[email protected] +994 99 303 07 01

Maqmatik süxurların təsviri

Maqmatik süxurların təsviri

Maqmatik süxurlar əsasən mikroskop və ya kimyəvi analizlər nəticəsində düzgün təyin edilə bilər.Bu süxurlar içərisində geniş yayılmış bəzi növləri gözəyarı da təyin olunurlar.Təbiətdə ən geniş yayılmış maqmatik süxurların təsvirinə gəldikdə aşağıdakıları göstərmək olar;

 Peqmatitlər-damar süxurları olub,maqmanın son kristallaşması mərhələsində əmələ gəlir.Bu süxurlar yaxşı inkişaf etmiş iri kristal quruluşları ilə xarakterizə olunur.Bu süxurlar bir sıra nadir radioaktiv elementlərlə əlaqədar olur.

 Qranit-ortadənəli,bəzən iri və ya narındənəli quruluşda intruziv süxurdur.Tərkibində kvars,kaliumlu feldşpatlar (ortoklaz,mikroklin),nadir hallarda turş plagioklazlar,biotit,muskovit,hornblend və s. İştirak edə bilər.Feldşpatlar asanlıqla şüşə parıltısına və ayrılmasına görə seçilir.

Liparit-porfir quruluşlu süxurdur.Ağ və ya açıq rəngli,kütləsində az miqdarda görünən feldşpatlar kvars və biotitə görə seçilir.

Kvarslı porfir-liparitin dəyişmiş forması olub,sıx quruluşlu,az-çox tünd rəngli (qonur,qonuru-sarı,boz) süxurdur.Kütləsində pozulmuş ortoklaz və parıldayan kvars kristalları müşahidə edilir.

Siyenit-kvarssız,tərkibində 95%-ə qədər ortoklaz,eləcə də muskovit,biotit,hornblend və az miqdarda kaliumlu feldşpatlar iştirak edən süxurdur.Xarici görünüşünə görə qranitə oxşayır.Tam kristal quruluşlu olub,böyük kütlələr əmələ gətirir.

Ortoklazlı porfir- əsas kütləsi açıq-boz rəngli,bəzən yaşılımtıl,feldşpat pozulmalarından ibarət süxur olub,künbəz örtük,axım və damar tipli kütlələrlə əlaqədardır.

Traxit- adətən, açıq-sarımtıl , çəhrayı rəngli,məsaməli effuziv süxurdur.Əsasən porfir struktura malikdir.Nisbətən iri feldşpat kristallarının olması ilə seçilir.

Nifelinli siyenit- açıq rəngli, iridənəli intruziv süxur olub,tərkibinə görə qələvi feldşpatlarından və nifelindən ibarətdir.Rəngli minerallarından qələvi amfibolları və piroksenləri göstərmək olar.

Diorit-tam kristal quruluşlu intruziv süxurdur.Tərkibinə görə plagioklazlardan,hornblend və az miqdarda kvarsdan ibarətdir.Adətən ,açıq-boz,yaşımtıl-boz rəngdə tapılır.

Porfirit-porfir strukturlu,yaşılımtıl-boz rəngli dioritin analoqu olan orta , paleotip süxurdur.Sıx teksturu və plagioklaz dənəciklərinin pis saxlanması ilə xarakterizə edilir.

Andezit-dioritin neotip effuzif analoqu olub,porfir quruluşlu,tünd boz və ya yaşılımtıl rəngə boyanmış məsaməli süxurdur.Plagioklaz və avgit kristallarının yaxşı seçilməsi ilə fərqlənir.

Qabbro-tünd rəngli,avgit,hornblend və açıq rəngli plagioklazlardan təşkil olunmuş tam kristallik intruziv sücurdur.Tərkibində plagioklazlardan bəzən təkcə labrador iştirak edir ki,bu da süxura əlvan rəng verir.Qabbronun labradordan ibarət növünə labradorit deyilir.

Diabaz-qabbronun paleotip analoqu olan,gizli və xırda kristal quruluşlu effuziv süxurdur.Bu süxurun qara yerində plagioklazların uzun ağ dənələri aydın müşahidə olunur.Axım,örtük və damlalar şəklində təsadüf olunur.

Bazalt-qabbronun neotip effuziv analoqu olan qara rəngli süxurdur.Struktur və mineraloji tərkibi diabazın tərkibi kimidir.Adətən,avgit,plagioklaz və olivinin kiçik kristallarından ibarət olan şüşəyəbənzər kütlə əmələ gətirir.Rast gəlmə kütlələri diabazda olduğu kimidir.

Prioksenit-tərkibində 65-70% avgit və 25-30% olivinin olan,tünd-yaşıl,qara rəngli,damar,ştok və iri kütlələr əmələ gətirən dənəvər quruluşlu,ultrasəs süxurudur.Onun tərkibində əmir filizi və bəzən platin iştirak edir.

Peridotit-tərkibində olivin (65-75%),biotit,hornblend və avgit olan qara, tünd yaşıl ,bəzən açıq-yaşıl rəngli dənəvər süxurdur.

Dunit-əsasən olivindən,az miqdarda isə xromit və maqnezutdən təşkil tapan süxurdur,yatım formaları piroksen və peridotitdə olduğu kimidir.Dunitlərdə çox zaman xalis platinə təsadüf olunur.