“TOP-DRIVE” haqqında anlayış
Rotor qazma üsuluna məxsus olan nöqsanlar son zamanlar geniş istifadə edilən yuxarı intiqal sisteminin (“TOP-DRIVE”) köməyilə aradan qaldırılmışdır. Yuxarı intiqal sistem (YİS)-maili və üfüqi quyuların qazılması prosesini yaxşılaşdırmağa imkan verən, bir çox texnoloji əməliyyatların yerinə yetirilməsini təmin edən prinsip etibarilə yeni tip qazma qurğusudur. Yuxarı intiqal sistemindən istifadə edilməsi rotor üsulu ilə qazmanın nöqsanlarını aradan qaldırmaqla yanaşı, qazmanın texniki-iqtisadi göstəricilərini xeyli yaxşılaşdırmağa geniş imkan yaradır.
Üstünlükləri:
1.Boru əlavəsi - əgər şamlar şamdamda (barmaqcıqlar arasında) yığılmış vəziyyətdədirsə, hər üç işlək boru əlavəsindən ikisinə ehtiyac olmur;
2.Növbəti quyuya keçərkən qazma borularının bir-bir açılmasına ehtiyac olmur;
3.Qaldırıb-endirməyə sərf olunan vaxt – işlək boru istifadə olunmadığından onu hər dəfə açıb-bağlamağa ehtiyac yoxdur;
4.Quyu lüləsinin yuyulması zamanı Top Drıve sistemi bir başa növbəti şama bağlanır və bu da fasilə yaratmadan yumaya və təkrar işlənməyə imkan verir.
5.Quyu genişləndiriciləri ilə işlədikdə bu iş zamanı yenə də rotor qazması ilə müqayisədə boru birləşmələrin üçdə itkisinə ehtiyac olmur;
6.Daha yüksək texniki təhlükəsizlik - boru əlavələrinin sayı azaldığına görə, qazıma meydançasındakı fəhlələr təhlükələrə daha az məruz qalırlar;
7.Quyuya nəzarətinin yaxşılaşdırılması – təzahür zamanı təhlükəsizlik klapanını əl ilə bağlanmasına ehtiyac qalmır;
8.Alətin tutulması – quyunun şamlarla yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya təkrar işlənməsi imkanı alətin tutulması ehtimalını azaldır.
Mənfi cəhətləri:
Top drıve sisteminin müəyyən çatışmazlıqları da vardır:
1-tal kanatının daha çox yeyilməsi;
2-daha çox texniki xidmətə ehtiyac olması;
3-vışkanın yükgötürmə qabiliyyətinin azalması (top drıve çəkisinə görə);
4-qazıma briqadasının bu avadanlıqla iş təcrübəsinin olmaması;
5-top drıve sisteminin ciddi zədələnməsi zamanı onun prosesdən çıxarılması və ənənəvi rotor üsulu ilə qazmaya keçilməsinin uzun müddət vaxt itkisinə səbəb olmasıdır.