Veb proqramlaşdırma nədir?
Veb proqlramlaşdırma qısa desək, bir internet səhifəsində istifadəçinin gördüyü və görmədiyi, hər şey kimi deyə bilərik. Veb proqramlaşdırma, Front-End və Back-End olmaqla 2 hissəyə ayrılır. İstifadəçinin gördükləri Front-End, görmədikləri isə Back-End proqramlaşdırmanın məhsuludur.
Front-End proqramlaşdırma nədir?
Front-End saytda istifadəçinin gördüyü vizual tərəfdir. Müasir veb dünaysında əhəmiyyəti hər gün daha da artır. Buna səbəb, Google kimi texnologiya nəhənginin istifadəçi üçün ən rahat və ən funksional şəkildə dizayn edilmiş saytları, öz axtarış nəticələri səhifələrində ön sıralara çıxartmasıdır.
Front-End proqramlaşdırma dilləri hansıdır?
Front-End dedikdə HTML, CSS və JavaScript kimi texnologiyalar nəzərdə tutulur. Proqramlaşdırma dünyasında HTML və CSS bir çoxları tərəfindən proqramlaşdırma dili kimi sayılmasa da,istifadəşə təcrübəsinin bu qədər əhəmiyyətli olduğu dövrdə veb proqramlaşdırma dünyasındakı yerlərini qorumaqdadırlar.
HTML (Hypertext Markup Language) bir saytın strukturunu müəyyənləşdirən işarələmə dilidir. CSS ( Cascading Style Sheets) ilə saytın görünüşü dizayn edilir. JavaScript ilə isə, UI (User Interface) funksionallığı reallaşdırılır. Eyni zamanda Front-End tərəfində CSS üçün Twitter tərəfindən yaradılmış, Bootstrap framework'ü və JavaScript ailəsinə daxil olan Ajax, JQuerry Angular JS kimi texnologiyalar da istifadə olunur.
Back-End proqramlaşdırma nədir?
Back-End proqramlaşdırma daha asan bir formada desək, istifadəçinin görmədiyi daha mürəkkəb prosseslərin reallaşması üçün yaradılan, arxa plan strukturudur. Bir saytın server side’a aid, əlaqəli bütün prosesləri, eyni zamanda istifadəçinin daxil etdiyi məlumatın işlənməsini, Back-End tərərfi reallaşdırır. Back-end proqramlaşdırmada PHP, ASP.NET, JAVA, PHYTON, C# və.s. kimi proqramlaşdırma dilləri istifadə olunur.
Server tərəfi (Server Side) nədir?
Back-End proqramlaşdırmada, sayta daxil olan məlumatlar database’a göndərilir. Bu səbəbdən, Back-End dedikdə eyni zamanda MYSQL, MSSQL və Oracle kimi database dilləri ilə iş də, nəzərdə tututlur.