Qazma məhlulunun vəzifələri
Qazma məhlulu
quyuların yüksək sürətlə, təhlükəsiz qazılaraq yüksək lay məhlulunun
çıxarılmasını təmin etməlidir.
Qazma məhlulunun
vəzifəsi aşağıdakılardan ibarətdir:
1-quyu divarının davamlılığını artırmaq;
2-qazılmış süxur parçalarını dibindən
qaldırmaq;
3- maye
dövranı dayandıqda qazılmış süxur parçalarını asılı vəziyyətdə saxlamaq;
4- lay təzyiqinə qarşı əks təzyiq yaratmaq.
Gilli məhlul
neft və qaz quyularının qazılmasında yuyucu maye kimi əvəz edilməzdir. Gilli
məhlul yuyucu mayedir. O, qazma boruları daxilindən nasosla quyuya vurulur,
baltanın gözündən xaric olan gilli məhlul quyudibində qazılmış süxurları özü ilə
bərabər qazma kəmərinin xarici səthi ilə quyu divarı arasındakı həlqəvi fəza
vasitəsilə yer səthinə qaldırılır və orada qazılmış süxurlardan təmizlənir,
sonra yenidən nasosla quyuya vurulur. Bu hadisə bütün qazma müddətində təkrar
olunur. Bu cür qapalı hərəkətə gilli məhlulun dövranı deyilir.
Qazma zamanı gilli məhlulun əsas vəzifələri:
-quyu divarını şirələmək
-dövran kəsildikdə qazılmış süxuru öz içərisində
asılı vəziyyətdə saxlamaq;
-qazma zamanı açılmış laya əks təzyiq
yaratmaq;
-qazılmış süxuru quyudibindən xaric etmək;
-qazma prosesində süxura sürtünmə nəticəsində
qızmış baltanı soyutmaq;
-
gilli məhlul nasosunun enerjisini quyudibində işləyən qazma turbininə vermək.
Bu
vəzifələrdən ilk beşi həm
rotor və həm də turbin qazmasına, sonuncu isə ancaq turbin qazmasına məxsusdur.
Gilli məhlulun tətbiq
edilməsi ilə əlaqədar olaraq quyuya buraxılan qoruyucu kəmərlərin sayı xeyli
azaldılır, qazma prosesi sürətlənir və qazmanın maya dəyəri aşağı düşür.
Quyu
divarının şirələnməsi.
Yüksək
kolloid xassəli və alçaq kolloid xassəli gilli məhlulların quyu divarını şirələmə
prosesini sxemi şəkil -də verilmişdir.
Quyu divarının gil qabığı vasitəsilə şirələnməsinin
böyük əhəmiyyəti vardır. Nazik, davamlı qabıq quyu divarlarını möhkəmləndirir və
süxurların uçulmasının qarşısını alır. Möhkəm qabıq, gilli məhluldan suyun laya
daxil olmasının qarşısını almaqla bərabər laydan quyuya su, qaz və neftin keçməsini
çətinləşdirir. Beləliklə, qazma zamanı açılmış laylar bir-birindən ayrılmış
olur.
Hissəciklərin asılı vəziyyətdə
saxlanılması.
Gilli məhlulun
struktur xassəsi (statik sürüşmə gərgiliyinin mövcud olması) dövranının kəsilməsi
zamanı xüsusi çəkisi gilli məhlulun xüsusi çəkisindən çox olan qazılmış süxur
hissəciklərinin məhlulda asılı vəziyyətdə qalmasına səbəb olur.
Gilli məhlulun bu xassəsi məhlulun statik sürüşmə gərgiliyinin qiymətindən asılıdır. Onun qiyməti artdıqca gilli məhlulun asılı saxlamaq qabiliyyəti çoxalır.

Şəkil -Gilli məhlulla kolloid hissəciklər kafi miqdarda
olduqda gil qabığının əmələ gəlməsi:
ağ dairələr – suspenziya hissəcikləri; nöqtələr - kolloid hissəciklər; ştrixlənmiş hissə - süxur.

Şəkil - Gilli məhlulla kolloid hissəciklər kafi miqdarda
oldmadıqda gil qabığının əmələ gəlməsi:
ağ dairələr – suspenziya hissəcikləri; nöqtələr
- kolloid hissəciklər; ştrixlənmiş hissə - süxur.
Laya
əks təzyiq yaradılması.
Quyu və lay birləşmiş qab sistemi təşkil edirlər. Quyudakı gilli məhlul sütununun yaratdığı hidrostatik təzyiq lay təzyiqindəın böyük olduqda, quyu divarının şirələnməsi mümkün olur və divarın uçulmasının qarşısı alınır. Bu zaman laydan neft, qaz və suyun daxil olması çətinləşir və quyunun normal şəraitdə qazılması təmin edilir. Gilli məhlulun quyuda yaratdığı hidrostatik təzyiq:

burada, P
– təzyiq , at ilə;
H – quyunun dərinliyi, m ilə;
y - gilli məhlulun xüsusi çəkisi, q/sm3 ilə.
Gilli məhlulun
quyudibinə yaratdığı hidrostatik təzyiq gilli məhlulun xüsusi çəkisi vasitəsilə
tənzim edilir.
Qazılmış
süxurun quyudibindən qaldırılması.
Baltanın
quyudibində normal işini təmin etmək üçün quyudibi qazılmış süxurdan fasiləsiz
təmizlənməlidir. Quyudibinin təmizlənməsi gilli məhlul dövranı vasitəsilə əldə
edilir. Quyuya vurulan gilli məhlulu həlqəvi fəza vasitəsilə yer səthinə
qaldırılır və quyudibinin təmizlənməsini təmin edir.
Baltanın
soyudulması.
Süxurun dağılmasına sərf edilən enerjinin bir
hissəsi sürtünmə nəticəsində istilik enerjisin çevrilir və balta qızır. Gilli məhlul
axını baltanı soyudaraq onun normal işləmləsini təmin edir.
Turbin
qazmasında enerjinin quyudibinə verilməsi.
Turbin
qazmasında gilli məhlula olan tələbat rotor qazmasına nisbətən daha yüksəkdir.
Burada gilli məhlulun təmizliyinə xüsusi diqqət
vermək lazımdır. Qazma kəməri quyuda fırlanmadığı üçün pis keyfiyyətli gilli məhlul
alətin tutulmasına və başqa çətinliklərə səbəb olar.
Qazma
zamanı gilli məhlul aşağıdakı tələblərə cavab verməlidir:
1-quyu
divarını şirələməlidir;
2-gil
qabığı həm nazik, həm də möhkəm olmalıdır ki, lay sularındakı duzlar məhlulun
keyfiyyətini pisləşdirməsin;
3-məhlul
dövranı dayandıqda qazılmış süxur dənəciklərini öz daxilində asılı vəziyyətdə
saxlamalıdır;
4-qazılan süxur parçalarını quyu dibindən
fasiləsiz olaraq qaldırmalıdır;
5-quyunun
dibinə və divarına hidrostatik təzyiq yaratmalı, bununla da onu uçub tökülməkdən
qorumalıdır;
6-süxuru
dağıdan aləti soyutmalıdır;
7-qazma
turbin üsulu ilə aparıldıqda turbini hərəkətə gətirməlidir;
8-turbin üsulu ilə qazmada turbinin
dayaqlarını yağlamalıdır.
Qazma
zamanı qazma məhlulu aşağıdakı vəzifələri yerinə yetirir:
1.Hərəkət edən məhlulun hidrodinamiki vəzifəsi:
-qazılan süxurların quyu dibindən yer üzərinə
qaldıraraq, ondan azad olmaq;
-nasoslardan
enerjini quyudibi mühərrikə çatdırılması;
-quyudibindəki süxurun hidrodinamiki effektlə
dağıdılması;
-baltada yaranan istiliyin ondan alınması.
2.Məhlulun
sıxlığından asılı olaraq quyu divarına yaradılan hidrostatik təzyiq:
-quyu lüləsindəki laylardan qaz-su-neftin
quyuya daxil olmaması;
-qazılmış süxur hissəciklərini və
ağırlaşdırıcıları məhlul dövranı olmadıqda asılı vəziyyətdə saxlaması;
-quyu lüləsinin diametrini sabit saxlamaq;
-tellənmə sisteminə düşən yükün azaldılması.
3.Quyu
divarında gil qabığının yaradılması:
-quyu
divarında məsaməliliyin azaldılması;
-zəif
sementli tökülən süxurların möhkəmləndirilməsi;
-qazma və
qoruyucu kəmərlərin quyu divarı ilə sürtünməsininazaldılması.
4.Fiziki-kimyəvi vəzifələr:
-filtratın
təsirinə baxmayaraq quyu divarı möhkəmliyinin saxlanılması;
-qazma və
qoruyucu kəmərləri korroziyadan qorunması;
-məhsuldar
horizontların təbii məsamələrinin qorunması;
-süxurların qazılma qabiliyyətinin
yaxşlaşdırılması.