İstismar quyularının quyudibi zonalarına istiliklə təsir üsulları.
İstismar quyularının quyudibi zonalarında, istismar prosesində parafin və qatran çökərək bu sahələrin keçiriciliyini kəskin şəkildə pisləşdirirlər, bu isə quyuların debitlərinin azalmasına gətirib çıxarır. Bunun qarşısının alınması üçün,yəni quyudibi zonanın çirkləndiricilərdən təmizlənməsi üçün, zaman-zaman kimyəvi üsullarla yanașı istilik üsulları da tətbiq edilir. İstilik üsulunun mahiyyəti ondan ibarətdir ki, istismar quyularının quyudibi zonaları, orada çökmüş parafinin, qatranın və digər maddənin əridilərək,oradan çıxarılması məqsədi ilə, bu zonanın qızdırılması prosesindən ibarətdir.
İstilik quyudibi zonada iki üsulla yaradılır:
1) Lay süxurlarının skeleti və boșluqları dolduran maye ilə istilik mənbəyindən istiliyin ötürülməsi üsulu. (konduktiv qızdırıma üsulu)
2) İstilik kütlə daşıyıcısının kollektor üzrə məcburi daşınması üçün, laya vurulan istilik dașıyıcılarının hesabına daşınması (doymuş və ya ifrat qızdırılmış buxar, qaynar su).
Quyudibi zonanın istiliklə işlənilməsinin digər üsullarından fərqi nədir?
Bu üsulla quyudibi zonaya başqa maddələr vurulmur,hansılar ki sonradan bu zonaya mənfi təsir göstərə bilərlər. Bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, qısa zaman ərzində quyudibi zonaya böyük miqdarda istiliyin verilməsinin qeyri-mümkün olmasıdır.
Qeyd 1
Quyuların quyudibi zonalarının periodik üsulla qızdırılmasının təsir mexanizmi onunla nəticələnir ki, bu zaman parafin, asfalten və qatran çöküntüləri əriyir və sonrakı istismar prosesində laydan çıxarılır,bu zaman, istismar prosesinin bərpa edilməsi nəticəsində, quyunun quyudibi zonasının intensiv soyuması baș verir və layın keçiriciliyinin bərpa edilməsi üçün (soyuma prosesində çirkləndiricilərin bir hissəsinin layda qaldığı üçün) təkrar quyudibi zonanın işlənilməsinə tələbat yaranır.
Qeyd 2
Quyudibi zonaya istilik daşıyıcılarının vurulmasının təsiri mexanizmində, eyni zamanda neftin özlülüyünün azalmasına və kollektorun keçiriciliyinin artmasına səbəb olur. Lakin bu halda neftin özlülüyünün azalmasına ancaq temperaturun artması səbəb olmur,həmdə neftin qaynar kondensatla qarışması onun özlülüyünün azalmasının effektivliyini artırır. Bundan bașqa, bu üsulla quyudibi zonanın ișlənilməsi parafin-qatran çöküntülərinin həll olunmasını fəallaşdırır, şlamın dağılması prosesini sürətləndirir və su baryerlərini ləğv edir. Bütün bu proseslərin nəticəsi olaraq, nəinki kollektorun neft keçiriciliyi bərpa olunur, hətta quyunun istismarının bașlanğıcındakı keçiriciliyindən də yüksək olur.