Davamlı inkişaf konsepsiyası və
ekoloji planlaşdırma
Davamlı inkişaf dedikdə
indiki nəsillərin tələbini ödəyən, gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə
altına almayan inkişaf başa düşülür.Davamlı inkişaf konsepsiyası ilk dəfə
1987ci ildə BMT beynəlxalq komissiyasının məruzəsində təklif edilmişdir.Bu sənədlərin
işlənməsində 200-dən çox dövlət iştirak etmişdir.1992-ci ildə ətraf mühit və
BMT-nin Rio de Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün
ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi təsdiq etdi.Davamlı inkişaf
konsepsiyasının əsas ideyası sosial iqtisadi və ekoloji inkişafın qarşılıqlı
bağlılığı üçün şərait və mexanizmlərin yaradılması,təbii mühitin problemlərinin
sosial iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır. Yalnız bu halda cəmiyyət və təbii
mühitin inkişafı üçün zəmin yaradıla bilər.
Ətraf mühitə və
inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə aşağıdakı ideyalar daxildir:
•İnsanlar təbiətlə həmahəng
sağlam və məhsuldar yaşamaq hüququna malikdir
•Bugünki inkişaf
indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir
•Sabit inkişafı təmin
etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsilməsi
və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi
•Dövlətlər yer
ekosistemlərini qorumaq,mubarizə etmək üçün əməkdaşlıq edir
•Davamlı inkişafa yüksəlmək
üçün qadınların hərtərəfli iştirakı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin iştirakı
zəruridir
•Müharibə davamlı
inkişafa dağıdıcı təsir göstərir
•Sülh,inkişaf və ətrah mühitin mühafizəsi bir birindən aslı
və ayrılmazdır
Davamlı inkişaf konsepsiyası
üç əsas məqsədin sistemə birləşməsi nəticəsində əmələ gəlib:iqtisadi, sosial və
ekoloji. Bu elementlərin qarşılıqlı fəaliyyəti davamlı inkişafın vəzifələrini müəyyən
edir
Davamlı inkişaf-bəşəriyyətin
inkişaf göstəricilərinin seçilməsi və reallaşdırılmasında özündə
ekoloji,iqtisadi və sosial komponentləri birləşdirən sistemli yanaşmanın həyati
vacibliyinin dərk olunmasını əks etdirən yeni inkişaf pradiqmasıdır
DİK keyfiyyətcə yeni
yanaşma olub özündə aşağıdakı 3 əsas problemin həllini birləşdirir. 1)iqtisadiyyatın
davamlı miqyası həyat təminatının ekoloji sisteminə müvafiq olmalıdır. 2)Resursların
və insanların təkcə indiki nəsillərin üçün deyil,həmçinin gələcək nəsillər,eləcə
də insanla digər bioloji növlər arasında ədalətli bölgüsü aparılmalıdır. 3)təbii
kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv bölgüsü keçirilməlidir
Davamlı inkişaf
konsepsiyasının yaranma tarixi 5 əsas mərhələdən ibarətdir:
I-XX əsrin 50-60illəri
II-XX əsrin 60-80illəri
III-XX əsrin 80-2000
illəri
IV-2000-2015 ci illəri
əhatə edir
V-2015-2030 illərini əhatə
edir.
Azərbaycanda 2000-2015
Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb,mütləq
yoxsulluq səviyyəsi 49.0%-dən 5.0%-ə qədər azaldılmışdır,məktəblərə qeydiyyat dərəcəsi
ibtidai, umumi və tam orta təhsil səviyyəsində
99.8-100%-ə çatmışdır, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin
artırılmasında tərəqqiyə nail olunmuşdur.