[email protected] +994 99 303 07 01

Qazma baltaları

       Qazma baltası neft və qaz quyularının qazılmasında qazma kəmərinin ucunda quyu dibinə endirilən kəsici alətdir. Quyunun dibində olan süxuru oymaq, qırmaq və doğramaqla qazma işləri aparır. Qazma baltalarının bir çox növləri var və qazılacaq layın xüsusiyyətlərindən asılı olaraq müxtəlif növ qazma baltaları istifadə oluna bilər. Qazma baltalarının 3 əsas növü var:

        1.Pərli qazma baltaları

        2.Şaroşkalı qazma baltaları

        3.Almazlı qazma baltaları

         Pərli qazma baltaları

       Pərli qazma baltaları fırlanma qazımasında istifadə edilən ilk baltalar idi, lakin artıq ümumi istifadədə deyil.Bu baltalar tək vahid kimi fırlanan balıq quyruğuna bənzər sərt polad pərlərdən ibarətdir. Bu sadə dizaynlar 1900-cü ilə qədər yumşaq layları qazmaq üçün istifadə edilmişdir.

         Şaroşkalı qazma baltaları

       Şaroşkalı qazma baltaları hələdə dünyada istifadə olunan ən çox yayılmış balta növüdür. Kəsmə hərəkəti polad dişləri olan şaroşkalar tərəfindən təmin edilir. Bu şaroşkalar quyunun dibində fırlanır və əsasən qırma hərəkəti ilə qazır. Şaroşkalı qazma baltasının üç növü var:

1.     Bir şaroşkalı

2.     İki şaroşkalı

3.     Üç şaroşkalı

 Almazlı qazma baltaları

       Almaz uzun illərdirki qayaları kəsmək üçün istifadə olunur. Almazın sərtliyi və aşınma müqaviməti onu qazma baltası kimi istifadə ediləcək bir material etdi. Almazlı qazma baltalarının hərəkət edən konusları yoxdur və tək vahid kimi fəaliyyət göstərir. Bu qazma baltalarının səthi yüksək təzyiq və temperaturda sementləşdirilmiş volfram karbid substratına yapışdırılmış təxminən 1/64 in qalınlığında sintetik polikristal almaz təbəqəsindən ibarətdir. O bir-birinə bağlanmış çoxlu almaz kristallarını ethiva edir.