[email protected] +994 99 303 07 01

Qrafit layindan nanoborunun yaradilmasi

Nanoborunun xirallığı təşkil olunduğu altıbucaqlının (m, n) koordinatları ilə, və ya α fırlanma bucağı ilə ifadə edilə bilər. Birlaylı nanoborunun xirallıq indeksləri ilə onun D diametri arasında aşağıdakı asılılıq mövcuddur:


Burada do=0,142 nm olub, qrafit səthində qonşu karbon atomları arasındakı məsafəni göstərir. Xirallıq indeksləri ilə fırlanma bucağı arasındakı əlaqə isə aşağıdakı kimidir:

Sintez prosesində alınan borulardan üçdə ikisi (2/3-i) yarımkeçirici, üçdə biri (1/3-i) isə metallik xassələrə malik olur. Keçiricilik boru istiqamətində olduğu üçün, karbon nanoborularından birölçülü kvant naqili kimi də istifadə etmək olar. Karbon nanoborularının malik olduğu unikal mexaniki möhkəmliyindənvə elektrik xassələrindən biologiyada geniş şəkildə istifadə olunur. Belə ki, nanoborulardan fermentlərin və ferment komplekslərinin immobilizasiyasında (tərkibində onların yığılmasından) istifadə edirlər. Bundan başqa, nanoborular vasitəsilə dərman preparatlarını, makromolekulları, zülalları, DNT-ni lazım olan ünvana – xəstə hüceyrələrə, oqran və orqanellalara daşımaq da mümkündür. Karbon nanoborularından başqa, 1992-ci ildə izrailli alim R.Tenne tərəfindən qeyri-karbon nanoborusu da sintez edildi. Bu nanoboruları su, və ya su-üzvi mühitlərdə bərk, və ya qaz fazasında ilkin maddələrin qarşılıqlı təsirləri nəticəsində kimyəvi üsulla - duzların termolizi prosesi ilə almaq mümkündür. Bunun üçün müxtəlif modellərdən istifadə olunur ki, bunlardan biri də dioksid titan TiO2 nanoborusunun əmələ gəlmə modelidir. Qeyri-karbon TiO2 nanoborusunun əmələ gəlmə modelini 3D→2D→1D sxemi kimi təsvir etmək olar. Əvvəlcə üçölçülü (3D) dioksid titan kristalı hər hansı bir məhlul daxilində, məsələn, NaOH məhlulunda ikiölçülü (2D) quruluş yaradır ki, bu da öz növbəsində əyilərək kənar atomların doymamış rabitələri ilə birləşməyə cəhd edir. Sonrakı burulmada ya divar kağızı rulonuna bənzər nanoquruluş, ya da bir-birinin içərisinə girmiş silindrik quruluş- nanoboru alınır. Eyni üsulla digər oksid birləşməli nanoboruları da almaq mümkündür.

Bu yaxınlarda alimlər tərəfindən karbon nanoborularından möhkəmliyi baxımından heç də geri qalmayan nitrid bordan və bir sıra metallardan (məsələn qızıldan) ibarət nanoborular da yaradılmışdır.
Qeyri-karbon nanoborularının da karbon nanoborular kimi tətbiq sahələri genişdir. Hal-hazırda bu borular ətraflı şəkildə tədqiq edilir. Təcrübələr nəticəsində müəyyən edilmişdir ki, bu nanoboruların bir çox fəaliyyət mexanizmləri materialın morfologiyasından , səthi gərilməsindən , kristalik və elektron quruluşundan bir-başa asılıdır.