Quyuların
qaytarılması işləri
Çoxsaylı neft və
qaz yataqlarında istismar quyularının tam istifadəsi üçün quyularda layların
yuxarı və ya aşağı horizontlara
qaytarılması tədbirləri keçirilir.
“Aşağıdan-yuxarıya” sisteminin neft
yataqlarının istismarında qəbul olunmuş işlənməsi quyularda layların və
horizontların növbəli istismarına gətirib çıxarmışdır. Burada layların
debitinin azalması və ya tükənməsi, texniki cəhətdən layların istismarı çətinləşəndə
“aşağıdan-yuxarıya” sistemi ilə işlənməyə başlayırlar. Quyular öz təyinatını hər
hansı bir istismar obyektində başa
vurduqdan sonra o biri obyektlərin istismarına başlayırlar.
Texniki
səbəblərə görə quyuların başqa horizontlara qaytarılması səbəbləri
1. Quyulara əlavə
suların daxil olmasının qarşısı izolyasiya ilə alına bilmirsə;
2. Qoruyucu kəmərdə
defekt olarsa, quyunun istismarı mümkün olmazsa;
3. Quyuların qəzalar mürəkkəb şəraitə görə ləğv edilə bilinməyəndə.
Quyuların aşağı və
ya yuxarı horizontlara qaytarılması bu hallarda aparılır:
1. İstismar
obyektinin tükənməsi olarsa;
2. İstismar
obyekti kontur suları ilə sulaşdıqda;
3. İstismar
obyektinin neft horizontlarının qazlaşması olanda;
4. Texniki səbəbə
görə, istismar kəmərində qəzaların ləğvi alınmaqla.
Quyuların
istismar üsullarının seçilməsi üçün əsas informasiyalar
1. Zamandan asılı
olaraq quyular üzrə gündəlik maye debitlərinin ilkin variantı və onlara müvafiq
quyudibi təzyiqləri;
2. Quyuların dərinliyi,
istismar kəmərinin diametri, perforasiya zonası, yatağın iş rejimi, geometrik
qradiyentləri haqqında ilkin məlumatlar;
3. Süxurların möhkəmliyi
və kəşfiyyat quyularının istismar təcrübəsinə əsasən qum əmələgəlmə haqqında məlumat;
4. Əyilmiş
quyuların mövcudluğu, onların verilmiş problemləri, ən böyük əyriliyin olduğu
yerlər haqqında məlumat;
5. Neft və maye
üzrə qaz amilləri;
6. Məhsulun xassələri;
7. Quyuların yerləşməsi,
yatağın orohidroqrafiyası;
8. Havanın
maksimal və minimal temperaturu;
9. Yaşayış məntəqələrinin
yaxınlığı, elektrik enerjisinin verilmə şəraiti;
10. Baxılan
yatağın xarakteristikasına görə olan yataqların işlənmə və istismar təcrübəsi
üzrə texnoloji və texniki-iqtisadi materiallar.
Quyularda neftdən tükənmiş horizontlar monolit sement stəkanı ilə lülədə bağlandıqdan sonra yuxarı horizontların quyuda qaytarılmasına, yəni işlənməsinə başlanılır. Bu zaman əsasən lay sularının mükəmməl izolyasiyasına fikir verilməlidir, çünki sular yüksəktəzyiqli və qaytarılmış quyuda horizonta yazın olan yerdədir. Belə hallarda sement məhlulu təzyiq altında süzgəcin dəliklərindən vurur, əgər bu məsafə çoxdursa, onda təzyiqsiz sementləmə aparılır.