Neft , qaz və onlardan alınan məhsulların nəql olunması iqtisadi
cəhətdən ölkədə neft emalı zavodları və yığım məntəqələrinin harada yerləşdirilməsindən asılıdır.Neft məhsullarının
nəql edilməsi fasiləsiz olmalı, ucuz , minimum itkiyə yol verilməklə başa gəlməlidir.Qazın
istehsalı və istehlakı mövsümdən asılı
olaraq dəyişir.
Xam neft məhsulları və qaz üç əsas vasitə ilə:su nəqliyyatı,dəmiryol
və boru kəmərləri ilə nəql edilir.Təbii qaz əsas etibarilə borular vasitəsilə nəql olunur.Böyük miqdarda qaz nəql
edilərkən onun aşağı temperaturda(-100°C-dən az) mayeləşdirilmiş şəkildə olması
əlverişlidir.Ancaq bu məsələnin bir çox texniki cəhətləri hələlik tam həll
edilmədiyi üçün mayeləşdirilmiş qaz boru ilə nəql olunmur.Neft və qaz əsasən
boru kəmərləri ilə nəql edilir.Başqa üsullara nisbətən boru kəmərləri ilə nəql
olunmanın bir sıra üstünlükləri vardır:
1)boru kəmərləri çox
böyük məsafələrə ən qısa yolla aparıla
bilir.
2)fasiləsiz nəqlolunmanı
təmin etdiyi üçün xüsusi yığım məntəqələrinə
ehtiyac qalmır.
3)boru kəmərlərində məhsul
itkisi başqa vasitələrə nisbətən minimuma
çatır.
4)boru kəmərləri ilə nəqlolunma
maksimum mexanikləndirməyə və avtomatlaşdırmaya imkan verir.
Boru kəmərləri ilə nəqlolunmanın mənfi cəhəti onun çox böyük
metal sərfi tələb etməsidir.Boruların
vaxtaşırı parafin və başqa çöküntülərdən təmizlənməsi, hermetikliyinin
yoxlanılması və başqa profilaktik tədbirlər
boru kəmərinin buraxıcılıq qabiliyyətini artırır və işlənmə müddətini
uzadır.Neftlə birlikdə laydan çoxlu miqdarda müxtəlif kimyəvi tərkibli su və
başqa maddələr çıxarıldığı üçün neftin nəqlolunmaya hazırlanması mühüm məsələdir.Neftin
tərkibində mexaniki qatışıqlar(qum və gil hissəcikləri) olduqda nəqlolunma və
emal avadanlığının çirklənməsi,işlənmə müddətinin qısalması və s.xoşagəlməz
hallar mümkündür.Neft və qaz nəql edilməzdən əvvəl sudan, mineral və başqa kimyəvi birləşmələrdən,
əlavə qatışıqlardan müxtəlif üsullarla təmizlənir.