HMİ nədir?
Mənası insan
maşın interfeysi olan bu qurğular, hər hansı bir istehsalat sahəsində gedən
prosesə nəzarət etmək üçün istifadə edilir. Gündəlik həyatımızda gördüyümüz pul
bankomatları insan maşın interfeysinə missal olaraq göstərmək mümkündür.
HMİ nə üçün istifadə olunur?
İnsan maşın interfeysləri sayəsində mühəndislər
istənilən sənayedə gedən prosesin temperaturunu, təzyiqini həmçinin su
tanklarının səviyyəsini çox dəqiq şəkildə müşahidə edə bilər. Bu cihazlar bir
növ PLC( proqramlaşdırıla bilən məntiq nəzarətçiləri) məntiqilə işləyir. Yəni,
prosesdə gedən hər hansı problem ekranda göstərir.
HMİ PLC ilə necə əlaqələnir?
Ümumiyyətlə, insan maşın interfeysləri daimi
olaraq PLC ilə əlaqədə olmalı bir növ onla danışmalıdır. Çünki, cihazın mövcud
olan prosesin xüsusiyyətlərini göstərməsi üçün PLC tərəfindən yollanılan
siqnallara ehtiyyacı var. Bu əlaqə şinlərlə həyata keçirilir. Şinlərin müxtəlif
protokolları mövcuddur. Nümunə olaraq da modbus, profinet, profibus və
ethernet\ıp şin protokollarını göstərmək olar.
HMİ necə dizayn edilməlidir?
Düzgün və sadə dizayn edilmiş insan maşın
interfeysi, mühəndis tərəfindən daha yaxşı anlaşılacaq və prosesin nəzarəti
yüksək olacaqdır.
2015-ci ildə ISA 101 insan maşın interfeyslərinin
standartlarını müəyyənləşdirdilər. Belə ki, əsas məqsəd odur ki, maksimum şəkildə
cihazda əsas proses və simvolları göstərmək lazımdır. Əlavə və qarışıq prosesləri
göstərməkdən qaçmaq lazımdır. Eləcə də rənglərin düzgün istifadə edilməsi çox
vacibdir. Rəngarənglikdən ola bildiyi qədər yayınmaq və boz rəngdən geniş şəkildə
istifadə etmək məqsədə uyğundur.