Şaxta nədir?
Neft yataqlarında neftin şaxta ilə çıxarılması ən qədim neft çıxarma üsuludur. Neft yataqlarının yer səthinə doğru qalxan hissələrinə, çox da böyük dərinliyə malik olmayan, vertikal quyular – şaxtalar qazılırdı, qazılmış bu şaxtaların (quyuların) dibinə ətraf süxurlardan süzülərək neft gəlirdi. Şaxtalara yığılmış nefti isə yer səthinə qaldırırdılar.
Şaxta üsulu ilə neftin
çıxarılmasının mərhələləri:
Laylarda qalan qalıq neftin
şaxta üsulu ilə tam çıxarılması ardıcıl iki mərhələdə aparılmalıdır:
1) Hərəkətliyə malik qalıq
neftin çıxarılması;
2) Tərkibində qalıq neft
olan süxurların özlərinin çıxarılması.
Laylardan hərəkətliliyə malik olan (hərəkət edə bilən)
qalıq neftin şaxta üsulu ilə çıxarılması prosesi çox sayda neft yataqlarında tətbiq
edilir. Ancaq neftli süxurların çıxarılması, sonra isə yer səthinə qaldırılmış
süxurlardan neftin yuyularaq çıxarılması və təmizlənmiş süxurların layların
qazılmış hissələrində uçqunların baş verməməsi məqsədi ilə geri daşınaraq
qazılmış hissələrə təkrar doldurulması işləri Qərbi Almaniyada tətbiq
edilmişdir. Lakin iqtisadi cəhətdən bu üsul özünü doğrultmamışdır.
Ümumiyyətlə, faydalı qazıntıların işlənilməsi
prosesində yerin tərkibindən təkcə faydalı
qazıntıları yox, həm də ətrafındakı tamamilə boş süxurlarıda, qazılaraq çıxarılır. Yerin tərkibində
qazılmış sahədə boşluqlar (lağımlar) yaranır ki, buna da dağ-mədən qazıntı işləri
deyilir. Bu dağ-mədən qazıntı işləri vertikal, horizontal və maili ola bilərlər.
Əgər aparılmış bu dağ-mədən qazıntı işləri yer səthinin üzərində açıq səmadadırsa
buna açıq tipli, yox əgər yerin tərkibindədirsə
bunu yeraltı tipli adlandırırlar.
Neftin
çıxarılması üçün iki vertikal gövdəli şaxta qazılır. Bu şaxtalardan biri (əsas
şaxta) yüklərin qaldırılmasına, yuxarıdan
şaxtaya təmiz havanın verilməsinə, şaxtaya toplaşan lay sularının
çıxarılmasına xidmət edir, digəri isə (köməkçi şaxta) şaxtadan işlənmiş havanın
çıxarılmasına, insanların şaxtaya düşməsinə və qalxmasına, eyni zamanda neftin
qaldırılaraq yuxarı çıxarılmasına xidmət edir. Qazılmış neft şaxtalarının
(böyük ölçülərdə olmayan)- gövdələrinin diametri 4-
Qazılan şaxta gövdələri ilə yanaşı aparılan yeraltı qazıntı işləri, əsasən ştreklərin və kverşlaqların qazılmasına sərf edilir. Kverşlaq – horizontal və ya maili aparılmış qazıntı işlərinə deyilir –hansı ki şaxtanın gövdəsindən boş süxurların lay istiqamətində aparılan və məhsuldar laya qədər olan qazıntı işlərini nəzərdə tutur. Ştreklər – kverşlaqlardan aparılmış horizontal qazıntı işlədilir. Ştreklər, hansılar ki neftin çıxarılması üçün, neft layı üzrə qazılır, onlar neft və ya drenaj ştrekləri adlandırılır.
Drenaj qazıntılarının tipindən
asılı olaraq:
Neft yataqlarının bütün
şaxta üsulları ilə işlənməsini, hansılar ki neftli laylardakı hərəkətli neftin
çıxarılması üçün tətbiq edilirlər, onları aparılmış drenaj qazıntılarının
tipindən asılı olaraq aşağıdakı dörd əsas qrupa bölmək olar:
1)
Ştreklərin köməkliyi ilə yatağın drenaj edilməsi, hansılar ki neftli layları əhatə
edir

1-drenaj ştreki
2-bağlayıcı lay;
3-drenaj edilmiş neft qumu;
4-neftlə doymuş qum.
2) Neft laylarından yuxarıda yerləşdirilmiş, neft layına qazılmış kanallar və ya quyular vasitəsi ilə neftli layın drenaj edilməsi

3) Neft laylarından yuxarıda və ya aşağıda yerləşdirilmiş, vertikal və ya maili quyuların qazılması ilə (onların köməkliyi ilə) yatağın drenaj edilməsi


1- neft layı;
2- şaxtanın gövdəsi;
3- kverşlaqlar; ;
4- ştreklər;
5- kameralar;
6- istismar quyuları;
7- neftin yer səthinə
vurularaq qaldırılması üçün quyular və ventilyasiya üçün sistemlər
4) Neft
laylarına, onun üzərindəki boş süxurlarda və ya neft layında yerləşdirilərək
horizontal və ya az maili quyuların qazılması və onların köməkliyi ilə layların
drenaj edilməsi.
Neft yataqlarının drenaj ştreklərinin köməkliyi ilə
işlənilməsi sistemlərinin mahiyyəti ondan ibarətdir ki, neftli sahələr,
hansında ki nefti çıxarmaq istəyirlər, onu drenaj ştrekləri ilə vertikal
dirəklərlə ayrı-ayrı hissələrə bölürlər və neftli laylardan hərəkətli neft
süzülərək ştreklərə daxil olur. Ştreklər
arasındakı məsafənin seçilməsi böyük
əhəmiyyət kəsb edir, hansı ki neftin çıxarılmasının maya dəyərinin minimum
olmasını təmin etməlidir. Laylardan neftin çox böyük məsafələrdən, ştreklərin
vertikal dirəklərinə süzülməsi çox vaxt apardığından, ştreklərin uzun müddət
işçi vəziyyətdə saxlanılması tələb olunur. Ştreklərin yaxın məsafədə
yerləşdirilməsi isə neftin maya dəyərinin artmasına səbəb olur. Neftli layı
təşkil edən süxurların keçiriciliyi nə qədər kiçik və neftin özlülüyü nə qədər
çox olarsa, o qədər də ştreklər arası məsafə az olmalıdır. Ştreklərin aşağı
hissələrində yığılan neft açıq novlarla
və ya boru kəmərlər ilə neftin yığım sahələrinə göndərilir, buradan isə
nasoslar vasitəsilə çənlərə vurulur,
hansı ki şaxtanın lüləsində (gövdəsində) yerləşdirilmişdir, oradan isə yer
səthinə qaldırılır.
Lay üzrə ştreklər
onun dabanı səviyyəsində çəkilərkən, ştreklərin aşağı hissəsinə neft
hopur ki, buda orada insanların və materialların hərəkəti zamanı çətinliklər
yaradır və eyni zamanda yanğın üçündə böyük təhlükə yaradır. Buna görə də ştrekləri məhsuldar layların üzərindəki boş laylarda çəkirlər, hansılardakı drenaj işləri quyular vasitəsilə aparılır.
Şaxta
üsulu ilə işlənmədə, neftli layların neftverimini
artırmaq üçün; vakuum-prosesdən, məhsuldar laylara su və ya qaz vurulmasından,
eyni zamanda laya istiliklə təsir üsullarından da istifadə edirlər.
Şaxta üsulu ilə ilk neft:
Keçmiş SSRİ-də, şaxta üsulu
ilə ilk neft, yeraltı quyularla, 1939-cu ildə Rusiyanın Yareqski ağır neftli
yatağından çıxarılmışdır.
Yareqski neft yatağında
tətbiq edilən şaxta üsulu, özünə məxsusluğu ilə xaricdə tətbiq edilən digər
üsullardan fərqlənir. Bu neft yatağında şaxta üsulu ilə işlənmə sistemi tətbiq edildikdə,
horizontlardan əyriliyə maili quyu sistemindən istifadə edilmişdir. Bu
sistemin mahiyyəti ondan ibarətdir ki, əgər şaxta üsulu ilə işlənmə sistemində
adi layüstü sistem tətbiq edildikdən sonra nefti kameralardan çıxarırlar,
hansılar ki bir başa məhsuldar lay üzrə
maillik əsasında (horizontlardan müəyyən
bucaq altında aşağı əyilmə) aparırlar.
Bu cür sistemdə şaxta sahəsini bir neçə mərtəbəyə bölürlər, hansılarin
ki sərhədi daxilində mailliklərinin
köməyi ilə işlənilmə üçün bloklara bölürlər. Belə blokları maili bloklar
adlandırırlar.