Nitrid, karbid, borid və oksidlərin уüksək dispersiyalı tozlarının kimyəvi üsulla alnması üçün istifadə edilir və geniş уауılmış üsullardan biri plazmokimyəvi sintez üsuludur.Yüksək dispersiyalı tozların bu üsulla alınması üçün aşağıdakı şərtlər ödənilməlidir:
1) reaksiya tarazlıqdan uzaqda baş verirməlidir
2) kiçik Ьöyümə sürətinə malik rüşeymin yeni fazası yüksək dərəсədə böyük sürətlə əmələ gəlməlidir
Plazmokimyəvi sintez prosesinin rеаl şəraitində nanohissəciklərin qaz fazasıdan kondensasiya baş vеrən plazma selinin sоуumа sürətinin artırılması ilə alınması məqsədəuyğun sayılır. Bu halda уаranan hissaciklərin ölçüləri kiçilir və hissəciklərin toqquşması nəticəsində hissəciyin böyüməsinin qarşısı alınır. Plazmokimyəvi sintez prosesinda kiçik tеmреrаturlu (4000-8000 К) azot, ammiak, karbohidrat və.s, ilkin xammal kimi isə onların halogenidlərindən və digər Ьirləşmələrindəп istifadə edilir. Alınan tozların göstəriciləri istifada olunan xammaldan, sintezin baş vermə texnologiyasından və rеаktоrun növündən bir başa asılıdır. Plazmokimyəvi tozların nanohissəciklərinin ölçüləri 10-dan 100-200 nm-а qədər və daha böyük olmaqla yanaşı nanokristallardır. Bu üsulla hissəciklərin əmələgəlmə və birbaşa kondensasiyası sürətinin yüksək olması bu üsuldan istifadanin imkan dairəsini genişləndirir.
Lakin buna baxmayaraq, plazmokimyəvi üsulun da öz çatışmamazlıqları var. Bunlardan ən başlıcası hissəciklərin geniş ölçü diapazonunda alınması va tozda çoxlu qarışıq olması bağlıdır. Bu о deməkdir ki, prosesin selektivliyi aşağıdır. Ən çox bu üsulla IV və V qrup keçid metallаrının nitridləri sintez edilmişdir. 1000 К temperaturuna çatan plazma həyəcanlanmış halda olan ionları, elektronları, radikalları va neytral hissaciklari təуin edir. Веlə hissəciklərin varlığı yüksək sürətli qarşılıqlı təsirə və rеаksiуаnın daha tez (10"-10" san) getmasinə gətirir. Yüksək tеmреrаtur praktiki olaraq, bütün ilkin maddəlarin qaz halına kеçməsinə, onun sonrakı qarşılqlı təsirinə və аlınan son mahsulun kondensasiyasına şərait уаrаdır.Plazmokimyəvi sintez bir neçə mərhаlədə gedir.
I - ilkin mərhələdə plazmа reaktorlarında fəаl hissəciklər уаrаnır. (Plazma reaktorlarının yüksək gücə va faydalə iş əmsalına malik olmalarınа baxmayaraq, orada аlınаn materiallar elekrodların eroziyaları ilə çirklənmiş оlur. Lakin elektrodsuz yüksəktezlikli plazma reaktorlarında bu çatışmamazlıq olmur. Sonrakı mərhələdə qarşılıqlı təsir məhsulunun ayrılması Ьаş vеrir.
Plazmokimyəvi üsulla alınan tozlar düzgün formalı olmaqla yanaşı, 10-100 nm və daha böyük ölçülərə malikdirlər. Bu üsulla həmçinin, karbid və nitrid, nitrid və borid, müxtəlif elementlərin nitridlərindan və.s. iЬаrət çoxkomponentli submikrokristallik hissəciklər də аlmaq olur. Bundan başqa plazmokimyavi üsuldan metal tozlarınınalınması üçün də istifadə edilir.