[email protected] +994 99 303 07 01

Yan karotaj üsulu məlumatlarının emal və interpretasiyası

Yan karotaj üsulu məlumatlarının emal və interpretasiyası

Yüksək xüsusi müqavimətə malik kəsilişlərdə eləcə də minerallaşma dərəcəsi böyük olan gil məhlulu ilə qazılan quyularda adi elektrik karotajının səmərəliliyi kəskin azalır. Quyu şəraitinin təsiri nəticəsində qradiyent və potensial zondla alınmış FXM (fərz olunan xüsüsi müqavimət) əyriləri kəsilişin səciyyəsini düzgün əks etdirmir. Belə şəraitlərdə ölçü işlərini aparmaq üçün əlavə ekran elektrodlarına malik olan YK zondlarından istifadə olunur. Ekran elektrodlarının funksiyası əsas (mərkəzi) elektroddan çıxan cərəyan qüvvə xətlərini fokuslaşdırmaqla quyu oxuna perpendikulyar istiqamətdə tədqiqat layına yönəltməkdir.Elektrodların sayına görə YK-nın üç-, yeddi-, və doqquz elektrodlu zondları mövcuddur. Bu zondlar bir- birindən elektrodlarının sayına və formasına görə fərqlənir.Üç elektrodlu YK zondunda elektrodlar silindr formasında, yeddi və doqquz elktrodlu YK- zondlarında isə elektrodlar ya nöqtəvi ya da halqavari şəkildə olur.Mədən geofizikası təcrübəsində üç və yeddi elektrodlu zondlar eləcədə mikroyan karotaj zondu daha geniş tətbiq olunur.Üç elektrodlu YK zondu əsas (mərkəzi) elektroddan (A0) və iki ekran elektrodundan (A₁ və A₂) ibarətdir. A, və A₂ elektrodları bir-biri ilə qısa qapanmış dövrədə A elektrodu ilə müqaviməti R=0,01 Om olan rezistor vasitəsilə birləşdirilir.Hər üç elektroddan eyni qütblü cərəyan buraxılır və onlarda potensialın bərabərliyi təmin edilir.Süxurların FXM-ni təyin etmək üçün zondun istənilən elektrodu ilə (praktiki olaraq hər üç elektrodun potensialı eynidir) nisbətən böyük məsafədə yerləşən N elektrodu arasındakı potensial ölçülür.Nəticədə Pfxm -in qiyməti aşağıdakı düsturla təyin edilir.Pfxm=k^U/ İ

 Cərəyanın (İ) sabit qiymətində potensialın dəyişməsini qeyd etməklə Pfxm əyrisi alınır.Üç elektrodlu YK zondunun əmsalı zondun ölçüsündən asılı olub, k = 2nL/(In2L/d₂) düsturu ilə təyin edilir.Burada L-zondun ümumi uzunluğu(A₁ və A₂)  elektrodlarının kənar ucları arasındakı məsafə), L0 - əsas elektrodun (A) uzunluğu, dZ- zondun diametridir.Hazırda istifadə olunan YK cihazlarında L0=0,18m, L=3,2m, dZ=0,07m olduğundan zond əmsalı 0,24-ə bərabərdir.Üç elektrodlu YK zondunda ölçü nöqtəsi A elektrodunun tən yarısına aid edilir. Ümumiyyətlə L0-0,15-0,3m olduğundan ekranlaşdırıcı zondlar yüksək ayırdedicilik xüsusiyyətinə malik olurlar.



 YK diaqramlarının emalı

YK diaqramlarının ilkin emalı tədqiqat üçün seçilmiş layların sərhədlərinin və qalınlığının təyinindən, onların xüsusi müqavimətlərinin qiymətləndirilməsindən və bu qiymətlərə cihazın, quyunun, layın qalınlığının (h) eləcədə ətraf layların xüsusi müqavimətlərinin (Pətr) təsirinə görə düzəlişlərin verilməsindən ibarətdir. Bu düzəlişlər sistemi diaqramların qeydiyyatında istifadə olunmuş cihazların növünə uyğun mövcud qaydalar əsasında yerinə yetirilir. Diaqramların transformasiyasında yekun məqsəd quyu şəraitinin və cihazın ölçü nəticələrinə təsirini aradan qaldırmaqla ölçü nəticələrini sonsuz qalınlıqlı lay şəraitinə və yaxud standart quyu şəraitinə uyğunlaşdırmaqdır.Çevrilmələrdən sonra alınmış xüsusi müqavimətin qiyməti (Pfxm) yalnız layın əsas xarakteristikalarından (Play, Pkz, D) asılı olur.

Mikrokarotaj  diaqramlarının  interpretasiyası

Hazırda geofiziki işlər təcrübəsində həm adi (klassik), həm də fokslaşdırıcı (ekranlaşdırıcı) mikrozondlar tətbiq olunur. Adi mikrozondlarda A. M. N nöqtəvi elektrodları bir-birindən 2,5 sm məsafədə rezin başmaq üzərində yerləşdirilir və ressor yaxud da idarəedici qollar vasitəsilə quyu divarına sıxılır. Bu elektrodlar iki zond təşkil edir: mikroqradiyent zond (MQZ) A0,025M0,025N və mikropotensial zond (MPZ) A0,025M∞N və böyük mikropotensial zond A0,05M∞N.Mikropotensial zondda "N" elektrodu kimi cihazın gövdəsindən istifadə olunur. Adi mikrozondun diaqramlarından daha çox keyfiyyət interpretasiyası məqsədilə istifadə olunur. Mikrokarotaj diaqramlarını interpretasiya etmeklə əsasən aşağdakı məsələlər həll edilir

• quyu kəsilişlərinin keçirici və qeyri keçirici laylara ayrılması

• süxurların litoloji tərkibinin dəqiqləşdirilməsi

• layların sərhədlərinin və qalınlıqlarının təyini

• layların quyu divarına yaxın hissəsinin (layın yuyulmuş hissəsinin) xüsusi müqavimətinin təyini

• aralıq qatın (gil qabığının) qalınlığının və xüsusi müqavimətinin təyini.

Keçirici laylar qarşısında gil qabığı yarandıqda MPZ və MQZ əyriləri nəzərə çarpan dərəcədə bir-birindən fərqlənir. Bu halda MPZ ilə xüsusi müqavimətin ölçülən qiyməti MQZ-dən kifayət qədər yüksək olur. Qeyd olunan hal əsasən keçirici laylar üçün xarakterikdir. Müqavimət əyrilərində "müsbət fərqlənmə" həmçinin yüksək müqavimətli qeyri keçirici laylar qarşısında da alına bilər. Layın xüsusi müqaviməti qazıma məhlulunun xüsusi müqavimətindən 25-30 dəfə çox olduqda quyu divarı ilə zondun başmağı arasındakı qazıma məhlulu təbəqəciyinin təsiri nəticəsində MPZ və MQZ əyrilərində müsbət fərq yaranır. Müsbət fərqlənmə ən çox keçirici qumlu- alevritli laylar qarşısında yaranır ki, buna səbəb belə laylar qarşısında yaranan nazik gil qabığının xüsüsi müqavimətinin keçirmə zonasının xüsüsi müqavimətindən bir neçə dəfə kiçik olmasıdır.


Mikroyan karotaj (MYK)

Ekranlaşdırıcı mikrozondlar iki, üç və dörd elektrodlu olur. İki elektrodlu ekranlaşdırıcı mikrozond üç elektrodiu YK zondu ilə analojidir.

Üç elektrodlu ekranlaşdırıcı mikrozond iki elektrodlu mikrozonddan onunla fərqlənir ki, əsas (A) və ekran (Ae) elektrodları arasında əlavə M ölçü elektrodu yerləşdirilir ki, ölçü prosesində onun potensialı Ae elektrodunun potensialına bərabər saxlanılır. Bunun hesabına üç elektrodlu MYK-in radial istiqamətdə tədqiqat radiusu artırılır.Dörd elektrodlu ekranlaşdırıcı mikrozondun iş prinsipi 7 elektrodlu YK ilə eynidir.MYK zondlarının tədqiqat radiusu 10-20 sm təşkil etdiyindən onların vasitəsilə layın quyu divarına yaxın hissəsinin xüsusi müqavimətini təyin etmək olur. Tədqiqat layının qalınlığı 20-30 sm-dən büyük olduqda MYK əyriləri təhrif olunmur.MYK diaqramlarının interpretasiyası quyu kəsilişlərinin litologiyaya ayrılmasından, layların sərhədlərinin dəqiq qeyd edilməsindən və layın yuyulmuş hissəsinin xüsusi müqavimətinin təyinindən ibarətdir.