[email protected] +994 99 303 07 01

Xüsusi məqsədlər üçün istifadə edilən baltalar

Xüsusi məqsədlər üçün istifadə edilən baltalar 

Quyuların qazılmasında, əsasən, üç növ balta tətbiq edilir:

1. Quyudibi süxurların tamamilə qazılması prosesində işlədilən pərli (tiyəli), şaroşkalı , almazlı və PDC tipli baltalar.

2. Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək məqsədilə işlədilən sütuncuqlu baltalar. 

3. Xüsusi məqsədlər üçün işlədilən baltalar

Xüsusi məqsədlər üçün istifadə edilən baltalar aşağıdakılardır

1.Genişləndiricilər

2.Frezerli baltalar

3.Reaktiv turbin ilə qazmada istifadə edilən baltalar;

4.Qazma kəmərini qaldırmadan quyu dibindəki işlənmiş baltanı dəyişməyə imkan verən oturdulan (taxılan) baltalar;

5.Armuda oxşar baltalar;

6.Nizəyə oxşar baltalar

7.Ekssentrik baltalar.

Genişləndiricilər

Bunlardan quyu lüləsinin daraldığı yerlərdə quyunun diametrini bərpa etmək, başqa formada desək, onu nominal diametrə qaytarmaq və qazıma alətini quyu lüləsinin mərkəzində saxlamaq üçün istifadə edilir. Genişləndiricilər şaroşkalı və pərli olur.

Frezerli baltalar

Zəif abraziv süxurların, sement körpüsünün quyuda kənar metal hissələrinin və xüsusi hallarda qoruyucu kəmərin içərisindən yana çıxmaq üçün “pəncərə” açmaq üçün qazılmasında istifadə olunur.Frezerli baltalar sement körpülərini və quyuda olan kənar metal cisimləri qazmaq üçün işlədilir.

Reaktiv turbin ilə qazmada istifadə edilən baltalar 

 İki yaxud üç ədəd bir-biri ilə möhkəm bərkidilmiş turbin qazıyıcılarının vallarına bağlanmış adi şaroşkalı baltalarla eyni zamanda qazma işi görən aqreqat belə adlanır. 

Nizəyə oxşar baltalar

 Bu balta köməkçi işlər üçün tətbiq edilən baltalardandır.Bu baltalardan hazırda aşağıdakı hallarda işlədilir:

a)quyunu yoxlamaq və yumaq üçün;

b)quyunun diametri kiçilərkən keçid yeri qazmaq üçün;

c)tutma işlərində

Ekssentrik baltalar

İkinci lülənin açılmasında, əvvəlki balta ilə qazılmış lülənin diametrini daha böyük diametrlə qazmağı davam etdirməkdə istifadə edilir.