[email protected] +994 99 303 07 01

Buzlaqların təsnifatı

Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının         əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci         dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. 

Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: 

qar və buz yaranması üçün rütubət verən hidrosferin, 

bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, 

səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. 

İqlim hadisəsi olan şaxtalı atmosfer isti qurşaqda böyük yüksəkliklərdə, mülayim enliklərdə bir qədər orta yüksəkliklərdə, qütb ölkələrində isə dəniz səviyyəsində olur. Onun qütb basıqlığı bərk Yerdəkinə nisbətən 5 km çoxdur. Krisoferin alt sərhədi qar xətti adı almışdır. Qar xətti o yüksəkliyə deyilir ki, orda il ərzində düşən bərk atmosfer yağıntısının miqdarı onun illik məsrəfinə bərabərdir və ya ildə nə qədər düşürsə, o         qədər də əriyir 

Yer səthində — dağlarda, yaxud qütb enlikləri düzənliklərində — sovrulub gətirilmiş qarlardan kiçik bir ləkə meydana gəlir. Sonra albedo artması və Günəş radiasiyasının xeyli hissəsinin itməsi, qar üzərində yüksək kondensasiya sayəsində yağıntı miqdarının artması və qar səthinin təsirindən temperaturunun ümumi düşməsi yolu ilə özü-özünə inkişaf edir. Antarktidadakı müşahidələr göstərmişdir ki, buz örtüyü öz üzərində temperaturu 25 °C aşağı sala bilər. Nəticədə hətta dəyişməyən iqlim şəraitində buzlaqlar artır və qar sərhədi enir. M.V.Tronovun göstərdiyi kimi, o, 200 −300 metrə enə bilər. Lakin sərhədin enməsi yalnız müəyyən həddə qədər mümkündür.  

Buzlaqlar mülayim qurşağın dağlıq ölkələrində ən xarakterik buzlaşma formasıdır. Adətən, onların aşağıdakı tipləri ayrıd edilir: 

Adi dərə buzlaqları və ya Alp tipli buzlaqlar; bir dildən ibarətdir, qolları yoxdur. Hər qletçerin öz ayrıca qidalanma sahəsi vardır. 

Mürəkkəb dərə buzlaqları və ya Qafqaz tipli buzlaqlar; baş qoldan və çox sayda qollardan ibarətdir. 

Orta Asiya tipli buzlaqlar, onlar həm firn sahəsindən, həm də çox sayda qar uçqunlarından və digər buzlaq uçqunlarından qidalanır. Qidalanma firn sahəsi buzlaqla müqayisədə kiçikdir. Bu buzlaqlar əlavə qar uçqunları hesabına qidalandıqları üçün uzundur. 

Himalay tipli buzlaqlar; buzlaşma prosesinin fəal getməsi şəraitində hər bir yamacın dərəsi ilə aşağı gedən buzlaqlar silsilələr arasındakı dərəyə çatır və bu dərə üzrə hərəkətini davam etdirir, ağac şəkilli mürəkkəb buzlaq forması alınır. Buzlağın əsas gövdəsi və qol-budaqları olur. 

Buzlaq eroziyası yüksək dağlıq zonası buz kütlələrinin qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ-kötürlükləri qismən hamarlaması prosesidir. 

Buzlaq formasiyaları (tillitlər) əsasən bərk atmosfer çöküntülərinin çökməsi və onların ablasiyadan üstün olması ilə səciyyələnən kriohumid (buzlaq) iqlim tipilə bağlı olan çökmə süxur formalarının toplusudur. Buzlaq formasiyaları əmələ gəlməsində əsas amil suyun passiv (dəniz buzlaşması) və ya fəal (quru buzlaşması) hərəkətli uzun müddətli və dayanıqlı qletçer buzları halına keçməsidir. Quru və dəniz buzlaq formasiyalara ayrılır.