[email protected] +994 99 303 07 01

Süxurların keçiriciliyi

Keçiricilik – dağ süxurlarının süzülmə parametri olub, onun quyu dibinə neft, qaz və suyun buraxma qabiliyyətini xarakterizə edir. Müəyyən təzyiqlər fərqində süxurların özündən maye və qazı buraxma qabiliyyətinə süxurun keçiriciliyi deyilir. Bütün süxurlar keçiricilik qabiliyyətinə malikdir. Gil, dolomit çox kiçik keçiriciliyə malikdir.

 Neft və qaz yataqlarının işlənməsində məsaməli mühitdə müxtəlif növ süzülmə baş verir. Neft, qaz, hər ikisinin birlikdə, neft, qaz, su hər üçünün birlikdə və s. Bununla əlaqədar maye, qaz və suyun fiziki-kimyəvi xassələrindən asılı olaraq keçiricilik müxtəlif olacaq.

Mütləq, effektiv (faza) və nisbi keçiricilik anlayışlarından istifadə olunur.

Mütləq keçiricilik: Bir fazanın süxurdan, məsaməli mühitdən keçiriciliyi, daha doğrusu süxura nisbətən kimyəvi inert-təsirsiz faza keçiriciliyi nəzərdə tutulur. Əsasən qazla təyin olunur. Su və neft süxurdakı gil ilə əlaqədə şişib məsamələri qapıya bilir.

Fəza keçiriciliyi: Məsaməli süxurda çox fazalı fluid olduqda süzülmə zamanı süxur xassəsindən başqa məsaməli mühitin hansı faza ilə doymasından asılı olaraq və onun fiziki-kimyəvi xassəsindən asılı olaraq hər faza üzrə keçiricilik faza keçiriciliyi adlanır.

Nisbi keçiricilik: Faza keçiriciliyin mütləq keçiriciliyə nisbətidir.

 Dağ süxurlarının keçiriciliyini qiymətləndirmək üçün xətti süzülmənin Darsi qanunundan istifadə edilir.

 Mayenin məsaməli mühitdə süzülmə sürəti təzyiq qradienti ilə düz, dinamik özlülüklə tərs münasibətdədir.