Vulkan aparatı
Vulkan aparatı konusşəkilli dağ və ya təpədən ( vulkan konusundan ), kraterdən ( vulkanın ağzından), eruptiv və ya püskürmə kanalından ( vulkan boğazından) ibarətdir. Püskürmə məhsulundan ibarət olan yüksək, konusşəkilli dağların, yaxud nisbətən alçaq təpələrin ölçüləri müxtəlif vulkanların fəaliyyəti ilə əlaqədardır. Aydındır ki, tez-tez püskürüb, yer səthinə külli miqdar lava axıdan vulkanların konsuları da hündür olmalıdır. Konusun təpəsində vulkanın krater-ağzı yerləşir. Eruptiv və ya püskürmə kanalı vulkanın kraterindən dərinliyə, əsasən, şaquli istiqamətdə keçir. Bəzi vulkanların əsas kraterindən başqa, vulkan konusunun yamaclarında da ikinci dərəcəli kraterlər olur. Bu kraterlərdən püskürülən lava da yamacda toplanıb kiçik konusların əmələ gəlməsinə sənəb olur. Belə konuslar parazitik və ya əlavə konuslar adlanır. Etna və Klyuçevskaya Sopka (Klyuçi) vulkanlarının yamaclarında belə əlavə konuslar vardır. Lava və başqa püskürmə məhsulu yerin dərinliklərindən eruptiv kanallarla krater vasitəsilə yer səthinə püskürülür. Müxtəlif proseslər nəticəsində vulkan konuslarının təpəsi yuyulur, parçalanır, dağılır. Bu proses uzun müddət davam edəndə krater dəyirmi formalı dərin, bəzi vulkanlarda diametri 25-30 km-ə çatan çökəkliyə-kalderə çevrilir. Bəzi kalderaların əmələ gəlməsini aşınma prosesləri ilə, güclü partlayışlarla əlaqələndirirlər. Güclü partlayışlar nəticəsində kraterdən havaya külli miqdar material atılır və beləliklə, dərin boşluqlar yaranır.
Püskürmə növləri
Vulkan puskurmələrinin hansi yollarla baş verməsinə əsasən onları mərkəzi kanallarla və çatlar boyunca püskürən vulkanlara ayırırlar. Birincilərin püskürməsi konusun mərkəzində olan kanal və bu kanallardan ayrılıb konusun yamaclarında yerləşən kanallar vasitəsilə baş verir. İkincilərdə lava müəyyən bir çat vasitəsilə çat boyunca yer səthinə çıxır. Bunlardan başqa sahəvi \areal\ püskürmələrdə olur. Amerkalı geoloq Deliyə görə yer qabığına soxulmuş böyük maqma kütlələri üstdə yatan süxurları əridib yer səthində böyük sahələrə yayılır. Maqma əriyib deşilmiş sahənin ətrafına yayılaraq böyük əraziləri əhatə edir. Deliyə və Volfa görə Yeni Zelandiyanın ABŞ Yellouston parkının riolit \liparit\ platoları belə sahəvi püskürmələr nəticəsində əmələ gəlmişdir. Yuxarda adını çəkdiyimiz kalderlərdən başqa, somma tipli vulkan kraterləri də vardır. Somma tipli krater dedikdə, vulkan daxilində vulkan nəzərdə tutulur. İtalyanın Neapol körfəzində yerləşən məhşur Vezuvi vulkanının dağılmış köhnə kraterinə Somma deyilir. Onun daxilində sonra kı, püskürmələr nəticəsində yeni krater əmələ gəlmişdir. Əvəllər somma termini ancaq Vezuviyə aid edilirdi. Sonrakı tədqiqatlar göstərdi ki, belə quruluşu olan başqa vulkanlarda vardır. Buna görə də somma vulkan növü kimi adlandırıldı.
Püskürmə məhsulları
Vulkanların püskürmə məhsulları qaz maye və bərk halda olur. Püskürülən vulkan qazlarının tərkibində H2S, SO2, CO, HCL, H, O, N, CL, F və başqa birləşmələr elementlər olur. Bu qazlarla bərabər daim su buxarı da püskürülür.Müxtəlif püskürmə mərhələləri müxtəlif tərkibli və temperaturlu qazların püskürülməsi ilə səciyyəvidir. Qazların temperaturu, adətən, yüksək olur. Püskürülən qazların temperaturu 180 0C – dən yüksək olan mərhələyə fumarol ,180-100 0C qədər solfator ,100 0C- dən aşağı mofet deyilir. Bütün bu mərhələlərdə havaya püskürülən su buxarının miqdarı 60-90 % -ə qədər olur. Püskürülən qazların tərkibinə görə fumarollar üçün HCL və xlorun dəmir, natrium, kalium, azot və başqa elementlərin birləşmələri, solfatarlar üçün SO2 və H2S, mofetlər üçün CO2 səciyyəvidir.
Vulkan püskürməsi zamanı havaya bərk məhsullarda atılır. Bu bərk cisimlər qismən kraterdən qoparılmış parçalar, qismən havada bərk hala keçmiş lavadır. Lavadan, havada bərk hala keçən hissələrin ölçüləri müxtəlif olur. Onlar tozdan, qumdan başlayaraq iri, hətta diametri 20-30 m-ə çatan böyük cisimlərdir. Ölçülərinə müvafiq olaraq bu cisimlər vulkan tozu, vulkan qumu, vulkan bombası, lapil adlanır.
Vulkanların tipləri
Mərkəzi kanallar vasitəsilə püskürən vulkanların 6 əsas tipi var; 1)partlayış boruları maar və diatrem 2) Etna- Vezuvi 3) Pele 4) Bandaysan 5) Havay 6) Stromboli tipli vulkanlar.Partlayış boruları vulkanizm proseslərinin ən bəsit və ilkin formasıdır. Bunlar güclü qaz partlayışları nəticəsində əmələ gəlmiş şaquli borular boşluqlardır. Yer səthində borunun ağzı \vulkan krateri\ qif şəklində və adətən, püskürülmüş bərk məhsullarla dolu olur. Partlayış borularından lava axının izi müşahidə olunmur. Almaniyanin Pireney vilayətində geniş yayılmış partlayış boruları maar adlanır. Burada maarlarin krater qıfları su ilə dolu olur. Cənubi Afrikanın Kimberli şəhərinin kənarındakı partlayış boruları almaz yataqları ilə əlaqədardır. Bunlara diatrem adı verilmişdir. Yakutiyada da almaz yataqları ilə əlaqədar olan partlayış boruları kəşf edilmişdir. Bunlara kimberli boruları deyilir.
Etna – Vezuvi tipli vulkanlara Sicilyada yerləşən Etna, İtaliyanın Neapol körfəzində olan Vezuvi, Kamçatkanın bir sıra vulkanları aid edilir. Bunlar dəfələrlə güclü püskürmələr, böyük qaz partlayışları, bərk məhsulun külli miqdarda olması ilə səciyyələnir. Bu tip vulkanlar orta və turş, əksər hallarda andezit və dasit tərkibli, qatı və zəif axan lava püskürür. Lava onların kraterində toplanıb soyuyur, onun daxilində xeyli qaz qalır. Bu tip vulkanlarin fəaliyyəti ilə əlaqədar olaraq onlarin konusları lay halında olan bərk püskürmə məhsullarından adətən, tuflardan ibarətdir. Belə vulkanlar laylı vulkan və ya stratovulkan adlanır.
Kiçik Antil adaları qrupuna daxil olan Martikina adasında yerləşən Mon- Pele vulkanın fəaliyyəti Pele tipli vulkanlar üçün səciyyəvidir. Bu vulkan lavası son dərəcə qatı olduğu üçün püskürmə zamanı elə kraterdə bərkiyir və yüksək təzyiqli qazların təsirindən böyük çətinliklə sıxılıb, oradan tədricən kənara tökülür. Ancaq təzyiqli qazlarin kraterdən çıxması üçün yol olmadığından onlar bərkimiş lava kütləsinin altında külli miqdar toplanır və sonra güclü qaz partlayışına səbəb olur. Bu zaman çoxlu bərk məhsul püskürülür. Mon- Pele vulkanının 1902- ci ildə baş vermiş və böyük faciələrə səbəb olan dəhşətli püskürməsi geoloji ədəbiyyatda geniş təsvir edilmişdir.Yaponyanın ən böyük vulkanı Bandaysanın fəaliyyəti Bandaysan tipli vulkanları ayırmağa imkan vermişdir. Bu tip vulkanlarin püskürməsi çox böyük qüvvə ilə baş verən partlayışlarla müşayiət olunur. Bu zaman havaya nəhəng qayalar və qırıntılar atılır, ancaq lava püskürülmür.İslandiyanın və Havay adalarındakı vulkanlar Havay tipli vulkanlar adlandırılmışdır. Burada Mauna- Loa və bu vulkanın cənub- qərb yamacında yerləşən, okean səviyyəsindən 1230 m yüksələn Kilauea kimi iki böyük vulkan vardır. Bu tipli vulkanların yaxsı axan bazalt tərkibli lavasının qatılığı azdır. Temperaturu 1200 0C- yə yaxındır. Aralıq dənizində Lipar adalarında yerləşən Stromboli vulkani bu adla ayrilan vulkan tipi nümunəsidir. Bu vulkanında lavası əsasi tərkiblidir, lakin qatılığı bir qədər artıq, temperaturu 1000-1100 0C- dir.Lavanın tərkibində qazlarda az deyil. Püskürmə ritmik partlayışlarla gedir, krater ətrafında bomb, lapil və başqa bərk məhsullar toplanır.Beləliklə, təsvir olunan vulkan tipləri bir-birindən fərqlənir. Birdə nəzərə almalı ki, eyni bir vulkanın müxtəlif vaxtlarda baş vermiş püskürmələri eyni səciyyə daşımır.