[email protected] +994 99 303 07 01

Aldehidlər

·      Aldehidlər

Aldehidlər (latınca: "alcohol dehydrogenatum", mənası: "Hidrogenini itirmiş spirt) - molekullarında karbohidrogen ilə birləşmiş aldehid qrupu olan üzvi maddələrə deyilir. Aldehidlərin tərkibində Karboksil qrupu vardır. Tərkibində Alkil və ya Aril radikal əvəzediciləri vardır. Doymuş birəsaslı aldehidlərin ümumi formulu: СnН2n+1CHO

·      Ümumi məlumat

“Aldehid” sözü hidrogenini itirmiş spirt deməkdir və iki latın sözünün – alkoqol (spirt) və dehidrogenləşmə (hidrogenini itirmə) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Karbohidrogen radikalının təbiətindən asılı olaraq Aldehidlər doymuş (məsələn, Sirkə aldehidi), doymamış (məsələn, Akrolein) və aromatik (məsələn, Benzol aldehidi) aldehidlərə ayrılır. Aldehidlər polimerləşə bilir. Suda yaxşı həll olur. Spirtlərlə qarşılıqlı təsirdə Poluasetallar alınır. Aldehidlərin reduksiya edilməsi nəticəsində birli spirt alınır. Aldehidlərin oksidləşməsindən isə karbon turşuları alınır. Sadə aldehidlər kəskin iyə malikdirlər. Aldehidlər hidroksilaminin təsiri nəticəsində oksimlərə çevrilirlər. Nümayəndələrində birincisi olan Formaldehid zəhərli qazdır. Formaldehiddən sonra gələnlər maye, ali aldehidlər isə bərk maddələrdir. Ümumiyyətlə, Aldehidlərin iki əsas nümayəndəsi vardır: Formaldehid və Asetaldehid.

·      Fiziki xassələri

Aldehidlərin homoloji sırasının birinci üzvü qaz, sonra gələnlər maye, ali aldehidlər isə bərk maddələrdir. Tərkibində 7-16 karbon atomu olan ali aldehidlər xoş iyli olduqlarından ətriyyat sahəsində geniş tətbiq olunur. Sıranın ilk üzvləri suda yaxşı həll olur, molekul kütləsi artdıqca aldehidlərin suda həll olması azalır. Aldehidlərdə molekullararası hidrogen rabitəsi yaranmadığından onların qaynama temperaturu molekulunda həmin sayda karbon atomu olan spirtlərə nisbətən aşağı olur.

·      İzomerlik

Aldehidlərin izomerliyi aldehid qrupu ilə birləşmiş radikalın izomerliyi ilə müəyyən edilir. Karbon zəncirinin nömrələnməsi aldehid qrupunda olan karbon atomundan başlanır.

 

·      Aldehidlərin əsas alınma üsulu

1.     Spirtlərin oksidləşdirilməsi

Birli spirtlərin oksidləşdirilməsindən aldehid alınır. Faktiki olaraq bu reaksiyalar dehidrogenləşmə (dehidrooksidləşmə) reaksiyalarıdır.Birli spirtlər 200-300 C°-də mis üzərində oksidləşərək aldehidlərə çevrilirlər. Aldehidlər spirtlərə nisbətən daha tez oksidləşdiyindən alınan aldehidi reaksiya mühitindən çıxarmaq tələb olunur. Bunun üçün aldehidlərin müvafiq spirtlərə nisbətən uçucu olması əsas götürülür.

 

Bu sənayedə sadə aldehidlərin alınmasının əsas metodlarındandır.

·      Əsas nümayəndələri

Formaldehid (formulu:СH2O, digər adı: Qarışqa aldehidi və ya Metanal) - rəngsiz, kəskin boğucu iyə malik olan zəhərli qazdır, sonra gələnlər maye, ali aldehidlər isə bərk maddələrdir. İlk üzvləri suda həll olur. Formaldehid yüksək reaksiyayagirmə qabiliyyətinə malikdir. Formaldehid üçün oksidləşmə və birləşmə reaksiyaları xarakterdir. Formaldehidin 40 faizi suda məhlulu formalin adlanır. C9 – sonra bərk halda olurlar. İlk nümayəndələrində zəif də olsa H rabitəsi olur (spirtlərdən az) bu səbəbdən suda həll olurlar. Formaldehid, həmçinin, su (dönər reaksiya üzrə), ammonyak, natrium-hidrosulfat, sianid turşusu və s. polyar molekullu maddələri də özünə birləşdirir. Sıra nömrəsi artdıqca ərimə, qaynama, temperaturu artır, sıxlığı artır. Formaldehid zəhərli qazdır, dezinfeksiyaedicidir. Dənli bitkilərin saxlanma yerini dezinfeksiya edir. Formalində anatomik eksponatlar saxlanılır. Plastik kütlələr (fenolfarmaldehid) və s. hazırlanır. Formaldehid dərman maddələrində sintez olunur.

Asetaldehid (formulu:СH3CHO, digər adı: Sirkə aldehidi və ya Etanal) - rəngsiz, kəskin boğucu iyə malik olan zəhərli qazdır. Asetaldehid asan uçucudur. Formaldehid kimi su ilə reaksiyaya daxil olur. Onun üçün də oksidləşmə və birləşmə reaksiyaları xarakterdir. Sənayedə Kuçerov reaksiyasına əsasən Aldehidlər Asetilendən, Etilendən birbaşa oksidləşməsindən və etanolun havanın oksigeni ilə Mis 2-oksid katalizatoru üzərində oksidləşməsindən alınır. Asetaldehidddən başlıca olaraq sirkə turşusu, xloral, plastik kütlə (fenoplast), dərman maddələri alınmasında istifadə olunur. Asetaldehidin təyini "Gümüş-güzgü" və Mis 2-hidroksidlə gedən reaksiyalara əsaslanır. Asetaldehidi turşularla təsir etdikdə və yaxud uzun müddət saxlandıqda Asetaldehid trimerləşib paraldehid əmələ gətirir. Paraldehid mayedir. Güclü yuxugətirici xassəyə malikdir.