Bu
üsul geniş yayılmış zənginləşdirmə üsullarıdan biridir.Bu onunla izah edilir
ki, müxtəlif xassələrə malik olan flotoreagentlədən istifadə etməklə mürəkkəb tərkibli
dağ süxurlarını həm ayırmaq, həm də zənginləşdirmək mümkündür. Digər üstün cəhəti
ondan ibarətdir ki, flotoreagentin çox az miqdarı ilə tonlarla xammalı zənginləşdirmək
və ayırmaq olur.
Flotasiya metodu ilə xammalı zənginləşdirmə
prosesi mineral hissəciklərin su ilə islanmasının müxtəlifliyinə əsaslanır.İslanmayan
hissəciklər suyun səthinə çıxır, islanan hissəciklər isə aparatın dibinə yatır.
Proses flotasiya maşınlarında aparılır.
Prosesin Gedişi
Xırdalanmış material flotoreagentlə birlikdə
maşına verilir. Maşın kamera- rezervuardan(1), onun daxilində yerləşdirilmiş
arakəsmələrdən(2) və onların arasnda yerləşdirilmiş borulardan ibarətdir.
Borularla(3), kollektordan(4), kameraya(1) təzyiq altında hava verilir. Hava
qarışığı qarışdırılır və islanmayan hissəcikləri(hidrofob hissəcikləri) köpüklə
birlikdə suyun səthinə qaldırır.

Hava həm də suspenziyanın kamera həcmində
sirkulasiyasını təmin edir. Suyun səthinə qalxan hissəcikləri səthdə saxlamaq
üçün suya köpükəmələgətirici reagentlər əlavə edilir.
Köpükəmələgətiricilər
üzvi səthi aktiv maddələrdən (SAM) ibarət olub, hava qabarcıqlarının
dispersliyini mühafizə etməklə köpüyün möhkəmliyinin artmasına imkan yaradır.
Köpük xammal hissəcikləri ilə birlikdə
novlar(5) vasitəsilə xaric olaraq qatılaşdırılmağa və süzülməyə göndərilir.
Kameranın dibinə yatan hissəciklər boş süxur kimi aşağıdan xaric olur.
Təbii minerallar əsasən yaxşı
islanır. Onların ayrılması üçün suspenziyaya xüsusi maddələr-yığıcılar,
reagent-kollekorlar əlavə edilir.Bu reagentlər onların islanma qabiliyyətini
azaldır.Belə maddələrə misal olaraq olein və naften turşularını missal göstərmək
olar.Lazım gəldikdə suspensiyaya elə flotoreagentlər əlavə edilir ki, filizlərin
birgə flotasiyasını təmin edir. Bu zaman flotasiya olunan xammalın tərkibində
bir neçə faydalı maerial olur.Elə flooreagentlər də vardır ki, əksinə flotasiya
zamanı konsenratda yalnız bir faydalı element qalır, qalan faydalı elementlər
boş süxurla birgə ayrılır. Belə flotasiya Selektiv Flotasiya deyilir