[email protected] +994 99 303 07 01

Fontan istismar üsulunda tətbiq edilən quyuağzı avadanlıqlar

Qaz  və qaz-kondensat quyularının quyuağzı avadanlıqları

Qaz və qaz-kondensat quyularının ağızlarının yığılması dedikdə, quyuya buraxılmış istismar və texniki kəmərlərin yuxarı uc hissəsinin və fontan (qaldırıcı) borularının, onların boru arxası fəzalarının hermetikləşdirilməsini təmin edən, quyu ilə çıxarılan qazı qəbul etmək, qazın itkisinə yol verməmək, qaz quyusunun iş rejimini tənzimləmək və ona nəzarət etmək, quyu vasitəsilə ilə çıxarılan qazın və qaz-kondensatın qaz-kondensat yığım məntəqələrinə yönəldilərək nəql edilməsini təmin edən xüsusi konstruksiyalı quyuağzı avadanlıq nəzərdə tutulmalıdır və bu avadanlığa fontan armaturası deyilir.

Fontan armaturası – neft quyularında olduğu kimi qaz və qaz-kondensat quyularında da eynidir və o üç hissədən ibarət olur; kəmər başlığı, boru başlığı və fontan yolkası.

Kəmər başlığı – quyuya endirilmiş texniki və istismar kəmərlərinin yuxarı uc hissələrini birləşdirir və hermetikləşdirir və boru başlığının fontan yolkası ilə birlikdə quyuağzına yığılması üçün postament (dayaq) kimi xidmət edir.

 

Fontan armaturası – neft quyularında olduğu kimi qaz və qaz-kondensat quyularında da eynidir və o üç hissədən ibarət olur; kəmər başlığı, boru başlığı və fontan yolkası.

Kəmər başlığı – quyuya endirilmiş texniki və istismar kəmərlərinin yuxarı uc hissələrini birləşdirir və hermetikləşdirir və boru başlığının fontan yolkası ilə birlikdə quyuağzına yığılması üçün postament (dayaq) kimi xidmət edir.

 



Şək. 3.5. Qaz quyusunun kəmər başlığının yığılma sxemi

1–geniş dayaqlı postament; 2–istismar kəmərinin asılması üçün dayaq postament; 3–şlislər; 4 və 7 –yuxarı və aşağı həlqələr; 5–yana çəkilmiş qısaldılmış boru xətti; 6–kipləşdiricilər; 8 –sıxıcı qayka.

 

Boru başlığı – quyuya endirilmiş fontan borularını (nasos-kompressor boruları) asmaq üçün nəzərdə tutulur və istismar kəməri ilə fontan borularının borulararası fəzalarını hermetikləşdirir. Boru başlığı istismar kəmərinin başlığının postamentinin üzərinə yığılır.

Fontan yolkası – boru başlığının üst flənsinin üzərində yığılır. Fontan yolkasının əsas elementi, əgər fontan yolkası xaçvarı tiplidirsə – dördboğaz (“krestovik), üçboğaz tiplidirsə – üçboğaz (“troynik”) hesab edilir və onların üzərinə siyirtmələr, atqı xətləri, ştuserlər, termometrlər yığılır.

Fontan yolkasının əsas funksiyaları aşağıdakılardan ibarətdir:

1) Quyuların mənimsənilməsini;

2) Ehtiyac olduqda quyuların bağlanılmasını;

3) Quyunun müəyyən edilmiş texnoloji iş rejiminin tənzimlənməsini və ona daimi nəzarət edilməsini təmin etməkdən ibarətdir.

  

         

 

Şək.3.6 Quyuağzı avadanlığın yığılması sxemi:

a)–üç boğaz tipli fontan armaturası: 1,11 – flənslər, 2, 9 – buferlər, 3 –ventil, 4 – manometr, 5 – siyirtmələr, 6 – dördboğaz, 7, 10 –katuşkalar, 9 – üçboğaz, 12 –ştuser;  b)–dörd boğaz (xaçvarı) tipli fontan armaturu: 1 – flans, 2 – kipləşdirici, 3, 8, 11 – buferlər, 4- ventil; 5 – manometr, 6 – siyirtmələr, 7, 9 – dörd boğaz; 10 – üç boğaz; 12 – atqı xətti;13 – flans-katuşka; 14 – flans.

 

Boru başlığının dörd boğazından yana çıxan atqı xətləri (boru arxası fəza) quyularda müxtəlif məqsədli əməliyyatlar (boru arxasından quyunun yuyulması, kimyəvi reagentlərlə boru arxasına təsir və s.) aparmaq və boru arxası fəzanın təzyiqinə nəzarət etmək üçün yığılır.

Fontan yolkasının iki atqı xəttindən biri işçi, digəri isə ehtiyat atqı xətti olur.

Dörd boğaz tipli fontan yolkasının hündürlüyü az olur və ona xidmət daha asan olur.

Dörd boğaz tipli fontan yolkaları əsasən məhsulunda mexaniki qarışıq və korroziyaya səbəb olan agentlər olmayan qaz quyularında tətbiq edilir, əks halda dörd boğaz özü korroziyaya uğrayıb istismara yararsız hala düşər ki, bu da onun yenisi ilə əzəz edilməsi üçün quyunun bağlanmasına və müəyyən müddət ərzində istismardan çıxmasına səbəb olar.

Üç boğaz tipli fontan yolkası iki üç boğazdan ibarət olur, yuxarı – işçi və aşağı – ehtiyat. Aşağı üç boğaz ancaq yuxarı üç boğazda təmir işləri aparılarkən işlədilir. Üç boğaz tipli fontan armaturasının hündürlüyü çox olur (adətən yer səthindən 5m-ə qədər olur), bu da ona xidmət etməyi çətinləşdirir, belə hallarda xidmət üçün xüsusi meydançalar quraşdırılır. Bu tip fontan armaturaları mürəkkəb şəraitdə işləyən və məhsulunda mexaniki qarışıq olan (hansı ki abraziv xassəsinə görə metalın yeyilərək sıradan çıxmasına səbəb olur) və çıxan qazın və mayenin tərkibində korroziya yaranmasına səbəb olan (SO2, H2S, yağ turşuları və s.) komponentlər olduqda qaz quyularında istifadə edilir. Fontan yolkalarının ən yuxarı hissəsində quyuağzı təzyiqə (bufer təzyiqi) nəzarət etmək üçün xüsusi bufer yığılır. 

Fontan armaturaları işçi təzyiqindən asılı olaraq 4; 7,5; 12,5; 20; 30; 35; 70 MPa seriyaları ilə istehsal edilir. Fontan armaturalarının daxili diametri, quyunun təzyiqindən və debitindən asılı olaraq 50, 63 mm və ya 100 mm olur.