Mürəkkəbləşmə dedikdə, qazımanın normal texnoloji
prosesinin (endirmə, qazıma və qaldırma əməliyyatı) pozulması və qarşıya çıxan
bütün çətinliklərin (bu zaman qəza nəzərə alınmır) aradan qaldırılması başa
düşülür. Qazıma vaxtı müxtəlif mürəkkəbləşmələr olur. Onlar aşağıdakı-lardır:
1-qazıma məhlulunun və sement məhlulunun udulması;
2- neft-qaz-su təzahürləri;
3- süxurların uçulub tökülməsi;
4- qazıma alətinin, eləcə də qazıma kəmərinin ilişməsi
və tutulması.
Qazımada mürəkkəbləşmələrin səbəbləri
aşağıdakılardır:
1-quyu lüləsi divarının
uçması;
2- quyu lüləsi divarının
şişməsi,
3- quyu lüləsi divarının
sürüşməsi,
4-lülədə novun əmələ gəlməsi;
5-qazıma alətinin
tutulması.
Quyuda uçulma və
ya digər qəzaların baş verməsini necə bilmək olar?
1-quyuda cərəyan yaradan nasosların təztiqi artır;
2-quyudan çıxan qazıma məhlulun özlülüyü birdən-birə
artır;
3-qazıma məhlul köpüklənir; onunla bərabər uçulan
süxurun iti uclu və iri quru olan böyük parçaları çox-lu miqdarda quyudan
çıxır;
4-qazıma aləti quyu dibindən bir qədər qaldırıldıqdan
sonra yenidən quyu dibinə getmir;
5-uçulan süxurlar tavanının olduğu dərinlikdən aşağı
buraxılmış qazıma aləti vasitəsilə quyuda qazıam məhlulu cərəyanı yaratmaq çətin
olur.
6-qazıma alətini qaldırdıqda, alət böyük dartılma qüvvəsi
ilə gəlir, bu dartılma qüvvəsi çox vaxt alətin ağırlığının 50-100%-ni təşkil
edir.
Quyu lüləsində
novun əmələ gəlməsi və Qazıma məhlulların udulması
Quyu lüləsində novcuq, çox bərk süxurlardan başqa, bütün süxurlarda əmələ
gələ bilər. Novcuq lülədə əyrilik olan hissədə, qazıma kəmərinin vahid
uzunluğuna böyük yük təsir etdikdə və qazıma kəməri quyu lüləsi ilə təmasda
olduqda əmələ gəlir. Qaldırma zamanı alətin çəkisinin artması, endirmə zamanı
isə azalması, qazıma alətinin və qoruyucu kəmərin tutulması novcuğun əmələ gəlməsini bildirən əlamətdir.
Qazıma məhlulların
udulması
Qazıma
zamanı yuma məhlulunun udulması müşahidə olunur və nəticədə mürəkkəbləşmə baş verir.
Qazıma zamanı quyu lüləsi çatlara, geoloji pozuntulara rast gəldikdə, qazıma məhlulunun quyu divarına yaratdığı hidrostatik təzyiq
lay təzyiqindən yüksək olduqda, endirmə-qaldırma əməliyyatı böyük sürətlə
aparıldıqda, qazıma kəmərinin xarici diametri ilə quyu divarı arasındakı məsafə
kiçik, qazıma məhlul nasoslarının sərfi isə böyük olduqda hidrodinamik təzyiqin
təsirindən layda hidravlik yarılma əmələ gəlir və məhlul udulur. Eyni zamanda
yaxşı keçiricili, uzun müddət istismar edilmiş kiçik təzyiqli məhsuldar
layların qazılması zamanı qazıma məhlulların udulması baş verir.