Sensor nədir?
Hər hansı bir dəyəri hiss edən cihazlara sensor deyilir.
Dəyər dedikdə isə biz temperatur, təzyiq, sürət, kütlə, səviyyə və təcil kimi
göstəriciləri göstərə bilərik.
Sənaye Sensorları nədir?
Sənaye sensorları fiziki, kimyəvi və elektrik xassələrindəki
dəyişiklikləri aşkar edərək, bu dəyişikliyə uyğun elektrik çıxışı yaradan
qurğulardır.
Sənaye sensorlarının növləri hansılardır?
İstehsalat sənayesində sensorların müxtəlif növləri
mövcuddur. Bu növləşmə ölçülən dəyərdən asılıdır. Biz sənayedə əsasən,
temperatur, təzyiq, səviyyə və sərf sensorlarını görürük.
Aktiv və passiv sensorlar nədir?
Passiv sensorlar işləmək üçün hökmən xarici bir enerji mənbəyi istəyirlər. Onlar əsasən 24 voltluq enerji mənbələri ilə işləyirlər. Aktiv sensorlar isə bunun tam əksidir. Deməli, bu tip sensorlar işləmək üçün xarici bir enerji mənbəsinə ehtiyacları yoxdur. Passiv sensorlar bir növ parametrik, aktiv sensorlar isə generator tipli sensorlardır.
Sensorlar sənayedə necə işləyir?
Sensorlar bir növ çeviricidir. Məsələn, onlar temperaturu çevirirlər elektrik(analoq və ya rəqəmsal) siqnallarına. Bundan sonra həmin siqnalların gücləndirilməsi və müəyyən məntiqi kontrollerlərə ötürülməsi üçün transmitterlərə ehtiyyac duyulur. Nəticədə, məntiqi kontroller həmin siqnalları alır və operator müəyyən emal işlərini yerinə yetirir.