Qoruyucu kəmərlərin aşağı hissəsinin quruluşu(QKAH)
Qoruyucu kəməri layihə edilmiş dərinliyə endirməyi və quyunun keyfiyyətlə sementlənməsini təmin etmək üçün, kəmərin aşağı hissəsi təchiz edilir.
Bu təchizat aşağıdakı elementlərdən ibarətdir:
1.Yönəldici tıxac;
2.Başmaq;
3.Sementləmə borusu;
4.Əks klapan;
5.İstinad halqası.
Yönəldic tıxac sementdən, plastik kütlədən və nadir hallarda ağacdan hazırlanır və kəmərin ən aşağısında başmağın altında yerləşdirilir. Bu tıxacın vəzifəsi kəmər quyuya endirilərkən onu yönəltməkdir. Tıxacın qazılacağını nəzərdə tutaraq, onun texniki kəmərlər üçün sementdən hazırlanması məsləhət görülür.
Başmaq uzunluğu 30-80sm və qalınlığı 15-19mm olan polad halqadır. Başmaq, kəmərin ən aşağı borusuna bağlıdır. Vəzifəsi – kəmərin aşağı ucunun mexaniki möhkəmliyini artmaqdadır. Başmaq yönəldicisinin işlədilməsi, qoruyucu kəməri endirdikdə, başmağın ucu ilə quyu divarı üzərindəki gil qabığının kəsilməsinin, quyu lüləsi üzrə əyriliyin qarşısı alınır.
Sementləmə borusu uzunluğu 1,0-1,5 m və sementin kəmərdən çıxması üçün xüsusi yan dəlikləri olan qoruyucu boru parçasıdır. Sementləmə borusu aşağıdan başmağa bağlanır. Bunun yuxarı ucuna bir qədər uzun xüsusi bilərzik bağlanır və bu bilərziyin içərisinə əks klapan qoyulur. Dərin quyulara qoruyucu kəmərləri endirdikdə: kəmərin çəkisindən qarmağa düşən yükü azaltmaq məqsədilə kəmərə başmaqdan 1,2-2m , bəzən də 12 m hündürlükdə məsafədən əks klapan bağlayırlar.
Əks klapan mayenin yalnız yuxarıdan aşağıya doğru keçməsinə imkan verir. Əks klapanın gövdəsi və qapağı çuqundan hazırlanır ki, lazım gəldikdə asan qazılsın.
Əks klapanın vəzifələri:
a)Kəmər quyuya endirilərkən halqavari fəzada mayenin intensiv dövranını təmin etmək;
b)Kəmər quyuya endiriləndə onun ağırlığını qismən azaltmaqdır.
Əks klapanın hissələri:
1.Gövdə; 2.Yəhər; 3.Disk 4.Qol (ştok); 5.Yay.
Quruluşlarına görə əks klapanların tipləri:
1.Nimçəvari;
2.Kürəvi;
3.Differensial.
İstinad halqası əks klapandan yuxarıda yerləşdirilir. Eni 30-40mm, qalınlığı 15-20mm olan çuqun halqadır (şayba şəklindədir). Əsas vəzifəsi sementləmə prosesində sementləmə tıxaclarını saxlamaqdır. Bəzən istinad halqasında bir dəlik əvəzinə bir neçə dəlik olur.