[email protected] +994 99 303 07 01

Spirtlər

Spirtlər

Spirtlər karbon atomuna birbaşa -OH qrupunun bağlı olduğu üzvi maddələrə verilən addır. Ümumi formulları CnH2n+1OH olan monospirtlər, spirtlərin önəmli bir sinfidir. Bunlardan etanol (C2H5OH), alkoqollu içkilərdə mövcud olan növdür. Ümumiyyətlə spirtli içkilərdəki alkoqol sözü ilə etanol nəzərdə tutulur, hansı ki yeni istehsal olunmuş pivədə etanolun faiz nisbəti %3 — %5 arasında, şərabda isə %12 — %15 arasında olur.

Spirtlərin adlandırılması

Spirtlər bir neçə üsulla adlandırırlar. Məsələn, radikalın adından sonra "spirt" sözünü artırırlar. məsələn, metil spirti, izopropil spirti. ikinci adverməyə görə (UPAC beynəlxalq nomenklaturaya görə) ilkin karbohidrogenin strukturuna "ol" şəkilçisini əlavə edirlər. Məs., metanol, 2-metil-1-butanol. Çox vaxt trivial advermədən də istifadə edirlər. Məs: alil spirti, benzil spirti, 0-salisil spirti.

İkiatomlu spirtlər çox vaxt diollar və yaxud qlikollar adlandırılır. Məs., 1,2-etandiol-etilinqlikol, 1,2-propandiol — propilenqlikol.

Üçatomlu spirtlər triollar, yaxud qliserinlər adlandırılır. Məs., 1,2,3-propantriol, 2,2-di(hidroksimetil)- 1,3-propansiol, pentaeritrin. Ümumiyyətlə spirtləri başqa cür alkahollar da adlandırırlar. Əgər molekulda hidroksil qrupundan böyük funksional qruplar varsa hidroksil qrupunu adlandırmaq üçün "oksi" sözündən istifadə edirlər. Məsələn, 3-oksibutan turşusu.

Doymuş biratomlu spirtlər

Qədim zamandan məlum olan və ən çox işlənən spirt, şərab spirti, yaxud etil spirtidir. Emprik düsturu C2H6O olan bu spirtin quruluşunu təyin etmək üçün C2H6O tərkibli maddənin yalnız iki quruluşda yazmaq mümkün olduğunu nəzərə almaq lazımdır:

CH3–O–CH3

CH3–CH2OH

Deməli, spirtin quruluşu göstərilən bu iki formuldan biri olmalıdır.Bunu aydınlaşdırmaq üçün həmin spirtin xassələrini öyrənirlər. Məlumdur ki, etil spirtinə natriumla təsir etdikdə bir hidrogen atomu çıxır və aşağıdakı tənlik üzrə natrium-alkoholyat alınır:

C2H5OH+Na→C2H5ONa+H

Alkoholyatda qalan beş hidrogeni isə natriumla əvəz etmək mümkün deyil.

Spirtlərin alınması

Sənaye metodları

Alkenlərin hidratlaşması — ən çox istifadə olunan və tətbiq edilən metoddur. Böyük miqdarda sənayedə alınan alkenlər (əsasən etilen) asanlıqla alkohollara çevrilir.

Karbohidratların və zülalların hidrolizi — maya və fermentlərin təsiri ilə şəkərin — karbohidratların hidrolizi ən qədim reaksiyalardan biridir. Şəkəri şəkər çuğundurundan, nişastanı isə kartofdan alırdılar. bu reaksiyalar əhəmiyyətini indiyə qədər itirməmişdir. etil spirti hal-hazırda bu yolla alınır.

Alkilhalogenidlərin hidrolizi — İlk dəfə spirti sintetik yolla 1858-ci ildə Bertlo almışdır.

CH4→CH3Cl→CH3OH

Oksosintez (hidroformilləşmə) — bu karbon oksidinin və hidrogenin alkenlərə birləşməsi reaksiyasıdır.

Parafinlərin oksidləşməsi — sintetik yuyucu maddələrin sintezi üçün istifadə olunan ali doymuş spirtlər parafinlərin oksidləşməsindən alınır.

Spirtlərin preparativ sintez metodları

Qrinyar sintezləri spirtlərin maqnezium üzvi birləşmələrin karbonilli birləşmələrlə — aldehidlər, ketonlar, mürəkkəb efirlər və s. qarşılıqlı təsiri ilə alırlar. Hidroborlaşma-oksidləşmə

Aldehidlər, ketonlar, mürəkkəb efirlər və üzvi turşuların reduksiyası (karbonilli birləşmələr)

Spirtlərin tətbiqi

Spirtlər çox geniş tətbiq sahələrə malikdirlər. İlk növbədə onlar müxtəlif birləşmələr:alkenlər, aldehidlər, efirlər, turşuların alınmasında istifadə edilir.Metanol əsasən müxtəlif birləşmələrin metilləşdirilməsində, yəni metil qrupunun molekula daxil edilməsində istifadə edilir.Etanol isə etilləşdirmək üçün istifadə edilir. Sənayedən etil spirti tonlarla istehsal edilir, çünki ondan divinil, dietil efiri, xloroform, etilasetat alınır.Metanoldan dünyada ildə 30 mln.ton istehsal edilir. Bunun əsas hissəsi avtomobillərdə yanacaq kimi yandırılır. Təkcə Braziliyada ildə bir milyon ton metanol alınır. Metanol istənilən sinif üzvi birləşmələr almaq üçün perspektivli və təmiz xammaldır. Metanol həmçinin formaldehid, metakrilat və lavsan istehsalında, həmçinin yaxşı həlledici kimi istifadə edilir.Propil spirtindən propion aldehidi və bir sıra dərman maddələri alınır.İzopropil spirti yaxşı həlledici olmaqla suyu özünə aktiv çəkdiyinə görə təyyarə qanadlarını buzlaşmadan qorumaq üçün istifadə edilir.Butil spirtindən müxtəlif məqsədlərdən ötrü: plastifikator (ftal və digər ikiəsaslı turşuların efirləri kimi) həlledici (əsasən 2-butanol) və sintetik yuyucu maddələrin istehsalında istifadə edilir. Etilenqlikol antifriz komponenti (tosol) kimi istifadə edilir.Qliserinin özlülüyü və şirin dadına görə onu likyorlara və şirniyyat məhsullarına qatırlar. Ondan kəskin ürək ağrısı zamanı dərman kimi istifadə edilən trinitral- "nitroqliserin" alınmasında istifadə edilir. Bundan başqa nitroqliserin dəhşətli partlayıcı maddə olduğundan Alfred Nobel ondan dinamit hazırlamağı təklif etmişdir.Fenol güclü və klassik antiseptik maddədir. İngilis həkimi C.Listerin təklifi ilə fenolun sulu məhlulundan mikroblara qarşı istifadə edilir. Fenol orqanizmə mənfi təsir göstərdiyindən ondan az istifadə edilir.Məlumdur ki, Aralıq dənizi sahillərində yaşayan xalqlar dörd min ildən çox üzüm şirəsini qıcqırtmaqla şərab almışlar.