Laminar axın, maye və qazın hərəkət istiqamətində, laylar şəkilində nizamlanmış
axınıdır. Laminar axında ümumi axan cismin
axım sürəti zaman içində dəyişməz. Ancaq, laminar axında laydan-laya
keçdikdə molekulyar qatılıqdan asılı olaraq sürət tədricən dəyişir. Laminar axın,
axının sürətinin aşağı olduğu hallarda görülməkdədir.
Turbulent axın, maye və qazın nizamlanmamış, düzənsiz axınıdır. Axın zamanı səthlərdə baş verən sürtünmələrdən, axın
istiqamətində olan maneə ilə axının toqquşmasından və axının sürətinin yüksək
olması səbəbindən ortaya çıxmaqdadır. Turbulent axında maye və qazın axın içində
sanki burulması müşahidə edilir.

Mayenin axınının laminar və ya turbulent olduğunu
təyin etmək üçün Reynolds ədədindən istifadə olunur. Laminar axını olan maye,
bir-birinin üstünə, nizamlı şəkildə, qarışmadan sürüşən sonsuz təbəqələr kimi
davranır. Dairəvi kanallarda laminar axın parabolik sürət profilinə malikdir,
kanalın mərkəzində maksimum dəyərlər və kanal səthinə yaxın təbəqələrdə minimum
dəyərlər vardır. Reynolds sayının laminar axındakı dəyəri R <2300.
Maye dairəvi bir kanalda, turbulent axınla dövr etdikdə, maye təbəqələri bir-birləri ilə kəsişmə meydana gətirir və hərəkətləri xaotik olur. Dairəvi kanaldakı turbulent axın üçün Reynolds sayının dəyəri:
R > 3500.

Keçid axını (Transition flow) laminar və turbulent axının qarışığıdır, borunun mərkəzində turbulent və kənarlara yaxın laminar axındır. Keçid axını üçün Reynolds ədədi 2300 ilə 3500 arasındadır.
