gəlinir.Bununla belə,buzlaqlar qidalanma şəraitinə
və coğrafi mövqeyinə görə üç başlıca tipə ayrılır.
Alp tipli buzlaqlar
Alp tipli buzlaqlar (dağ buzlaqları) çox yayılmış və yaxşı öyrənilmişdir.Bu
buzlaqlar əvvəlcə dağ zirvələrindəki çökəkliklərin qar kütləsi ilə dolaraq firnə
çevrilməsi və dərə boyu üzüaşağı hərəkət etməsi nəticəsində əmələ gəlir.Sonra
isə bunlar dağətəyi hissələrdə bir birinə birləşərək mürəkkəb
buzlaqlara çevrilir.
Əgər əsas buzlağa ayrı-ayrılıqda bir neçə başqa buzlaqlar da birləşərsə,belə
buzlaqlara dendirit tipli buzlaqlar deyilir.
Orta asiyanın dərə buzlaqlarında
firn sahəsi ya yoxdur,ya da olduqca kiçikdir.Bunlara Türküstan tipli
buzlaqlar deyilir.
Norveç və ya
Skandinaviya tipli buzlaqlar
Norveç və ya Skandinaviya tipli buzlaqlar dərə tipli buzlaqların əksinə
olaraq böyük qar yığını olan qədim hamarlanmamış alçaq dağların zirvələrində əmələ
gəlir.Belə hamar sahələrdəki firn kütləsi qabarmış buz papağı formasında dağ
zirvəsini örtür.Buzun qalınlığı mərkəzdə çox olduğu üçün kənarlara doğru geniş
dərələr şəklində yayılmağa başlayır.Deməli,bir frin hövzəsindən bir neçə buzlaq
ayrılıb hərəkət edir.Bu buzlaqlara İslandiya Şpisberqində çox təsadüf edilir.
Qrenlandiya və ya qitə
tipli buzlaqlar
Qrenlandiya və ya qitə tipli buzlaqlar,qütb sahələri üçün
xarakterikdir.Buz kütləsi böyük sahələri və adaları örtür.Buzlaq altındakı
relyef buzun tutduğu mövqe ilə ifadə olunmur.Buz kütləsinin səthi mərkəzi hissədə
qabarıq,yəni çox qalın olur,kənarlara getdikcə nazikləşir.Bu tip buzlaq
Qrenlandiyada,Antartikdada,Frans-İosif adalarında və s. yayılmışdır.Bu
buzlaqlar hər tərəfdən dənizlərə doğru dillər şəklində uzanır,dənizə çatdıqda
qırılaraq suya düşür və aysberq adlanan nəhəng buz kütlələri şəklində
okeanlarda isti sular istiqamətində üzməyə başlayır.Aysberqlərin 1/9 hissəsi
sudan kənarda,qalan hissəsi isə suyun içində olur.Bunlar gəmiçilik üçün böyük təhlükə
törədir.Aysberqlər bəzən müddəti (10 ilədək) yaşamaqda davam edir.
Yuxarıda göstərilən buzlaq tiplərindən başqa,bəzən onlara mənsub bir sıra
digər buzlaq tipləri də qeydə alınmışdır.Bunlardan sıldırım qayalardan aşağıya
enib sallanan buzlaqları,zirvələrin aşağısındakı dərələrdə toplanan dərə
buzlaqlarını, sönmüş vulkanların krater və kalderalarında əmələ gələn
kiçik ölçülü kaldera buzlaqlarını və
s. göstərmək olar.
Axar sular kimi,buzlaqlar da dağıdıcı, aparıcı və yaradıcı geoloji fəaliyyət
göstərir.Süxurların buzlaqlarla dağılması buzlaq eroziyası və ya ekzarasiya
adlanır.Buna buzlağın şumlayıcı fəaliyyəti də deyilir.
Buzlaqların dağıdıcılıq fəaliyyəti üzündən əmələ gələn qazanvari dərələrə
troq(buzluq troqları) deyilir.
Ekzarasiyanın kəskinliyi buz kütləsinin qalınlığından,sürətindən, buzlaq
yatağını təşkil edən süxurların möhkəmliyindən və onların tərkibindən və s.
asılıdır.