[email protected] +994 99 303 07 01

Quyu lüləsinin dayanıqsızlığı

Quyu lüləsinin dayanıqsızlığı

Quyu lüləsinin dayanıqsızlığı öz ölçüsünü və formasını və yaxud struktur tamlığını saxlamayan açıq lülə intervalının arzuedilməz şəraitidir. Bu səbəblər aşağıdakı kateqoriyalara qruplaşdırıla bilər:

Mexaniki – sahədə olan təzyiqlər nəticəsində

Eroziya -flüidin dövranı ilə bağlı olaraq

Kimyəvi -quyu lüləsi flüidinin formasiya ilə qarşılıqlı əlaqəsi nəticəsində

Quyu lüləsinin dayanıqsızlığı ilə əlaqədar yaranan problemləri qeyd edək.Quyu lüləsinin dayanıqsızlığının dörd müxtəlif növü vardır:

•Lülənin bağlanması və ya daralması

•Lülənin genişlənməsi və ya yuyulmalar

•Yarılma

•Uçma

Lülənin bağlanması- quyu lüləsinin daralmasının vaxtdan asılı olan prosesi olub, izafi təzyiq altında sürüşmə də adlanır.Bununla əlaqədar problemlər aşağıdakılardır:

• Fırlanma momentinin və sürtünmənin artması

• Borunun tutulma potensialının artması

•Kəmərin oturulması çətinliyinin artması

Lülənin genişlənməsi- dedikdə yəni lülə lazım olandan arzuedilməz dərəcədə böyük olur.Lülənin genişlənməsi adətən hidravlik eroziya nəticəsində baş verir. Bununla əlaqədar problemlər aşağıdakılardır:

•Sementləmənin çətinliyinin artması

•Lülənin əyilmə potensialının artması

•Lülənin səmərə ilə təmizlənməsi üçün hidravlik tələblərin artması

Yarılma -  quyu lüləsində qazma məhlulu təzyiqinin formasiyanın yarılma təzyiqindən artıq olduğu hallarda baş verir. Bununla əlaqədar problemlər aşağıdakılardır:

• Mümkün atqı halları

•Maye dövranın itməsi

Uçma- quyu lüləsinin uçması qazma məhlulunun təzyiqinin qazılmış lülənin struktur tamlığını saxlamaq üçün kifayət qədər olmadığı hallarda baş verir. Bununla əlaqədar problemlər aşağıdakılardır:

•Borunun tutulması

•Quyunun itirilmə mümkünlüyü

Qeyd edək ki,qazmadan əvvəl müəyyən dərinlikdə süxurun gücũ sahədəki süxur təzyiqi ilə tarazlaşmış şəkildə olur.Lakin lülə qazılan zaman süxurun gücü ilə sahədəki təzyiqlər dəyişir. Nəticədə lülənin dayanıqsızlığı problemi yaranır.