[email protected] +994 99 303 07 01

Quyuların ləğvi və onların kateqoriyası

Quyuların ləğvi

 Quyunun ləğvi – qazmanın və ya istismarın geoloji və ya texniki səbəbdən davam etdirilməsi üçün quyunun istifadəsinin qeyri-mümkünlüyü nəticəsində hesabdan silinməsi kimi başa düşülür. Ləğvi nəzərdə tutulan quyu, qazılması başa çatmamış və ya istismarda olan quyu ola bilər.

 Qazılması başa çatmamış quyunun ləğvinə əsas verən səbəblər aşağıdakılardır:

 

·      Quyda baş vermiş mürəkkəb qəza və qəzanın ləğvinin texniki müm­künsüzlüyü  subut olunmuş, həmçinin onun başqa məqsədlərlə istifadə edilməsi mümkünsüzlüyü;

 

·       Quyuda açılmış horizontlarda neftin olmaması və başqa məqsədlərlə istifadə mümkünsüzlüyü.

 

İstismarda olan quyuların  ləğvinə əsas verən səbəblər aşağıdakılardır:

 

·       Qəzanın ləğvinin texniki mümkünsüzlüyü və kəmərdəki qəza yerindən yuxarıda istismar üçün obyektin olmaması;

 

·       Kontur suları ilə tam sulaşma və qaytarma üçün obyektin olmaması.

 

                                                                     Ləğv olunan quyuların kateq


Ləğv olunan bütün quyular 6 kateqoriyaya bölünürlər.

 

І kateqoriyaya faydalı qazıntı yataqlarının kəşfiyyatı və hüdudlanması məqsədi ilə qazılmış axtarış və kəşfiyyat quyuları, həmçinin istinad və parametrik quyular aiddir:

 

a)     Neft, qaz və termal su yataqlarına və yeraltı qaz anbarlarına qazılmış və qazma qurtardıqdan sonra əlverişsiz geoloji şəraitə düşmüş məhsuldar olmayan quyular;

 

b)     Layihə horizontunu açmayan, layihə dərinliyinə çatdırılmayan və qazımanın davam etdirilməsi geoloji səbəbdən məqsədəuyğun olmayan quyular;

 

c) Layihə horizontunu açmayan, amma layihə dərinliyinə çatdırılan quyular; və s.

 

ІІ kateqoriyaya geoloji cəhətdən ləğv olunan quyulara  aiddir:

 

a)     Neft və qaz çıxarmaq məqsədilə qazılmış, təyin olunmuş nöqtədə layı açmış neft-qaz aşkar edilməyən quyular;

 

 

b)     Layihə horizontunda əlverişsiz geoloji şəraitə düşmüş, yuxarı horizontlardan başqa məqsədlər üçün istifadəsi mümkün olmayan istismar, vurucu, müşahidəçi və eləcə də sənaye tullantıları vurmaq məqsədilə istifadə olunmayan quyular.

 

 

ІІІ kateqoriyaya texniki səbəbdən ləğvə gedən quyular  aiddir:

 

a)     Qazma prosesi davam etdirilməsi mümkün olmadıqda və yaxud qəza baş verdikdə;

 

b)     İstismar dövründə, əsaslı və ya cari təmir zamanı quyularda qəza baş verdikdə;

 

c)     Qazma zamanı və istismar dövründə baş verən açıq  fontanların qarşısını almaq məqsədi ilə qazılan, öz vəzifələrini yerinə yetirdikdən sonra başqa məqsədlər üçün istifadə edilə bilmədikdə;  və s.

 

ІV kateqoriyaya müəssisənin əsas fondunda sayılan  aşağıdaki quyular aiddir:  

 

a)     Lay və ya vurulan su ilə sulaşmış, suyun izolyasiyası mümkün olmadıqda və başqa qaytarma horizontları olmayan quyular.