[email protected] +994 99 303 07 01

Kompresor haqqında ümumi məlumat

Kompressor nədir?

Kompressor — praktik maşın olub, qazların sıxılması üçün tətbiq edilir. Sıxma zamanı başlanğıc təzyiqə P1 və həcmə V1 malik qaz kiçilərək V2 həcmini alır. Bu zaman qazın təzyiqi (P2) artır və qaz qızır. Əsasən iki forması vardır:

Porşenli kompressor

Porşenli kompressorda verilən həcmdə qaz tutularaq sıxılır və sonra xaric edilir.

Vintli kompressor

Vintli kompressorlar iki vallı olub daxili sıxışdırma ilə işləyirlər.Bu kompressorlarda 30 bar-a qədər təzyiq yaranır.Həm kompressor quyularının istismarı üçün, həm də laya qaz, yaxud hava vurmaq üçün qazı(havanı) quyuya göndərməzdən  əvvəl lazımı təzyiqədək sıxmaq lazımdır. Neft mədənlərində bu məqsədlə porşenli kompressor işlədilir.

Kompressorların xarakteristikası

Kompressorlar atqı xəttindəki təzyiqin qiyməti və məhsuldarlığı ilə xarakterizə olunur. Atqı xəttindəki təzyiqdən asılı olaraq kompressorlar dörd qrupa bölünür:

Yüksək təzyiqli - Yüksək təzyiqli kompressorun atqı xəttində təzyiq 60 atm-dan 250 atm-dək,

Orta təzyiqli - orta təzyqli 35-dən 50 atm-dək,

Alçaq təzyiqli - alçaq təzyiqli 8-dən 35 atm-dək

Vakuum - Vakuum kompressorun qəbul xəttində təzyiq 1 atm-dən az olur, atqı xəttində isə 2-6 atm-ə çatır.

İstismarda kompressor

Kompressor istismar üsulunda istismar quyularındakı maye quyuağzına (yer səthinə) sıxılmış yüksək təzyiqli təbii qazın və ya havanın köməkliyi ilə qaldırılır.

Təbii qazın və ya havanın yüksək təzyiqə qədər sıxılması prosesi kompressor aqreqatları  vasitəsilə yerinə yetirilir, ona görə də mayenin quyudan bu üsulla qaldırılmasına kompressor istismar üsulu deyilir.

Qaldırıcı nasos-kompressor borularına, hansılarla ki istismar quyusundakı mayenin yer səthinə qaldırılması sıxılmış yüksək təzyiqli havanın və ya təbii qazın köməkliyi ilə baş verir, onları müvafiq olaraq erlift və qazlift adlandırırlar.