[email protected] +994 99 303 07 01

Layların Üfüqi Yatımı


Tam üfüqi yatım təbiətdə çox nadir hallarda müşahidə edilir. Üfüqi laylar laylanma səthinin üfüqi va ya ona yaxın olması ilə xarakterizə olunur. Laylanma səthlərinin üfüqi vəziyyəti eyni yüksəklikdə bir düz xətt üzərində yerləşən üç nöqtədə müəyyən olunur. Relyef horizontalların lay sərhədlərilə kəşisməməsi və ya üst-üstə düşməməsi layların üfüqi yatımını göstərir. Layların maili yatımında onların sərhədləri müxtəlif nöqtələrdə müxtəlif yüksəklik qiymətinə malik olmaqla horizontallarda
kəşisəcəklər. Süxurun əmələ gəlməsi zamanı üfüqi yatımdan fərqlənməsi adətən hövzə dibi və ya quru relyefinin qeyri-hamar olması ilə izah edilir. Lay sərhədləri onlarin təmaslarının səthi ilə kəşisməsi kimi başa düşülür. Belə sərhədlər kimi geoloji xəritələrdə yüksəkliklərin tavan va dabanın əks etdirən izoxətlər göstərilir. Üfüqi və ya çox kiçik mailliyi (1°-dan az) olan laylar daha çox platforma sahələrində yayılmışdır. Maili yatımda lay təmasları müxtəlif nöqtələrdə müxtəlif yüksəklik nöqtələrinə malik olması ilə səciyyələnirlər.
Üfüqi lay sərhədlərinin mütləq yüksəkliyi təxminən eyni olur. Onlarin sərhədi bir neçə üsulla müəyyən edilir. Təbii açılışlarda üfüqi yatım daha yaxşı müşahidə edilir. Lakin üfüqi səth eroziyaya məruz qalaraq yarğan, qobu, çay dərələri və onların qolları ilə parçalanır. Möhkəm parçalanmış relyef şəraitində qədim üfüqi layların səthə çıxışı relyefin alçaq sahələrində, nisbətən cavan layların çıxışı isə nisbətən yüksək nöqtələrində müşahidə edilir. Müvafiq olaraq stratiqrafik kəsilişdəki süxurlar nə qədər qədimdirlərsə, onlar bir o qədər enmiş ərazilərdə səthə çıxmalıdırlar. Çay dərələri boyu layların növbələşməsində müşahidə olunan üfüqi yatımda həmişə müəyyən qanunauyğunluq görünür: çay axımının əksinə və ya yuxarıya doğru yarğan boyu bir sahildən digər sahilə keçərək zolaqlarla cavan laylar izlənilir. Lay sərhədləri üfüqi səthlə onların kəşismə xətləridir. Belə sərhədlər kimi geoloji xəritədə tavan va dabanın yüksəklik izoxətləri göstərilir. Belə ki, burada növbələşən laylar rənginə, sıxlıqına, çatlıqına görə fərqlənirlər. Belə layların qalınlığının ölçülməsi çox sadədir. Üfüqi layın həqiqi qalınlığı onun daban ilə tavanı arasındakı ən qısa məsafədir. Relyef maili olduqda üfüqi layların həqiqi qalınlığını təyin etmək üçün onların görünən qalınlığından va relyefin meyl bucağından istifadə olunur.
Layın yer səthindəki eni (görünən qalınlıq) müxtəlif şəraitdən asıldır. Layın həqiqi qalınlığı çox olduqca onun yer səthinə çıxan eni də böyük olur. Çıxışın eninə relyef daha böyük təsir göstərir. Çünki dik (şaquli) yatım relyefdə çıxışın eni layın həqiqi qalınlığına yaxın, yəni həqiqi qalınlıq görünən qalınlığa bərabər olur.
Relyef kiçik bucaq altında meyl etdikdə isə əksinə, çıxışın eni artır va həqiqi qalınlığdan çox-çox böyük olur. Relyef düzənlik formasına yaxın olduqda üfüqi yatan lay va ya stratiqrafik kompleks daha geniş ərazini tutur.


Geoloji xəritələrdə üfüqi layların qalınlığının təyin olunması kifayət qədər asan məsələdir. ÜfÜqi layın həqiqi qalınlığının görünən qalınlığa görə təyini aneriodlə də həyata keçirilir. Belə ki, layın dabanında və tavanında təzyiq ölçülür (mm-la), sonra alınan qiymətlər arasındakı fərq 11-ə vurulur ve alınan qiymət tədqiq olunan layın həqiqi qalınlığın ifadə edir. Əgər relyefi horizontallarla göstərilən topoqrafik xəritə olarsa, onda üfüqi layların va ya stratiqrafik komplekslərin sərhədlərini topoqrafik əsasda göstərmək mümkündür. Sərhədlər ya horizontlarla üst-üstə düşəcək, ya da onlara parallel olacaqdır.
Quyu məlumatlarına görə lay sərhədlərinin üfüqi vəziyyəti şaquli qazılan ən azı üç quyu əsasında təyin edilir. Üfüqi layların kəsilişində hər bir lay özündən əvvəlkinə nisbətən xeyli cavan hesab olunur. Üfüqi laylarla relyef arasında aşağıdakı münasibət qeyd olunur: relyefin yüksək sahələrində, su ayırıcılarında cavan yaşlı süxurlar, alçaq sahələrində, çay dərələrində isə nisbətən qədim yaşlı süxurlar yayılır.
Üfüqi yatıma malik ərazilar üçün geoloji xəritələr tərtib etdikdə süxurların yaş və stratiqrafik ardıcıllığı, qalınlığı, fasial dəyişkənlik, geoloji sərhədlər müəyyən edilir. Xəritənin dəqiqliyi topoqrafik əsasın keyfiyyətindən, düzgün müəyyən va təhlil edilmiş geoloji obyektlərin xüsusiyyətlərindən asılıdır. Topoqrafik əsasda miqyas xəritənin miqyasına uyğun götürülməlidir, lakin bir çox hallarda miqyasın iki dəfə böyük olması məqsədəuyğun hesab ediir. Üfüqi laylar geoloji xəritədə göstərmək
üçün əvvəlcə lay ilə relyef horizontalar arasindakı sərhədi va onların mütləq qiymətini müəyyən edirik. Bu sərhəd ya horizontalların üzərinə düşür, ya da onlara paralel yerləşir.