İstismar
quyularının quyudibi zonalarına istiliklə
təsir üsulları
İstismar quyularının quyudibi
zonalarında, istismar prosesində parafin və qatran çökərək bu sahələrin
keçiriciliyini kəskin şəkildə pisləşdirirlər, bu isə quyuların debitlərinin azalmasına gətirib çıxarır.
Bunun qarşısının alınması üçün,yəni quyudibi zonanın çirkləndiricilərdən təmizlənməsi
üçün, zaman-zaman kimyəvi üsullarla yanașı istilik üsulları da tətbiq edilir.
İstilik üsulunun mahiyyəti ondan ibarətdir ki, istismar quyularının quyudibi zonaları,
orada çökmüş parafinin, qatranın və digər maddənin əridilərək,oradan
çıxarılması məqsədi ilə, bu zonanın qızdırılması prosesindən ibarətdir.
İstilik quyudibi zonada iki üsulla yaradılır:
1) Lay süxurlarının skeleti və
boșluqları dolduran maye ilə istilik mənbəyindən istiliyin ötürülməsi üsulu. (konduktiv
qızdırıma üsulu)
2) İstilik kütlə daşıyıcısının
kollektor üzrə məcburi daşınması üçün, laya vurulan istilik dașıyıcılarının
hesabına daşınması (doymuş və ya ifrat qızdırılmış buxar, qaynar su).
Quyudibi zonanın
istiliklə işlənilməsinin digər üsullarından fərqi nədir?
Bu üsulla quyudibi zonaya başqa maddələr
vurulmur,hansılar ki sonradan bu zonaya mənfi təsir göstərə bilərlər. Bu üsulun
mənfi cəhəti ondan ibarətdir ki, qısa zaman ərzində quyudibi zonaya böyük
miqdarda istiliyin verilməsinin qeyri-mümkün olmasıdır.
Qeyd 1
Quyuların quyudibi zonalarının periodik üsulla
qızdırılmasının təsir mexanizmi onunla nəticələnir ki, bu zaman parafin,
asfalten və qatran çöküntüləri əriyir və sonrakı istismar prosesində laydan
çıxarılır,bu zaman, istismar prosesinin bərpa edilməsi nəticəsində, quyunun quyudibi
zonasının intensiv soyuması baș verir və layın keçiriciliyinin bərpa edilməsi
üçün (soyuma prosesində çirkləndiricilərin bir hissəsinin layda qaldığı üçün) təkrar
quyudibi zonanın işlənilməsinə tələbat yaranır.
Qeyd 2
Quyudibi zonaya istilik daşıyıcılarının vurulmasının təsiri mexanizmində, eyni zamanda neftin
özlülüyünün azalmasına və kollektorun keçiriciliyinin artmasına səbəb olur.
Lakin bu halda neftin özlülüyünün azalmasına ancaq temperaturun artması səbəb
olmur,həmdə neftin qaynar kondensatla qarışması onun özlülüyünün azalmasının
effektivliyini artırır. Bundan bașqa, bu üsulla quyudibi zonanın ișlənilməsi
parafin-qatran çöküntülərinin həll olunmasını fəallaşdırır, şlamın dağılması
prosesini sürətləndirir və su baryerlərini ləğv edir. Bütün bu proseslərin nəticəsi
olaraq, nəinki kollektorun neft keçiriciliyi bərpa olunur, hətta quyunun
istismarının bașlanğıcındakı keçiriciliyindən də yüksək olur.