[email protected] +994 99 303 07 01

Məşəl qurğusu

  Məşəl qurğusu

Emal zavodlarında, kimyəvi zavodlarda, təbii qaz istehsalında, platformalarda korroziv, zəhərli, yanıcı tullantı qazlarını atmosferə daha zərərsiz halda yandıraraq atan mexaniki qurğuya məşəl qurğusu deyilir .Məşəl qurğusunun  əsas funksiyası yanan,zəhərli və aşındırıcı buxarları karbondioksit kimi daha az zərərli birləşmələrə çevirmək üçün yanmadan istifadə etməkdir.

Məşəl qurğularının növləri:

-Yüksəlmiş məşəl qurğusu

-Yerdə məşəl qurğusu(Torpaq məşəllər) 

-Maye məşəl qurğusu( Qapalı məşəllər)

Yüksəlmiş məşəllər

Standart məşəl qurğusu hesab olunur. Minimum xərc üçün ilk olaraq bu növ nəzərdə tutulur.Neft və qaz sektorunda ən çox istifadə olunan məşəl quğusudur.Dəstəkli və dəstəksiz olmaqla 2 yerə bölünür.Bu məşəl qurğuları kənardan dəstəklənmə dizaynlarına görə aşağıdakı kimi olur:

-Trosla dəstəklənən əsasən 45 metrdən hündür məşəl qurğuları üçün istifadə edilir.

-Öz-özünə dəstəklənən  əsasən 45 metrdən qısa məşəl qurğuları üçün nəzərdə tutulur.

-Derrik dəstəkli 76 metrdən hündür məşəl qurğuları üçün nəzərdə tutulur.

 Dəstəksiz məşəl qurğuları isə heç bir köməçi vasitələrdən istifadə etməyən məşəllərdir.

Yerdən məşəl qurğusu

Yer səviyyəsindəki radiasiya problem təşkil etmədikdə, 100% tüstüsüz yanma tələb edildikdə,hündürlüyə qaldırılma və təmir problemli olduqda bu məşəl qurğularından istifadə olunur.Üstünlükləri aşağı radiasiya və aşağı səs-küyün olmasıdır.

Qapalı məşəl qurğusu

 Görünən alovun qəbuledilməz olduğu zavodlarda istifadə olunur. Dəniz obyektləri üçün də istifadə olunur.

Məşəl qurğularında alışmanın uğurlu baş verdiyini göstərən üsullar

Termocütlər vasitəsilə onlar temperaturu göstərən instrumentlərdir,sabit və yerindən çıxa bilən növləri olur. Termocütlər pilotlarda olur və məşəldəki yanğına məruz qalmır. Çatışmazlığı məlumatı ötürmək üçün çox vaxt sərf etməsi və tez-tez sıradan çıxmasıdır.Akustik üsul məşəl qurğusu yanğın zamanı spesifik səs çıxarır və ya uğursuz alışma zamanı səs dəyişir.Bu zaman səs ölçən instrumentlər bu səslərin arasındakı fərqi ölçə bilir. Sensorlar və siqnalları ötürən cihazlar yerdə olur və məşəl qurğusu işləyən zaman müdaxilə etmək olur.İnfra şüalar vasitəsilə bu cür alışmanı yoxlayan cihazlar yerdə olur və məşəl qurğusu işləyən zaman müdaxilə edilə bilir. Ən böyük çatışmazlığı məşəldəki yanma ilə pilotdakı alışma arasında fərqi qurğunun hiss edə bilməməsidir.. Bu səbəblərə görə əsas detektor kimi istifadə edilə bilməz.

Məşəl qurğularında xəbərdaredici işıq və rənglənmə

Yerli standartlara əsasən təyin edilir. Əsasən 60 metrdən hündür məşəl qurğularında xəbərdaredici işıqlar quraşdırılır. Bunlar təyyarələrin görməsi üçündür. Məşəl qurğularında həmçinin, yerli standartlara əsasən xəbərdarlıq edici rənglərdən istifadə edilir. Hündür məşəl qurğuları ağ, qırmızı rəngdə rənglənirlər.

Ventilyatorlar  

Məşəl qurğularında ventilyatorlar yanmaya hava verməklə yanma prosesinə turbulensiya verir və tüstü əmələ gəlməsinin qarşısını alır. Daha böyük həcmli məşəl qurğularında istifadə edilir. Ventilatorun motorları sabit sürətli, cüt sürətli, müxtəlif sürətli olar bilər. Bir və ya bir neçə ventilyator işlədilən dizaynlar mövcuddur.