[email protected] +994 99 303 07 01

Oktan ədədinin təyini metodları

Oktan ədədi - daxili yanma mühərrikində benzinin vaxtından əvvəl detonasiyaya davamlılığını xarakterizə edir. Laboratoriya şəraitində O.Ə.-ni ölçmək üçün standarta uyğun olaraq УИТ-65 və УИТ-85 qurğusundan istifadə olunur.(Rus standarı) Sıxılma dərəcəsi dəyişilə bilən, bir silindirli qurğudur. Sınaq üçün izoktan və heptan qarışığından istifadə olunur.İzooktanın oktan əddi 100,n-heptanın ki isə 0 qəbul edilir. 

Sınaq mühərriki 600 dövr/dəq-də təcrübə üçün götürülən yanacaqla işlədilir. Sıxılma dərəcəsi isə detonasiya baş verənə qədər artırılır. Sonra isə eyni gündə və qurğuda müxtəlif nisbətlərdə izooktan və n-heptan qarışığı sınaqdan keçirilir. Və buna uyğun benzinin *tədqiqat üsulu* ilə oktan ədədi tapılır.

Motor üsulu ilə oktan ədədi isə demək olar ki , eyni şəraitdə aparılır sadəcə mühərrik 900 dövr/dəq ilə işləyir və havanın temperaturu çox olur. Amerikada isə oktan ədədi bu düsturla tapılır:

O.Ə.=(M.O.Ə+T.O.Ə)/2


Oktanometrlər

Bu ölçü cihazlarının iş prinsipinin oktan ədədinin ölçülməsi ilə birbaşa əlaqəsi yoxdur. İşləmə prinsipi yanacağın dielektrik keçiriciliyinin, qabaqcadan ölçülüb yaddaşda olan kalibirlənmiş əyri ilə müqayisəyə əsaslanır. Kalibrlənmiş əyrilər УИТ-65 və ya УИТ-85 qurğusunda ölçülüb O.Ə. dəqiq təyin olunmuş yanacağa əsasən alınır.Sınaqlar nəticəsində aşağıdakı aslılıqlar alınır: 



Hal-hazırda benzinlər distillə yolu ilə yox bir neçə fraksiyanının qarışdırılması yolu ilə alınır. Məhz buna görə bu cür ölçmə prinsipi tətbiq oluna bilinir. Ai-95 və Aİ-98 benzinində O.Ə.-ni qaldıran oksigenli qarışıq olan - "üçlü butil efiri" və onun "üçlü butanol ilə qarışığı" istifadə olunur. Maksimal buraxıla bilən hədd 15%. Səbəb onun nisbətən aşağı detonasiya qabiliyyəti və rezinlərə qarşə aqressiv olmasıdır(yəni onu həll edir). Və bu qarışıqların benzində olması "dielektrik keçiriciliyinin artmasına" səbəb olur.


Çatışmayan cəhətləri:

- Naməlum benzini identifikasiya etmək mümükün olmur. 

- Kənar təsirlərin ölçməyə necə təsir etdiyini qiymətləndirmək çətin olur.

- Kalibrlənmə əyrilərinin qurulması zamanı məlum oldu ki, bu metdo universal xarakter daşımır. Yəni müxtəlif benzinlərin (katalitik krekinq və ya riforminq) O.Ə.-in təyin edilməsi üçün müxtəlif avadanlıqlara ehtiyac duyulur.


Müqayisə metoduna şağıdakı məhdudiyyətlər qoyulur:

- Qurğu qabaqcadan etalonla kalibirlənməlidir

- Sınağın aparılması qoyulmuş temperatur intervalında olmalıdır


Metodun çatışmayan cəhətləri:

- Universal modelin hazırlanması mümükün olmur

- Kalibirləmə modelinin seçilməsi üçün alqoritmlərdən istifadə olunması

- Kalibirləmə əyrisinin alınması üçün böyük həcmdə informasiyanın analizinə ehtiyacın olması

Bu metod qeyri-müəyyən yanacaqlara (yanacağın markası və hansı yolla alınması məlum deyil) tətbiq olunduqda böyük xətalar verir.