Brent Bennion hasilat formasiyasının zədələnməsini “gözlə görünməyənin qarşısı alına bilməyənlə zədələnməsi və qeyri-müəyyən miqdarda naməlum azalmaya səbəb olması” kimi təsvir edir. Başqa sözlə, formasiyanın zədələnməsi qazma/tamamlama əməliyyatları və əsaslı təmir əməliyyatlarında istifadə edilən quyu lüləsi flüidləri tərəfindən yatağa vurulan zədələnmə (azalmış hasilat) kimi götürülür. Yad flüidin yataq süxuruna müdaxiləsi nəticəsində quyu lüləsinin (dəri) yaxın- lığında keçiriciliyi azalmış zona yaranır.
Quyu lüləsi flüidləri
Quyu lüləsi flüidləri aşağıdakı kimi qruplaşdırılır.
• Qazma flüidləri
•Tamamlama flüidləri
•Əsaslı təmir flüidləri
Qazma məhlulu qazma məhlulu, qaz və ya qaz şəkilli məhlula bölünür. Qazma məhlulunun iki növü vardır: su əsaslı (təmiz polimer, təmiz bentonit və ya bentonit/polimer) və neft əsaslı (əks emulsiya və ya neft). Tamamlama və əsaslı təmir flüidləri əsasən mineral sulardan və bərk hissəciklərdən azad məhlullardan ibarətdir.
Zədələnmə mexanizmləri
Geniş miqdarda ədəbiyyatda məhsuldar layın zədələnməsini bir neçə mexanizmin birləşməsi kimi baxılır:
• Bark hissəciklərin tıxaclanması. Yataq süxurlarının məsamələrinin tıxaclanması ya məhlul filtratında olan narın bərk hissəciklər, ya da süxurun tərkibində olan bərk hissəciklərin yerdəyişməsi nəticəsində baş verə bilər. Zədənin bu formasını minimuma endirmək üçün məhlul sistemində olan narın hissəciklərin sayını və onun flüid itkisinin miqdarını azaltmaq lazımdır.
• Gil hissəciklərinin şişməsi və ya parçalanması. Bu, suya həssas gillərə malik qumdaşlarında yaranan problemdir. Təmiz su filtratı yatağın süxurlarına müdaxilə etdikdə gilin şişməsinə səbəb olur və, beləliklə, boğaz hissələri kiçildir və ya tamamilə tutur.
• Doymanın dəyişməsi. Hasilat yataq süxurlarında doymanın miqdarı ilə
Proqnozlaşdırılır. Məhlul sisteminin filtratı yatağa daxil olduqda bu, su ilə
Doymada dəyişiklik yaradır və beləliklə, hasilatın mümkün azalmasına səbəb olur. Yüksək flüid itkisi su ilə doymanı artırır və nəticədə süxurun nisbi keçiriciliyini azaldır.
• Sulanma qabiliyyətinin tam dəyişməsi. Yataq süxurları təbiətən sulu olur. Alınmış müşahidələrə görə neft əsaslı məhlul sistemləri ilə qazma zamanı süxura daxil olan məhlul filtratında izafı səthi fəal maddələr sulanma qabi- liyyətinin tam dəyişməsinə səbəb olur. Sahə təcrübəsinə və laboratoriya sı- naqlarına əsasən hasilat itkisinin 90%-ə qədəri bu mexanizmdən irəli gəlir. Ona görə də, bu problemdən qorunmaq üçün neft əsaslı məhlul sistemlə- rində istifadə edilən izafi səthi-fəal maddələrin miqdarı minimuma endirilməlidir.
•Emulsiya ilə tıxaclanma. Neft əsaslı qazma məhlulları sistemində izafi səthi-fəal maddələrdən istifadə adi haldır. Beləliklə, süxura daxil olan bu səthi-fəal maddələr məsamə boşluqları içərisində emulsiya yarada və hasilata mane ola bilər.
•Sulu filtratla tıxaclanma. Su əsaslı məhlul sistemlərində yatağa daxil olan sulu filtrat yatağın hasilat potensialını azaldan tıxaclanma yarada bilər.
•Həll edilən duzların qarşılıqlı çökməsi. Həll oluna bilən duzların duzlu məhlul sistemlərinin istifadəsi və ya formasiya sularından, yaxud onlar quyu lüləsinin flüid filtratında çökməsi möhkəm tıxaclar yarada, beləliklə də hasilata mane ola bilər.