Bu sistem istehsalatda şaquli quyuların qazılmasında tətbiq edilən ilk sistemdir. “Vertitrak” həcmi quyudibi mühərrikdən və baltanın yerdəyişmə texnologiyasından və yoxlanılmış idarə olunan rotor sistemində yeni effektli güc seksiyasını birləşdirir. Belə ki, şaquli quyuda quyu divarında yatan şlamın çıxarılmasına ehtiyac yoxdur və ya qazıma kəmərinin hərəkətindən yaranan müqavimətin dəf olunmasına maili və üfüqi quyudan fərqli olaraq ehtiyac olmur. Ona görə də, “Vertitrak” sistemi qazıma kəmərinin fırladılmayan halı üçün layihələndirilib (şəkil11.6). Şaquli quyuların qazılması üçün “Xyuz-Kristensen” şirkətinin layihələndirilmiş yüksək effektli ATP baltasının əlavə olunması zamanı “Vertitrak” sisteminin effektliyi daha da arta bilər.
Şəkil 11.6. “Vertitrak” sisteminin konfiqurasiyası
“Vertitrak” sisteminin üstünlıükləri
aşağıdakılardan ibarətdir:
-
quyu lüləsinin şaquliliyinin təmin olunması;
-
şaquli trayektoriyaya qaytarmaq və sonrakı inhirafın qarşısını almaq üçün
avtomatik korreksiya;
-
quyu lüləsinin stabilliyinin artırılması.
Vaxta qənaət :
-
şaquli intervalın qazılma vaxtının azaldılması;
-
uzunmüddətli düzəldilmə reyslərinin olmaması.
Quyu lüləsinin vəziyyəti:
-
spiral şəkilli işlənmələrin olmaması;
-
oturmalar və alətin dönmə ehtimalının az olması;
-
qazıma kəmərinin hərəkət müqavimətinin, burucu momentin, QKAH və qoruyucu kəmər
ünsürlərinin yeyilməsinin az olması;
-
dinamiki pərçimlənmə və QKAH-in zədələnməsinin olmaması.
Küt qazımada:
-
quyu lüləsinin görüçmə riskini azaldır;
-
bir özüldən çoxlu sayda quyuların qazılması.
Quyuların tamamlanmasının xüsusi layihəsi:
-
diametri ciddi qorunan quyular;
-
nasos avadanlıqlarının yeyilməsinin azalması;
-
qoruyucu kəmərlərin asan endirilməsi və istismar prosesində az yeyilmə;
-
quyu diametrinin kiçildilməsi;
-
yuxarı intervallarda kəmərin ölçülərinin azalması;
-
sement sərfinin azalması.
“Vertitrak”
sistemi əsasən diametri 215,9 mm-dən 811 mm-ə qədər olan quyuları qazıya bilir.
“Vertitrak”
sistemi “Navi-Drill Ekstrim” güc seksiyası ilə təmin olunan, hərəkət edən
dayaqlar və baltanın fırladılması ilə istiqamətləndirilmiş qazıma rejimində işləyir.
Baltanın yaxınlığında quraşdırılmış datçiklər zenit bucağını ölçür və müntəzəm
olaraq yerin səthinə ötürür. Balta yanında yerləşdirilmiş zenit bucağı datçikləri
quyu lüləsinin şaquldan uzaqlaşmasını təyin edən kimi (şəkil 11.7.a) idarə
sistemi inhirafetdirici dayaqları idarə edən ötürücü daxili hidravliki nasosu
aktivləşdirir (şəkil 11.7.b). Bu nasoslar ən çox maili laylı mürəkkəb şəraitdə
quyu lüləsini zenit bucağının sıfır qiymətinə
qaytarmaq və istənilən inhirafa qarşı
müqavimət göstərmək üçün hər bir üç dayaqda qüvvə yaratmaq üçün hazırlanmışdır.
“Vertitrak” sistemi istənilən inhiraf tendensiyasının qarşısını alır və quyunu
qazıma effektivliyini azaltmadan şaquli olmağa qaytarır. Sistem quyunu zenit
bucağının tələb olunan qiymətinə qaytarır və sonra qurğunun stabilləşməsi və
lülənin şaquli saxlanması üçün bütün üç dayaq eyni yüklənir (şəkil 11.7c).
Üç
ədəd hərəkət edən inhirafetdirici dayaqlar baltada güclü radial inhirafetdirici
qüvvə yaradır.
Hidravliki
xətt nasos seksiyasından keçir və inhirafetdirici blokda nəzarət klapanı ilə
birləşir.
Baltada
müəyyən güc yaratmaq üçün “Vertitrak” sisteminin qüvvə seksiyası texnologiyası
yaxşılaşdırılmış “Navi-Drill” quyudibi vintli həcmi mühərrik daxil edilir. Ənənəvi
oxşar ölçülü quyudibi mühərriklərə nisbətən 60-100%- dən çox əlavə qüvvə
yaranır, bu nazik elastomer təbəqə ilə örtülmüş frezerləndirilmiş statordan
istifadə edən zaman mümkün olur.
Statorda
rezinin miqdarının azalması hidravliki və mexaniki effektivliyi yaxşı təmin
edir, bununla da sürtünmə və daxili qızmanı, qazıma məhlulunun kimyavi təsirini
azaldır. Nəticədə “Vertitrak” sistemi yüksək davamlılıq və reys gedişinin
artmasını təmin edir.
Telemetriya
və pulsator zenit bucağını 0,010 qədər dəqiq ölçülməsini təmin edir
və yer səthi ilə ikitərəfli əlaqə kanalı yaradır.
Turbini elektrogenerator sistemi qidalandırır. Hidravliki nasos quyu lüləsinin şaquliliyini saxlamaq üçün inhirafetdirici dayaqlarda təzyiq yaradır.
Şəkil 11.7. “Vertitrak” sisteminin tətbiqi ilə quyu trayektoriyasının
idarə olunması:
a-inklinometriya datçiklərlə qeyd olunmuş şaquldan inhiraf; b- inhirafetdirici dayaqlarla quyu lüləsinni şaquli qaytarılması; c-quyu lüləsi şaqulidir, inhirafetdirici dayaqlar neytral vəziyyətdədir.
Sistemə
əlavə olaraq aşağıdakı datçiklər əlavə olunmuşdur:
-
temperaturun ölçülməsi;
-
qurğunun vəziyyəti (inhirafetdirici dayaqları qoşmaq və ya ayırmaq);
- elektrogeneratorun voltu;
- hidravliki sistemdə yağın təzyiqi.
Lay
barəsində bütün məlumatları ilə təmin etmək üçün qazıma prosesində alətə
bütövlükdə karotaj cihazı yığım halında əlavə olunur.