Seperator sözünün mənası nədir ?
Qurğunun adı "seperasiya' sözündən
götürülüb , mənası "ayırmaq" , "bölmək" deməkdir.
Seperatorların iş
prinsipi və quruluşu
Separatorda
təzyiqi kəskin aşağı saldıqda sərbəst qazla aparılan ağır karbohidrogenlərin
miqdari xeyli azalır,neftin separatordan tez keçməsi zamanı isə neftdə qalan
yüngül karbohidrogenlərin miqdarı çoxalır. Neft mədənlərində tətbiq olunan
çoxpilləli separasiya sistemi birinci pillədə metanın, sonrakı pillələrdə isa
ağır karbohidrogenlərdən ibarət olan yağlı qazın alınmasına imkan verir. Bu
zaman metan qazı xüsusi ehtiyaclarn ödənilməsi və ya tələbatçıya, yağlı qaz isə
sonrakı emal üçün qaz -benzin zavoduna göndərilir. Separasiya qurğularında qismən
də olsa, suyun neftdən ayrılması prosesi da baș verir. Tətbiq olunan separator qurğuları cox müxtəlif
olur.
Neft/qaz separatoru ümumiyyətlə aşağıdakı
komponentlərdən ibarətdir:
Separator buxarlandırıcı aparatın əsas gövdəsini
təşkil edir. Separat geniş diametrli silindirik hissədən ibarət olub,aşağı hissəsi
konusvari hazırlanır,yuxarı hissəsi isə sferik diblə qapanır.Onun aşağı hissəsində
qaynadıcı kamera və damcıqaytaran yerləşir.Yuxarısında isə hidrosiklon quraşdırılır,qızdırıcı
kamera özü də separatorun aşağısına bərkidilir və bundan başqa separatorla
qızdırıcı kameranın aşağı ucları dövretdirici boru ilə əlaqələndirilir.
Qaynadıcı kamerada alınan təkrar buxar separator boyu yuxarıya doğru hərəkət
edir.Separatorun en kəsik sahəsi geniş olduğundan buxarın hərəkət sürəti çok
kiçik olur ki,bu da məhlul damcılarının öz ağırlıq qüvvəsi təsiri altında çökərək
təkrar buxardan ayrılması üçün şərait yaradır. Beləliklə,təkrar buxarın məhlul
damcılarından 2-ci dəfə təmizlənməsi separatorun daxilində gedir.
Hidrotsiklon
Hidrotsiklon təmizləyici aparat olub
,separatorun daxilində -onun yuxarı hissəsində quraşdırılır.Hidrotsiklona təkrar
buxar separatordan böyük sürətlə (20- 30 m/san )daxil olur və buxar
hidrotsiklon daxilində fırlanma hərəkəti edir.Nəticədə mərkəzdənqaçma qüvvəsi
yaranır.Yaranan mərkəzdənqaçma qüvvəsi təsiri altında təkrar buxar məhlul damcılarından
maksimum dərəcədə təmizlənir.Beləliklə,təkrar buxarların məhlul damcılarından
3-cü dəfə təmizlənməsi hidrotsiklonda başa çatır.
Seperatorların bəzi növləri :
İş prinsipinə görə - qravitasiyalı, mərkəzdənqaçma (hidrotsiklonlu), jalüzlü, ultrasəsli
və s.
Həndəsi formalarına görə və fəzada
vəziyyətinə görə-silindrik, sferik, şaquli, horizontal və maili
İşçi təzyiqinə görə -yüksək (2,5
MPa-dan çox ), orta (0,6-2,5 MPa), aşağı (0-0,6 MPa) və vaakumlu
Növündən və tipindən asılı olmayaraq bütün separatorlarda texnoloji əməliyyatlara görə 4 seksiya olur: I-neftdən qazın ayrılması baş verən əsas separasiya; II-separasiya seksiyasından neftlə birlikdə aparılan qaz qabarcıqlarının ayrılması üçün nəzərdə tutulan çökdürücü; III-separatordan neftin yığılması və çıxarılması üçün nəzərdə tutulan seksiya; IV- qaz axını ilə aparılan neft damlalarını tutmaq və qazın çıxarılmasına xidmət edən və qurğunun yuxarı hissəsində yerləşən damlatutan seksiya.Separator qurğularının səmərəlilyi qazla aparılan mayenin və separasiyadan sonra neftdə qalan qazın miqdarı ilə xarakterizə olunur. Bu göstəricilər nə qədər aşağı olarsa, qurğunun səmərəliliyi o qədər çox olacaqdır.