[email protected] +994 99 303 07 01

Kimya sənayesində su

Kimya sənayesində su

Sudan istifadə bütün dünyada demək olar ki, istehsal və istehsal proseslərində hər bir addım üçün əsas əmtəədir. Su kimya sənayesində əsas xammal olaraq işləndiyi kimi, həm də universal həlledici, istilikdaşıyıcı və katalizator kimi tətbiq olunur.

Sular iki qrupa bölünür: 1) təbii sular, 2) sənaye suları

Təbii sular özü üç qrupa bölünür:

1. Atmosfer suları

2. Səth suları

3. Yeraltı sular

Suyun əsas keyfiyyət göstəriciləri

Suyun əsas keyfiyyət göstəricisi onun codluğu ümumi duzluluğu, şəffaflığı ,oksidləşmə qabiliyyətinindən ibarətdir. Codluğ dedikdə suyun tərkibində olan kalsium və maqnezium ionlarının ona verdiyi xüsusui xassələr toplusu başa düşülür.

Suyun codluğu üç cür olur: müvəqqəti,daimi və ümumi codluq

Müvəqqəti codluq fiziki üsullarla aradan qaldırıla bilir. Tərkibində kalisium, maqnezium karbonatları olur və suyu qaynatdıqda asalnlıqla sudan ayrılır. Bu prosses aşağıdakı reaksiyalara əsaslanır:

Ca(HCO3)2=CaCO3¯  +H2O+CO2

Mg(HCO3)2=MgCO3+H2O+CO2

MgCO2+H2O=Mg(OH)2¯ +H2O+CO2

Daimi codluğa malik olan suda kalsium və maqnezium xloridləri, sulfatları , nitratları və silikatları olur. Daimi codluq aşağıdakı kimi aradan qaldırılır:

Ca(HCO2)2+Ca(OH)2=2CaCO2¯ +2H2O

Mg(HCO3)2+2Ca(OH)2=Mg(OH)2¯ +2CaCO3¯ +2H2O

MgSO4+Ca(OH)2=Mg(OH)2¯ +CaSO4

CaSO4+Na2CO3=CaCO3¯+Na2SO4

Suyun təmizlənməsi

Suyun sənayedə təmizlənməsinə əsas məqsəd onu ərp əmələ gətirən, çöküntü verən, korroziyaya səbəb olan və texnoloji proseslərə maneə olan qarışğlardan azad etməkdir. Əsas təmizləmə üsulları: çöktürmə və koaqulyasiyadır.

Adi çöktürmə üsulu ilə mexaniki qarışıqlardan təmizləmə prosesi çox yavaş getdiyindən hazırda bundan istifadə edilmir.

Koaqulyasiya üsulu ilə suyun kalloid və asılı halda olan qarışıqlardan təmizləməsi geniş yayılmşdır. Qarışıqları çökütürmək üçün oların hissəciklərinin yükləri koaqulyasiyaedicilərin və ya elektroidlərin əks işarəli yükləri ilə neytrallaşdırılır.

Suyun yumşaldılması və duzsuzlaşdırılması

Suda həll olan duzların tam, ya da qismən təmizlənməsinə onun duzsuzlaşdırılması deyilir.

Suda həll olan və ona codluq verən duzların müxtəlif üsullarla aradan qaldırılmasına onun yumşaldılması deyilir. Bu üç üsulla həyata keçirilir:

Fiziki üsul. Bu termiki distillə və dondurma üsullarından ibarətdir. Bu  üsulla yalnız müvəqqəti codluq aradan qalxmış olur.

Kimyəvi üsul. Burada iki üsul tətbiq olunur çökdürmə kation dəyişdirmə. Kimyəvi üsulla suyun yumşaldılması əhəng-soda üsuluna əsaslanır.

Fiziki-kimyəvi üsul. Burada suyu yumşaltmaqla yanaşı onu tamamilə duzsuzlaşdırmaq da mümkündür.