Qazma kəmərinin köməkçi hissələri
Çox
hallarda qazma kəmərinin ünsürləri müxtəlif növlü və ölçülü yivlərlə birləşməli
olur. Bu zaman keçiricilərdən istifadə edilir.
Məsələn:
FGK markalı keçirici aparıcı borunun yuxarı ucunu fırlanğıcın qidalandırıcı lülə
borusuna bağlamaq üçün işlədilir;
KAK
markalı keçirici isə aparıcı borunun aşağı ucunu qazıma borularına bağlamaq
üçün tətbiq edilir;
KK markalı keçirici iki müxtəlif nipelli və
muftalı ucları birləşdirmək üçün tətbiq edilir;
MK
markalı keçirici iki müxtəlif ölçülü nipelli ucları birləşdirmək üçün tətbiq
edilir;
NK markalı keçirici müxtəlif ölçülü 2
muftalı ucları birləşdirmək üçün tətbiq edilir.
K markalı keçirici quyuların sementlənməsində
qazma borusu ilə qoruyucu kəməri birləşdirmək üçün tətbiq edilir.
Qazma zamanı quyudan qazma borusu vasitəsilə
qaz-neft təzahürlərinin qarşısını alan əks bağlayıcı klapan qazma kəmərində
balta üstündə qıfıl birləşmələri arasında yerləşdirilir.
Qoruyucu
rezin halqalar (protektor Bettis halqaları)
Rotor üsulu ilə qazma zamanı qazma kəməri
quyuya buraxılmış qoruyucu kəmərlərin içərisində fırlanmalı olur. Belə hallarda
qazma kəmərindəki qıfılların qoruyucu kəmərə dəyib onu zədələməməsi və tez
yeyilib sıradan çıxmaması üçün qazma borularına rezin halqalar geydirilir.
Qəlibləyici,
mərkəzləşdirici və sabitləşdirici.
Bunlar rotor, elektrik və xüsusilə turbin
qazmasında işlədilir. Hazırda üçşaroşkalı qəlibləyicilərdən daha çox istifadə
edilir. Bu, şaquli quyuların qazılmasında kəmərin aşağı hissəsini quyu mərkəzində
saxlamağa imkan verir və eyni zamanda quyu divarlarının kələ- kötürlüyünü
aradan qaldırmaq və quyu diametrini nominal diametrə qədər bərpa etmək məqsədilə
lüləni genişləndirmək üçün lazım olur. Mərkəzləşdiricilər qazma kəmərini quyu mərkəzində
saxlamağa xidmət edir. Bunların hər ikisi baltadan və ya qazma turbinindən
yuxarıda turbin qazıyıcısından bağlanır və iş şəraitindən asılı olaraq müxtəlif
sxemlər üzrə yığılır Son zamanlar maili qazmada quyu əyriliyini sabit saxlamaq
məqsədilə sabitləşdiricilər geniş tətbiq edilir.