[email protected] +994 99 303 07 01

Layın hidravlik yarılması

 

Layın hidravlik yarılması nədir sualına aydınlıq gətirək

Layın hidravlik yarılması -quyuya vurulan mayenin təzyiqini artırmaqla quyudibi zonadakı süxurun məsamələrinin və yarıqlarının süni  genişlənməsinə deyilir.Layın hidravlik yarılması keçiricilik və cari hasilatı artırmaq məqsədilə quyudibi zonasına göstərilən effektiv təsir üsullarındandır. Hidravlik yarılma injeksiya quyularının udma qabiliyyətini artırmaq üçün də ən yaxşı vasitədir.

 

Hidravlik yarılmanın mahiyyəti

Hidravlik yarılma üsulunun mahiyyəti ondan ibarətdir ki, quyuya içərisində çoxlu miqdarda asılı vəziyyətdə iri dənəli qum olan özlü maye vurulur. Maye, aqreqatın böyük sərfləri ilə vurulur Bu, quyudibində təzyiqin sürətlə artmasına səbəb olur. Quyudibindəki təzyiq hidravlik basqıdan təxminən 2 dəfə çox olduqda lay yarılır. Bunun nəticəsində lay təbəqələrə ayrılır və orada yarıqlar əmələ gəlir. İçərisində qum dənələri olan yarıcı maye əmələ gəlmiş yarıqlara daxil olur. Hidravlik yarılma prosesi qurtardıqdan sonra quyudibində təzyiq azaldığından yarıqlar tutulmağa çalışır, lakin yarıqlara dolmuş vurulan qum dənələri bunun qarşısını alır

 

Hidravlik yarılma üçün istifadə olunan maye tiplərinə baxaq

Hidravlik yarılma üçün işlədilən maye 3 növə bölünur:

Təbii yarıqların genişlənməsi və dərinləşməsi, yaxud yeni yarıqların açılması üçün olan maye buna yarıcı maye deyilir.Qum dənələrini yer sətһindən yarıqlara və layın dərinliklərinə aparan maye  buna qumdaşıyıcı maye deyilir.Maye-qum qarışığını laya itələyən maye buna basıcı maye deyilir.Hidravlik yarılma üçün mayenin seçilməsində onun özlülüyü, süzülmə qabiliyyəti və qum hissəciklərini özündə asılı vəziyyətdə saxlaya bilmə qabiliyyəti nəzərə alınmalıdır

 

Layın hidravlik yarılması üçün tələb olunan təzyiq

Hidravlik yarılma prosesinin ilk mərһələlərində elə һesab edirlər ki, layın yarılma təzyiqi dağ təzyiqindən artıq olmalıdır.Dərin quyularda layın yarılması üçün tələb olunan təzyiq həmişə dağ təzyiqinin müəyyən faizini təşkil edir. Dağ təzyiqi layın yatma dərinliyinin süxurun orta xüsusi çəkisinə olan һasilinə bərabərdir. Layın dərinliyi çox olmadıqda yarılma təzyiqi tam dağ təzyiqinə bərabər olmalıdır.

 

 Hidravlik yarılmada bəzi nüansları qeyd edək

Hidravlik yarılma diqqətli planlaşdırma, icra və qiymətləndirməni tələb edən mürəkkəb və dinamik bir prosesdir.   Ətraf mühitə təsirini azaltmaq üçün optimal hədəf zonalarını, və inyeksiya parametrlərini müəyyən etmək üçün hərtərəfli rezervuar xarakteristikası və modelləşdirmə aparmaq vacibdir.  Bundan əlavə, qırılmanın effektivliyini və məhsuldarlığını qiymətləndirmək üçün sınıqdan sonrakı qiymətləndirmə və diaqnoz aparılmalıdır. Su istehlakını və çirklənməni, istixana qazı emissiyalarını azaltmaq üçün ekoloji cəhətdən təmiz mayelər və propantlardan istifadə edilməlidir. Bundan əlavə, suyun alınması, təkrar emalı, təmizlənməsi və utilizasiyasını əhatə edən su idarəetmə planı həyata keçirilməlidir. Nəhayət, qrunt sularının çirklənməsi, törədilən seysmiklik, havanın çirklənməsi və ya quyuların bütövlüyü problemlərinin qarşısını almaq və ya azaltmaq üçün tənzimləyici və təhlükəsizlik standartlarına əməl edilməlidir